Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı ingilis dilində çapdan çıxıb

“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı ingilis dilində çapdan çıxıb

“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı ingilis dilində çapdan çıxıb.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan elmi əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Nəşrin müəllifləri İnstitutun professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, Heydər Əliyev Mərkəzinin Tədbirlərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosenti Səbuhi Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dosenti Nərminə Əmirbəyovadır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən hazırlanan kitabda qədim dövrlərdən XX əsrin əvvəllərinədək Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamülü kompleks şəkildə öyrənilib. Nəşrdə Azərbaycanda hərb işinin yaranması və inkişafı dövrü barədə də ətraflı məlumat verilir.

Çoxsaylı mənbə və ədəbiyyat əsasında hazırlanan əsərdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətinin inkişafının xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi əməliyyatlarda istifadəsi üsulları və döyüş taktikasına təsiri məsələləri mühüm yer tutub.

Monoqrafiyada dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub. Kitab çoxlu sayda tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib. Nəşrə dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, yürüşlərin və döyüş düzülüşlərinin sxemləri, tarixi silahların fotoşəkilləri, miniatürlər, o cümlədən müxtəlif sənəti nümunələri daxil edilib.

Ən qədim dövrlərdən XX əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini şərtləndirib.

Azərbaycanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər