Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR

I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR

Xəbər verdiyimiz kimi, 2 iyun Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən birinci qruplara blok imtahanı keçiriləcək.

Maraqlıdır, birinci qrupa hazırlaşan abituriyentlər hansı ixtisaslar üzrə seçim etsələr, universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkməzlər?

Mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, iş imkanları hər bir tələbənin potensialından asılıdır:Universiteti hər bitirən şəxs işlə təmin olacaq deyə bir şey yoxdur. İş məsələsini dövlətdən gözləməyin düzgün olduğunu düşünmürəm. Çünki biz kapitalizm cəmiyyətində yaşayırıq və potensialı olan hər bir şəxs iş imkanlarına sahib ola bilir. Müvafiq iş çərçivəsində qabiliyyəti, sürətli öyrənmə potensialı və bacarığı olan şəxslər rahat şəkildə əmək faəlliyəti ilə məşğul ola bilir. Ona görə də abituriyentlər ixtisas seçərkən hansı ixtisası rahat qavraya biləcəyini və bu sahə üzrə bacarıqlarını düşünməlidir”.
Təhsil eksperti qeyd edib ki, 1-ci ixtisas qrupunda ən çox tələb olunan ixtisaslardan biri informasiya texnologiyaları və təhlükəsizliyidir:

“Əgər tələbə gələcəkdə magistratura və ya doktorantura təhsilini xaricdə almağı düşünürsə, həmin tələbələrə məsləhət görərdim ki, kompüter mühəndisliyi ixtisası üzrə təhsil alsınlar. Çünki bu ixtisasa həqiqətən gələcəkdə və indinin özündə də böyük tələbat olacaq. Xarici ölkələri ona görə məsləhət verirəm ki, orada kompüter mühəndisliyi, o cümlədən informasiya texnologiyaları kimi ixtisasları dərindən mənimsənilməsi üçün geniş imkanlar təqdim edirlər. Bu ixtisaslar üzrə ölkəmizdə də təhsil almaq olar. Həmin şəxslər üçün iş imkanları genişdir”.

R.Nurəliyev vurğulayıb ki, 1-ci qrupu seçənlər qida mühəndisliyi üzrə də təhsil ala bilərlər:Çünki artıq zaman keçdikcə fabriklər, sexlər və zavodlar qida mühəndisinə ehtiyac duyacaq”.

Təhsil ekspertinin sözlərinə görə Hərbi kompozisiya materialları mühəndisliyi, Hərbi rabitə vasitələri mühəndisliyi, Optotexnika mühəndisliyi, Pirotexniki və partladıcı vasitələr mühəndisliyi, Silah və silah sistemləri mühəndisliyi və s. bu ixtisaslarda oxuyub, işini mükəmməl bilən tələbələr işlə təmin edilir:

“Bu ixtisaslar Müdafiə Sənayesi Nazirliyinin birbaşa tabeliyində Azərbaycan Texniki Universitetində tədris olunan ixtisaslardır və keçid balının aşağı olmasına baxmayaraq, ixtisasını oxuyub mükəmməl bilən, bu sahəyə can qoyan və yüksək naliyyətlərlə bitirən tələbələrin birbaşa Müdafiə Sənayesi Nazirliyində işlə təmin olunurlar. Valideyn və abituriyentlərin bu ixtisaslardan məlumatı olmadığına görə bu sahələrə maraq azdır”.

Ramin Nurəliyev I qrupda o qədər də tələbat olmayan ixtisaslardan söz açıb.

“Birinci qrup Rİ altqrupunda kompüter yönümlü ixtisaslardan Mexatronika və robototexnika mühəndisliyi ixtisasında perspektivlik görmürəm. Çünki adıçəkilən ixtisas üzrə universitetlərdə maddi-texniki baza mükəmməl deyil. Yaponiya, Çin, Avropanın inkişaf etmiş ölkələrində isə bu ixtisas üzrə tələbələrə geniş imkanlar təqdim edirlər. Azərbaycanda vəziyyətin belə olması, təbii ki, müəyyən qədər iş imkanlarına təsir edir.Bununla yanaşı Nəqliyyat tikintisi mühəndisliyi, Mühəndis fizikası, Materiallar mühəndisliyi, Meliorasiya mühəndisliyi, Geomatika və geodeziya mühəndisliyi, Cihaz mühəndisliyi perspektivliyi olmayan ixtisaslardır. Bu ixtisaslar üzrə də təbii ki, potensialı olan tələbələr iş tapa bilər.Amma biz daha geniş iş imkanlarından danışırıq...”.

Oxşar xəbərlər

Bütün xəbərlər