Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

LDU-da Məzun Günü...

LDU-da Məzun Günü...

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”nə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilib.

Universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb. Prof.Natiq İbrahimov LDU-nun 2023/ 2024-cü tədris ilində qazandığı uğurlardan söz açıb. Bildirib ki, Lənkəran Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsində 5565 bakalavr, 404 magistr olmaqla ümumilikdə 5969 tələbə təhsil alır.

Bu il 994 bakalavr, 149 magistr olmaqla 1143 tələbə məzun olur. Son 8 ildə tələbələrin sayı 3 dəfəyə yaxın artmışdır. Son illərdə universitetdə bütün maddi-texniki avadanlıqlarla təchiz olunmuş 3 tədris binası tikilib-istifadəyə verilmiş, laboratoriyalar üçün nəzərdə tutulmuş 5 mərtəbəli binanın layihəsi hazırlanıb, yaxın vaxtlarda inşasına başlanılacaqdır. Eyni zamanda bölgədə aqrar sahənin inkişafı üçün universitetdə baytarlıq klinikasının tikilməsi üçün bütün lazımi işlər görülüb, ən qısa müddətdə inşasına başlanılacaqdır. LDU-da beynəlxalq əlaqələrinin genişlənməsindən danışan rektor Natiq İbrahimov bildirib ki, professor-müəllim və tələbə heyətinin mobilliyini təmin etmək məqsədilə həm ölkədaxili ali təhsil, elm və istehsalat müəssisələri ilə ikili əməkdaşlıq, həm də xarici ölkələrin ali təhsil müəssisəsələri ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalanmış və bu istiqamətdə real işlər görülmüşdür.Hazırda 50-dən artıq ali təhsil müəssisəsi ilə beynəlxalq əməkdaşlıq müqaviləsi bağlanılıb, 10 universitetlə tələbə mübadiləsi həyata keçirilir. Prof. Natiq İbrahimov təbrik çıxışında müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlara Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutmağı, onlara bəslənilən etimadı layiqincə doğrultmağı tövsiyə edib, təhsilin modernləşdirilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da ardıcıl olaarq davam etdiriləcəyini deyib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbrik çıxışında məzunlara xoş arzularını çatdırıb, onları ümummilli liderin adına layiq çalışmağa, azərbaycançılıq ənənəsinə daim sadiq olmağa, ölkənin rifahı naminə səmərəli fəaliyyətə çağırıb. LDU ilə Lənkəran Şəhər İcra Hakimiyyəti arasında son illərdə yaranan səmərəli əməkdaşlıqdan, birgə keçirilən elmi konfranslardan söz açan Taleh Qaraşov bu ali təhsil ocağının bölgənin sosial-mədəni inkişafındakı böyük rolunu xüsusi vurğulayıb, xarici universitetlərlə səmərəli əməkdaşlığını yüksək dəyərləndirib, beynəlxalq əlaqələrdə yaranan canlanmadan ətraflı söz açaraq rektor Natiq İbrahimova icra hakimiyyəti ilə səmərəli əməkdaşlığa, universitetin həyatında yaratdığı işğüzar, səmimi ab-havaya görə minnətdarlıq bildirib.
Məzun günündə millət vəkili Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, valideyn Xanımnaz Əliyeva, məzunlardan Sevda Hüseynova, Aytəkin Ağazadə çıxışlarında məzunlara xoş arzularını çatdırıblar, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.
RİİB "Regional İnkişaf" İctimai Birliyi ilə səmərəli əməkdaşlığa görə Lənkəran Dövlət Universiteti qurumun “Təşəkkürnamə” si ilə təltif edilib. Mükafatı prof. Natiq İbrahimova qurumun rəsmisi Davud Abbasov təqdim edib.Tədbirdə təhsilini uğurla başa vuran məzunlar mükafatlandırılıb. Bakalavr və magistrlərə diplomlar təqdim edilib. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların və tələbələrin bir qrupuna təşəkkürnamələr, fəxri-fərmanlar, diplomlar və xatirə hədiyyələri verilib.

Tədbir Lənkəran Dövlət Universiteti tələbələrinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müsiqiçilərinin ifasında maraqlı konsert proqramı, şux rəqslərlə yekunlaşıb.

Unudulmaz tələbəlik illərinin son akkordları təsirli anlarla, xatirə şəkilləri ilə yaddaqalan olub.

Oxşar xəbərlər

Bütün xəbərlər