Xəbər lentiwidget-title-icon

Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək

"Bu cür valideynlər təhsil adına bir ləkədir" - Ekspertdən SƏRT SÖZLƏR

"Bu cür valideynlər təhsil adına bir ləkədir" - Ekspertdən SƏRT SÖZLƏR

Danılmaz faktdır ki, ölkədə müxtəlif bayramlar ərəfəsində orta məktəblərdə müəllimlərə hədiyyə alınır, pul yığılıb verilir. Bütün bunlar azmış kimi, bəzi müəllimlər doğum günlərində də hədiyyə istəyirlər, hədiyyə verməyən şagirdlərə qarşı aqressiv yanaşırlar.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, təhsil eksperti Elmin Nuri söylədi ki, uzun illərdir bu məsələ ildə bir neçə dəfə gündəmə gəlir:

"Çünki həqiqətən də son illərə nisbətdə qarşısı alınsa da, mübarizə metodları artırılsa da, təəssüf ki, yenə də məktəblərdə müəllimlər üçün pul yığmaq, hədiyyə almaq kimi ənənə davam etməkdədir. Bu, hallara əsasən 8 Mart Beynəlxalq Qadınlar günü və 5 Oktyabr Beynəlxalq Müəllimlər günündə rast gəlinir. Doğrudur, indi hətta Yeni ildə də, digər bayramda da, müəllimlərin ad günündə də belə bir təşəbbüs olur. Bunun birmənalı səbəbkarı, mənbəsi siniflərdəki valideyn komitələridir. Birincisi, həmin komitələr nizamnaməyə, öz missiyasına görə hərəkət etmirlər. Valideyn komitəsinin işi nəzarət mexanizmi əsasında qurulmalı idi. O, nəinki həmin sinfin, o cümlədən məktəbin də tədris və təlim məsələlərinə müəyyən bir yanaşma sərgiləməli, baş verən neqativlərlə bağlı valideynlər adından öz fikrini bildirməlidir. Çünki təhsildə üç tərəf var: şagird, müəllim və valideyn. Bizim məktəblərdəki valideyn komitələri isə tamam başqa missiya ilə məşğuldurlar. Bir neçə demaqoq və özünü müəllimə yaxın hiss etdirmək istəyən valideyn bu zaman ortalığa düşür, yaradılan votsap qruplarında xüsusi əda ilə, xüsusi canfəşanlıqla müəyyən "təşəbbüs" irəli sürürlər. Pul yığmağın, hədiyyə almağın vacibliyini diqqətə çatdırırlar. İnanın, elə müəllimlər tanıyıram, özü deyir ki, lazım deyil, etməyin. Yəni öz nəfsindən imtina edir. Çünki insan deyilən varlıq üzərində nəfs daşıyır, hədiyyəyə və sairə meyili olur, amma elələri var ki, "başı ağrımasın" deyə, müəyyən bir narazılıqlar yaranmasın deyə, şikayət olmasın deyə bundan imtina edir. Amma bir qrup valideyn var ki, müəllimin imtinasından sonra belə bu vərdişlərdən əl çəkmirlər, sanki onlar bunun üçün yaşayırlar, sanki onların uşağı buna görə dərsə gedir. Onlar üçün sinifin tədris prosesində, sinifin təlim-tərbiyə məsələsində hər hansı bir neqativi işıqlandırmaq, məsələni müzakirəyə çıxarmaq deyilən bir anlayış yoxdur", - deyən ekspertin sözlərinə görə, həmin valideynlər üçün təhsil anlayışı belə yoxdur:

"Onlar üçün bu anlayışlar var: pul yığılsın, özlərini, hegemon kimi göstərsinlər. İndi bəzi buraxılış siniflərində, bir və dördüncü siniflərdə buraxılış gecələri olur, daha sonra "Son zəng" olur, restoran məsələsində ortalığa düşürlər. Bu cür valideynlər təhsil adına bir ləkədir. Problemlə bağlı təkliflər demək lazımdır. Bu gün nazirlik tərəfindən valideyn komitələri ilə bağ olmalıdır. Ümumiyyətlə, valideyn komitələri necə olmalıdır? Bu, məktəbin nizamnaməsində öz əksini tapmalıdır və sırf həmin nizamnaməyə görə valideyn komitələri fəaliyyət göstərməlidir. Həmin valideyn komitələrinə daha pul yığmaqda mahir, demaqoq insanlar yox, həqiqətən də ziyalı olan, tədrisi anlayan, təcrübəsi olan valideynlər daxil edilməlidir. Əks halda bu problemlər həmişə qalacaqdır, çünki bu məsələ təkcə müəllimlə məhdudlaşmır. Məsələnin daha böyük tərəfi valideyn komitələridir".

Elmin Nuri qeyd etdi ki, indi İT texnologiyasının, texnoloji inkişafın üstünlükləri imkan verir ki, bu işlərini daha sürətlə həyata keçirsinlər.

"Görürsünüz ki, bir sinifin mütləq votsap qrupu olmalıdır. Mənə ən yaxın olan çevrədə müəllimlər var ki, konkret gözümlə görmüşəm, valideynlər həmin müəllimdən xəbərsiz öz aralarında ayrıca votsap qrupu yaradır. Müəllimin ad günü üçün, onun 8 Martı üçün əlavə pul yığırlar. Bu artıq valideynin özünə çox ciddi şəkildə hörmətsizlikdir. Bu gün həqiqətən də, gənc müəllimlərimiz var ki, onlar həqiqətən də tədris düşünürlər. Onların beynində, nəfslərində hədiyyə anlayışı yoxdur, varsa da istəklərini boğurlar, amma valideynlər ona imkan vermirlər. Bu, bütün müəllimlərə aid deyil, bütün müəllimlər "süddən çıxmış ağ qaşıq deyil", dolayısı yolundan tələb edən də var. Özü kənarda qalıb, öz əlaltısı olan valideyni işə təhrik edən də var. Amma nisbət mənada deyirəm ki, bu problemi həll etmək üçün valideynlərdən başlamaq lazımdır. Valideyn komitələri düzgün işləyərsə, hətta hədiyyəyə görə, başqa nəyəsə görə sinifdə neqativ hal yaşadan müəllimin də qarşısında ilk duran onlar olacaqlar", - deyə ekspert bildirdi.

Oxşar xəbərlər

Bütün xəbərlər