Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

Etibar Əliyev İctimai Şuradan istefa verdi

Etibar Əliyev İctimai Şuradan istefa verdi

Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuradan istefa verib.

tehsilmedia.info xəbər verir ki, bu barədə deputat feysbuk səhifəsində paylaşım edib.

Deputat İctimai Şuradan istefası ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir:

“Bu gün Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi “WhatsApp” yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşılması məsələsinin də müzakirənin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirilməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrlə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. Mənim təkliflərimdən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsələni də qeyd edim ki, E. Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri-mümkün hesab edirəm və şura üzvlüyündən istefa verirəm”.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər