Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Yüksək bal yığmayıbsa, dünya dağıldı?!” – Valideynlərin “BAL TƏZYİQİ”nin neqativ nəticələri

  “Yüksək bal yığmayıbsa, dünya dağıldı?!” – Valideynlərin “BAL TƏZYİQİ”nin neqativ nəticələri

Xəbər verdiyimiz kimi, Abşeron rayonunda imtahandan az bal toplayan 17 yaşlı gənc itkin düşüb. Hər birimizə aydındır ki, bu tip hadisələr ilk dəfədir ki, yaşanmır. Bəzi valideynlərin imtahanda istənilən nəticəni göstərməyə övladlarına qarşı təzyiqləri səbəbindən intihar edənlər də az olmayıb.

Bəs, valideynlər imtahanda aşağı bal toplayan övladları ilə davranışda nələrə diqqət etməlidirlər?

Təhsil üzrə ekspert Nadir İsrafilov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O, məsələyə belə yanaşıb:

“Nə qədər ki, valideynlər tərəfindən övladlarına qarşı “bal təzyiqi” olacaq, itkin düşmə, intihar halları da bir o qədər qaçılmaz olacaq. Ali məktəbə qəbul düşüncəsi məqsəd ola bilər, mentalitet yox.

Məktəb təlim-tərbiyə müəssisəsi olduğu halda təlimə ifrat dərəcədə aludəçi olmuşuq. Tərbiyə işi isə aktuallığını itirməyə doğru gedir. İş o həddə çatıb ki, günümüzdə nəinki məktəblərdə, hətta məktəbəqədər və məktəbəhazırlıq qruplarında təhsil tərbiyəni üstələyir. Son onilliklərdə məktəblərdə baş verən xoşagəlməz hallar bu qənaətə gəlməyə əsas verir.

Elə bir il olmur ki, buraxılış və qəbul imtahanı ilə əlaqədar mənasız yerə ajiotaj yaradılmasın, bu məsələ ətrafında yerli-yersiz müzakirələr aparılmasın. Ancaq bir mühüm məqamı unuduruq ki, məktəbin vəzifəsi təkcə öz yetirmələrini müəyyən bilik məcmusu ilə silahlandırmaq deyil. Bizim təhsilimizin əsas vəzifələrindən biri hərtərəfli ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Yoxsa “ötən filan qədər abituriyent 700 bal yığmışdı, bu il faiz aşağı düşdü, təhsil dağıldı, batdı” kimi təhlillərə ehtiyac yoxdur.Bu kimi polemikalar valideynlərə və onların övladlarına da təsirsiz ötüşmür. Təhsillə bağlı yanaşmalar, təhsilə baxış tərzimiz dəyişməlidir. Bu il belə olar, gələn il başqa cür. Bir də ki, hansı qanunda yazılıb ki, orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaqdır və hər bir valideynin övladı ali təhsilli olmalıdır?”

Müsahibimiz bildirib ki, lazımi bal toplamadığına görə uşaqları ittiham etmək olmaz:

“Unutmaq olmaz ki, valideynin övladına “filankəsin uşağı xaricdə təhsil alır, sən burda kollecə belə qəbul ola bilmədin” kimi tənəsi yeniyetmənin nəinki psixi durumuna təsir edər, hətta onu intihara belə sürükləyər. Uşaqlar bizim gələcəyimizdir. Onların üstünə bu qədər getmək, lazımi bal toplamadığına görə ittiham etmək olmaz.

Məktəblilər arasında qeydə alınan son intiharları bilavasitə məktəblə, təhsillə ələqəndirməsək də, bu kimi halların baş verməsində məktəbin, təhsildəki uğursuzluqların rolunu danmaq da ədalətsizlik olardı. DİM sədri Məleykə Abbaszadənin təbirincə desək, “700 bal yoxdursa, dünya dağıldı?! Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın”.

Övladınız bu il lazımı keçid balını toplamadı, ali məktəbə qəbul olmadı, dünya dağılmadı ki?! Növbəti il daxil olar, sizin üçün onun təhsili vacibdir, yoxsa sağlamlığı?!”

Oxşar xəbərlər

Bütün xəbərlər