Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumun məqsədi özbək milli maqom sənətinin nadir nümunələrini qoruyub saxlamaq, inkişaf etdirmək və beynəlxalq səviyyədə təbliğ etmək, eləcə də xalqlar arasında dostluğu və yaradıcı əməkdaşlığı genişləndirməkdir.

İyunun 27-də II Beynəlxalq Maqom Sənəti Forumunun açılış mərasimi olacaq. Mərasimdə UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Miulesku, ICESCO-nun Baş direktoru Salim əl-Malik, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti A.Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, xarici ölkələrin Özbəkistanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri iştirak edəcəklər.

Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

28-29 iyunda isə forumun sənətçi iştirakçıları arasında ifaçılıq müsabiqəsi təşkil olunacaq. Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan mütəxəssislərin yer aldığı beynəlxalq münsiflər heyəti ifaçıları “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyaları üzrə qiymətləndirəcək. Qaliblər forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaq.Qeyd edək ki, müsabiqədə Qran-Pri üçün 15 000 ABŞ dolları, I yer üçün (solo ifa və ansambl nominasiyaları) 10 000 dollar, II yer üçün (solo ifa və ansambl) 7 000 dollar, III yer üzrə (solo ifaçı və ansambl) 5 000 dollar məbləğində mükafat nəzərdə tutulub.

Bundan əlavə, iştirakçıları dəstəkləmək və həvəsləndirmək məqsədilə “Ən yaxşı solist – maqom ifaçısı”, “Ən yaxşı musiqiçi – maqom ifaçısı”, “Maqom sənətində ən yaxşı müəllim”, “Ən yaxşı maqom təbliğatçısı”, “Ən yaxşı gənc maqom ifaçısı” və “Ən yaxşı maqom bəstəkarı” kimi nominasiyalar üzrə iştirakçılar üçün də hədiyyə və mükafatlar təqdim olunacaq.

Forum gedişində, həmçinin Özbəkistanın 14 regionunun mədəniyyət nümunələrinin yer aldığı pavilyonlarda müxtəlif səpkili sərgilər keçiriləcək.

İyunun 30-da II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

Qeyd edək ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ildə Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunub və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər