BSU-da yay semestri başa çatıb

Bakı Slavyan Universitetində (BSU) təşkil olunan yay semestrinin dərsləri uğurla yekunlaşıb.
BSU-dan "tehsilmedia.info"a bildirilib ki, ümumilikdə 218 tələbənin iştirak etdiyi yay semestrində 38 fənn üzrə 26 müəllim tədris aparıb.
Semestri müvəffəqiyyətlə başa vuran tələbələr avqustun 28-də və 30-da, sentyabrın 1-də imtahanlarda iştirak edəcəklər.



























