Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Milli Kitabxanada “Məhəmməd Tağı Sidqi - 170” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Məhəmməd Tağı Sidqi - 170” adlı kitab sərgisi açılıb

Görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yubileyi münasibətilə Milli Kitabxanada “Məhəmməd Tağı Sidqi – 170” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan verilən məlumata görə, sərgidə ədibin əsərləri, həyatı haqqında, Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında gördüyü mühüm işlərdən bəhs edən ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Məhəmməd Tağı Sidqi 1854-cü il martın 22-də Ordubad şəhərində dünyaya göz açıb. Mədrəsə təhsili almasına baxmayaraq, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənib.

Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis edib, xalq müəllimi kimi şöhrət qazanıb, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olub. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin – “Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s. müəllifidir.Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olub. “Məktəb hekayələri” silsiləsi ilə Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaradıb. Bu silsiləyə yazıçının “Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və digər hekayələri daxildir.

Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir. O, əsərlərində özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ edib.

Oxşar xəbərlər

Bütün xəbərlər