Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Ekspert məktəblərdə cinsi tərbiyə dərslərinə qarşı çıxdı: "Şagirdlər zarafat edəcək..."

Ekspert məktəblərdə cinsi tərbiyə dərslərinə qarşı çıxdı: "Şagirdlər zarafat edəcək..."

Xəbər veridyimiz kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi orta məktəblərdə reproduktiv sağlamlıq, cinsi tərbiyə, ailə hüququ mövzularının dərs saatlarına əlavə edilməsini təklif edib.

Bəs təhsil ekspertlərinin bu məsələyə yanaşması necədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev söylədi ki, cinsi tərbiyə mövzusunda müəyyən dərəcədə istər sinif rəhbəri, istər müəllimlər təbliğatlar aparırlar:

"Həqiqətən də 90 faiz təbliğat aparılır. Ümumtəhsil məktəblərimizidə müəyyən əskikləri olsa da, bu istiqamətdə təbliğatın aparıldığına inanıram. Amma bunun dərs mövzusuna salınmasına mən razı deyiləm. Tədris olaraq salınması bəlkə də şagirdlərin digər dərslərə olan münasibətinin korlanmasına gətirib çıxara bilər. Necə? Şagird həmin mövzuları alay mövzusu edərək, onu bir zarafat formasında təqdim edərək, bunun daha düzgün keçirilməsinə müəyyən dərəcədə maneçilik yarada bilər. Bu, mənim şəxsi fikrimdir. Tədris olaraq deyil, amma sinif rəhbərinin təbliğatı olaraq bu təqdim olunsa, daha yaxşı olar. Belə deyək də, həmin qurumun özünün rahatladılması üçün belə bir proqramın salınması, öz işinin ümumtəhsil məktəblərinə yansıması deməkdir. Bunun dərs saatlarına əlavə olunması üçün müəyyən proqramı hazır olmalıdır, vəsaitlər hazırlanmalıdır, müəllim hazırlanmalıdır. Təklifi irəli sürən qurumun əlində ümumtəhsil məktəblərimizin hamısına yetəcək qədər kadr varmı? Məsələ birdən-birə belə bir mövzunu ortaya ataq, bunu müzakirə edək deyil. Bizdə hər bir şey belə üst-üstə gəlir, sonra da problem olur. Misal üçün kurikuluma başladıq, amma nə qədər əskiklərimiz çıxdıBirinci mövzunun strikturu formalaşdırılmalıdır, proqram tərtib olunmalıdır, vəsaitlər hazırlanmalıdır. Həmin mövzunu işləyəcək mütəxəssislər olmalıdır ki, ondan sonra bu proses həyata keçirilməlidir. Cinsi tərbiyə mövzusunu təbliğ edən kifayət qədər mütəxəssis varmı? Tutaq ki, bunu psixoloqların boynuna qoyaq. Psixoloqların onsuz da işləri çoxdur. 2000 şagirdi olan məktəbdə bir psixoloq var, psixoloq öz işinin öhdəsindən gələ bilmir. Yəni o mövzuları necə işləyəcək?"

Ekspert hesab edir ki, həqiqətən də biz bunu uşaqlarımızın gələcəyi üçün düşünürüksə, bu mövzunu işləyəcək mükəmməl kadr olmalıdır.

"Ümumtəhsil məktəblərimizə yetəcək şəkildə kadr olmalıdır, o kadrları hazırlayaq, ondan sonra deyək ki, biz uşaqlarımızın gələcəyi üçün tərbiyəvi mövzuda müəyyən irəliləyişlərin əldə edilməsi üçün belə bir planı həyata keçirmək istəyirik. Yəni mənim düşüncəm budur. İlk növbədə bunun strukturu hazırlanmalıdır. Amma mən bu işin kor-təbii başlanmasına qarşıyam",- deyə Ramin Nurəliyev vurğuladı

Oxşar xəbərlər

Bütün xəbərlər