Xəbər lentiwidget-title-icon

BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi
Respublika Fənn Olimpiadalarında Azərbaycan məktəbləri üzrə ƏN çox medal qazananlar
5 yaşlı uşaqlar riyaziyyat üzrə 8 ölkə arasında 2-ci olub
İşğaldan azad edilən ərazilərdə müəllim və şagird SAYI
Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır
Qəbələdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri mükafatlandırılıb - FOTOLAR
“Miqrasiya Könüllüsü” İctimai Birliyi Təcrübə Proqramı elan edir
İşğaldan azad olunmuş ərazilərdə açılan təhsil müəssisələrimizin sayı onlarla ölçüləcək - NAZİR
BU şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
Nazir: 2 il sonra məktəbi bitirən 20 MİN şagirdin YENİ bacarıqları olacaq
Emin Əmrullayev: WUF13 Azərbaycan gəncliyi üçün əlavə bir İMKANDIR
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - FOTO
Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bıçaqlanma, təcavüz və rüşvət: Elxan Nəcəfovun sərgüzəştləri
Firudin Qurbanov: Yalnız bilikli, yaradıcı gənclər ölkəmizin əsas gücü olacaq
Ölkəmiz neft gəlirlərini insan kapitalına çevirməyə nail oldu – Nazir müavini
Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibətilə SƏRGİ açılıb
Azərbaycan taekvondoçuları Gürcüstanda 4 medal qazanıblar
İnternetdən hər gün istifadə edənlərin nəticələri ZƏİFDİR - Elnur Əliyev
Elnur Əliyev: Aşağı imkanlı ailələrin uşaqlarının göstəriciləri AŞAĞI deyil
Azərbaycanda beşyaşlıların sosial-emosional bacarıqları QİYMƏTLƏNDİRİLİB
RFO-nun kimya fənni üzrə final turunun yekun nəticələri elan edilib
Prezident İlham Əliyev: Azərbaycanda təhsilin inkişafına İtaliya-Azərbaycan Universitetinin çox böyük təsiri olacaq
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I YERİ tutub

5 yaşlı uşaqlar riyaziyyat üzrə 8 ölkə arasında 2-ci olub

“Nəticələrə əsasən Azərbaycanlı 5 yaşlı uşaqlar riyazi savadlılıq üzrə yüksək nəticə göstərərək iştirak edən 8 ölkə arasında ikinci yeri tutublar”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev jurnalistlərə açıqlamasında qeyd edib.

“Bu, xüsusilə iştirakçı ölkələrin əksəriyyətinin inkişaf etmiş ölkələr olduğunu nəzərə alsaq, qənaətbəxş göstərici hesab olunur. Bununla belə, maraqlı məqam ondan ibarətdir ki, riyazi bacarıqlar yüksək olsa da, uşaqların təməl savadlılıq göstəriciləri orta səviyyədən bir qədər aşağı olub.

Bu isə gələcək mərhələdə səbəblərin araşdırılması, təhsil proqramlarının keyfiyyətinin təhlili və tərbiyəçilərin peşəkar inkişafına daha çox diqqət yetirilməsini zəruri edir”.

Emosional inkişafla bağlı nəticələrə toxunan Elnur Əliyev qeyd edib ki, uşaqların emosiyaları tanıma, ayırd etmə və müəyyənləşdirmə bacarıqları üzrə göstəriciləri 8 ölkənin orta səviyyəsinə yaxındır:

“Güvən və davranışla bağlı nəticələr isə valideynlər və tərbiyəçilər arasında keçirilmiş sorğular əsasında müəyyən edilib. Bu sahədə də göstəricilər orta səviyyəyə yaxın olsa da, ən yüksək nəticə göstərən ölkələr sırasına daxil deyil.

Araşdırma anaların təhsil səviyyəsinin uşaqların nəticələrinə ciddi təsir etdiyini də üzə çıxarıb. Belə ki, ali təhsilli anaların uşaqları riyazi savadlılıq üzrə 36 bal, təməl savadlılıq üzrə isə 22 bal daha yüksək nəticə göstəriblər. Bu fərq əhəmiyyətli hesab olunur.

Bundan əlavə, rəqəmsal alətlərdən istifadənin uşaqların inkişafına təsiri də araşdırılıb. Məlum olub ki, bu alətlərdən tez-tez istifadə edən uşaqların nəticələri daha aşağıdır. Ümumilikdə isə rəqəmsal vasitələrin istifadəsinin uşaqların göstəricilərinin artmasına müsbət təsiri müşahidə edilməyib".

Elnur Əliyev hesabatda qeyd olunan digər vacib məqamlara da diqqət çəkib. Onun sözlərinə görə, bu yaşda uşaqların inkişafına ən çox təsir edən üç əsas amil müəyyən edilib: ev mühiti, valideynlərin təhsil səviyyəsi və uşaqların erkən yaşdan məktəbəqədər təhsilə cəlb olunması. Bu amillər uşaqların inkişafında həlledici rol oynayır.

Oxşar xəbərlər

Bütün xəbərlər