Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Azad Qarabağın adına layiq dövlət məmuru-ANAR MƏCİDOV elə bir sistem qurub...

Azad Qarabağın adına layiq dövlət məmuru-ANAR MƏCİDOV elə bir sistem qurub...

Azərbaycanın təhsil sistemində yaxşı kadrlar olmadığını söyləmək haqsızlıq sayılar. Elə nümunəvi təhsil adamları göstərmək olar ki, başqaları üçün də örnəkdirlər. Politika.az bildirir ki, onlardan biri Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən, 2022-ci ildə elm və təhsil nazirinin əmri ilə müdir müavini təyin olunmuş Anar Məcidovdur. Anar Məcidov tutduğu vəzifədə özünü tamamilə təsdiqləmiş təhsil adamıdır. Ölkə təhsil sektorunda neqativ hallarla bağlı xəbərlər yayıldığı zamanda, Anar Məcidov Qarabağın adına layiq olaraq təhsil idarəsini idarə edir. Bu da qürurverici faktdır ki, azad Qarabağın adını daşıyan Təhsil İdarəsində iş mexanizmi şəffaf, çevik, mobil qurulub, tədris prosesinə nəzarət ən yüksək səviyyədə təmin olunub, təhsilin keyfiyyətinin artırılması üçün nəzarət gücləndirilib, məktəblərdə dərsə davamiyyət ən yuxarı həddə qorunub saxlanıb. Bu da sözsüz ki, Anar Məcidovun qurduğu iş prinsipinin nəticəsidir. Onun peşəkarlığı, təcrübəsi, təhsilin keyfiyyətinin artırılmasına nəzarət mexanizmi burada mühüm rol oynamaqdadır. Hazırda Qarabağ Regional Təhsil İdarəsi digər regional idarələr üçün də nümunə olmaqdadır. Bu gün azad edilən ərazilərdə məktəblərin, liseylərin bərpası, bu istiqamətdə dövlət rəhbərliyinin gördüyü işlər yüksək qiymətləndirilməlidir. Məlumdur ki, Şuşada, Talışda məktəblər istifadəyə verilib. Bütün bu görülən işlərlə yanaşı təhsilin yüksək keyfiyyətdə təşkilində də Anar Məcidovun tapşırıqları rol oynayır.
Eyni zamanda, Anar Məcidov işinə məsuliyyətlə yanaşan, həssaslıq göstərən təhsil insanıdır. Bunun nəticəsidir ki, Elm və Təhsil Nazirliyinin onun qarşısında qoyduğu tapşırıqları ən ideal şəkildə həyata keçirir, heç bir nöqsana yol vermədən fəaliyyət göstərir. Ona görə də mətbuat səhifələrində Anar Məcidov barəsində mənfi rəy, neqativ informasiya görmək mümkün deyil.
Ən əsası isə onun müsbət şəxsi keyfiyyətlərinin başında şəhid ailələrinə, qazilərə diqqət göstərməsi dayanır. Anar Məcidov hər zaman onlara xüsusi qayğı ilə yanaşır. İndiyə qədər ona müraciət edən şəhid ailəsini, yaxud qazini geri çevirməyib. Əksinə, onlara gücü çatdığı qədər dəstək olur, işlə təmin olunmalarında köməklik göstərir, əgər işə qəbul üçün vakansiya elan olunursa, birinci növbədə iş gözləyən şəhid ailələrini, qaziləri yada salır, onların işlə təmin olunmasına yardımçı olur. O baxımdan əminliklə söyləmək olar ki, Anar Məcidov həm peşəkar təhsil mütəxəssisidir, həm insani keyfiyyətlərinə, rəftarına görə fərqlənir.
Bu səbəbdən regional təhsil idarəsi müdiri vəzifəsini yerinə yetirən Məcidov böyük hörmət, nüfuz sahibidir, rəğbətlə qarşılanır. Belə bir yüksək səviyyəli fəaliyyət həm də onun, rəhbəri olduğu idarənin, o cümlədən nazirliyin və dövlətin başını uca edir. Bir daha sübut olunur ki, Qarabağın adı daşıyan bir struktura rəhbərlik edəcək şəxs belə nümunəvi olmalıdır, şəffaf fəaliyyəti, insanlara dəstəyi, kristal işi ilə seçilməlidir.
Həmçinin, bu faktı da demək yerinə düşər ki, davamlı olaraq regional təhsil idarəsi təhsil müəssisələrində vəziyyətlə əlaqədar yoxlamalar aparır. Elə 2023 ilin əvvəlindən 2024-cü ilin mart ayınadək Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələri açıqlanıb.
Məktəb kargüzarlığının icra vəziyyəti, infrastruktur, maddi-texniki təminat, tədrisin təşkili, iş fəaliyyətinə müsbət və mənfi təsir göstərən amillərin müəyyən edilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun təhsillə əhatə olunması, məktəbəqədər və ümumi təhsildə səmərəlilik, həmçinin keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə son bir ildə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 87 (səksən yeddi) təhsil müəssisəsində monitorinq aparılıb.
Yoxlama zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar səbəbindən qanunvericiliklə müəyyən edilmiş qaydada 49 təhsil müəssisəsinin rəhbərinə töhmət, 11 təhsil müəssisəsinin rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, 13 müəssisə rəhbərinə xəbərdarlıq edilmiş, 2 nəfər şəxs barəsində yoxlama materialları hüquq-mühafizə orqanlarına təqdim edilmiş və əmək müqavilələrinə xitam verilmişdir. Bu da Anar Məcidovun öz fəaliyyətini və nəzarət mexanizmini hansı səviyyədə qurduğunu bir daha təsdiq etməkdədir...

Oxşar xəbərlər

Bütün xəbərlər