Təhsil Media
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında maraqlı bir məqama toxunub: “Hələ də anlaya bilmirəm ki, hüquqşünas nəyə görə tarixi riyaziyyatdan daha yaxşı bilməlidir?”
Nazir, həmçinin qeyd edib ki, elə ixtisaslar var ki, onların tədris müddəti 3 il ola bilər, lakin 20-21 yaşlı gəncin yaxşı hüquqşünas kimi formalaşması sual doğurur.
Nazirin bu fikirləri fondunda maraqlı bir sual ortaya çıxır ki, gələcəkdə hüquq ixtisası üzrə tədris müddəti artırıla bilərmi?
Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, sosial, pedaqoji, turizm, kənd təsərrüfatı və mühasibatlıq kimi ixtisaslarda təhsil müddətini 3 ilə endirmək tamamilə mümkündür:
"Nazirin çıxışını diqqətlə izlədim. Xüsusilə də bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı aparılan müzakirələrə verdiyi özünəməxsus və dəqiq cavab yaddaqalan oldu. Bildiyiniz kimi, onun mövqeyi belə idi ki, bəzi ixtisaslarda tədris müddətini 3 ilə endirmək olar, lakin bu yanaşma bütün sahələrə şamil edilməməlidir. Məsələn, hüquqşünaslıq kimi ixtisaslarda müddətin azaldılması doğru deyil. Bu, o demək deyil ki, hüquq üzrə təhsil müddəti artırılacaq; sadəcə, bu sahə üçün müddətin ixtisara salınması uyğun hesab olunmur.
Bu fikri tamamilə haqlı sayır və dəstəkləyirəm. Sosial, pedaqoji, turizm, kənd təsərrüfatı və mühasibatlıq kimi ixtisaslarda təhsil müddətini 3 ilə endirmək tamamilə mümkündür və məqsədəuyğundur. Dibə ensək görərik ki, belə sahələr üzrə müəyyən kurslar hətta 1 illik proqramla mütəxəssis hazırlaya bilirsə, ali təhsil müəssisələri bu öhdəliyi 3 ilə rahatlıqla yerinə yetirər. Dünya təcrübəsində də bu model özünü doğruldub. Həm də bu addım gənclərimizə 1 il vaxt və maliyyə qənaəti qazandırar, magistratura və ya əmək bazarına daha tez qədəm qoymalarına şərait yaradar".
Bizdə formalaşmış köhnə stereotip var ki, hüquq oxumaq üçün mütləq tarixdən, mühəndislik üçün fizikadan imtahan verilməlidir:
"Lakin hüquq, beynəlxalq münasibətlər, dilçilik, tibb və mühəndisliyin müxtəlif sahələrində (məsələn, tikinti, maşınqayırma, geologiya) təhsil müddətini azaltmaq tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər.
İkinci məsələyə  "hüquqşünas tarixi riyaziyyatdan daha yaxşı bilməlidir" kimi yanaşmaya gəldikdə isə, bununla da tam razıyam. Bizdə formalaşmış köhnə stereotip var ki, hüquq oxumaq üçün mütləq tarixdən, mühəndislik üçün fizikadan imtahan verilməlidir. Halbuki,  memarlıq və ya neft mühəndisliyinə qəbul olan şagird məktəbdə birbaşa bu sahələr üzrə xüsusi fənn keçmir. Dünya təcrübəsinə baxsaq, ölkələrin 70-80%-ində qəbul imtahanları 5-6 fəndən ibarət deyil, daha çox riyazi-məntiqi təfəkkürü və dil biliyini ölçən ümumi testlər (məsələn, SAT) əsasında aparılır. Hətta tibb ixtisasına qəbulda belə məntiq və riyaziyyat əsas götürülür.
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.
Hər il sentyabrın 18-i dahi Azərbaycan bəstəkarı, professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Milli Musiqi Günü kimi qeyd edilir.
Tehsilmedia.com xəbər verir ki, Sumqayıt şəhəri 23 nömrəli məktəbin musiqi müəllimi, “Örnək müəllim” Maya Yaradanquliyeva Milli Musiqi Günü ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb.
Müəllim qeyd edib ki, Milli Musiqi Gününün təməlində iki böyük bəstəkarın adı dayanır:
“Milli Musiqi Gününün məhz 18 sentyabr tarixində qeyd olunması təsadüfi deyil. Bu tarix Azərbaycan musiqi mədəniyyətinin iki böyük sütununun adı və dövlət qərarı ilə bağlıdır. 1885-ci il sentyabrın 18-də iki nəhəng sima - Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar Müslüm Maqomayev anadan olub.
Hələ dahi müğənni Bülbülün təşəbbüsü ilə Üzeyir bəyin sağlığında, 1945-ci ildən etibarən bəstəkarın doğum günü respublikada musiqi bayramı kimi qeyd olunmağa başlanıb. Bu ənənəni əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə 18 sentyabr rəsmi olaraq Milli Musiqi Günü kimi təsbit edilib”.
Milli Musiqi Günü şagirdlərə mənəvi irsimizin, milli kimliyimizin bünövrəsi kimi çatdırılmalıdır:
"Bu xüsusi günü dərsdə maraqlı və yadda qalan üsullarla təqdim etmək olar. Şagirdlərə bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı təsis edildiyini bildirmək, onun Şərqdə ilk opera və ilk operettanı yaratması faktını vurğulamaq lazımdır. Onun ilk dəfə romans-qəzəllər yaratdığını qeyd etmək və bu əsərlərdən, xüsusilə Nizami Gəncəvinin qəzəlləri əsasında yazılmış romans-qəzəllərindən dinlətmək olar.
Daha sonra “Koroğlu” operasından möhtəşəm və əzəmətli uvertüranı dinlətmək, bu əsərin tarixi əhəmiyyətini şagirdlərə aşılamaq lazımdır. Eyni zamanda, uşaqların musiqidən aldıqları emosional təəssüratlarını bölüşmələrinə şərait yaratmaq vacibdir.
Üzeyir Hacıbəylinin öz əsərlərində muğamlardan, xalq mahnı və rəqslərindən istifadəsini göstərmək üçün uşaqlara həmin əsərlərdən nümunələr dinlətmək lazımdır. Üzeyir Hacıbəyli xalq musiqilərindən öz əsərlərində istifadə etməklə böyük bir məktəb yaradıb. Bu ənənəni də bütün bəstəkarlar davam etdirirlər.
Üzeyir Hacıbəyli böyük bir məktəb qoyub. Muğamlarımızın, aşıq havalarımızın və klassik bəstəkar əsərlərimizin kökünü dərk edən şagird, təbii ki, öz mədəniyyəti ilə fəxr edir. Xalq musiqisi şagirdlərin mənəvi aləmini zənginləşdirir, onlarda estetik qavrayış formalaşdırır. Şagirdlərə Üzeyir Hacıbəylinin operettalarından mahnılar ifa etdirmək lazımdır.
Məsələn, mən bu gün dərsimdə “O olmasın, bu olsun” operettasından Məşədi İbadın mahnısını ifa etdirəcəyəm və həmin səhnəciyi yaradacağıq. Məşədi İbadın mahnısında Üzeyir Hacıbəyli “Uzundərə” xalq rəqsindən istifadə edib. Yəni, balaca bir səhnəcik hazırlamaq lazımdır ki, uşaqların yaddaşında qalsın. Beləliklə, uşaqlarda keçmişə hörmət, mədəni irsi qorumaq və gələcək nəsillərə ötürmək məsuliyyəti formalaşır”.
Sonda müəllim şagirdlərin qəlbində bu gözəl sənətə sevgi aşılayan hər bir musiqi müəlliminə təşəkkür edib:
“Milli musiqi irsimizi yaşadan, onu gələcək nəsillərə ötürən bütün müəllimləri, musiqi xadimlərini və sənətsevərləri bu əlamətdar gün münasibətilə təbrik edirəm. Musiqimizin harmoniyası və ilhamı həyatınızdan heç vaxt əskik olmasın.
Əziz müəllimlər və şagirdlər, Milli Musiqi Gününüz mübarək olsun! Qoy muğamlarımızın dərinliyi, əzəməti və köhnəlməyən mahnılarımızın hərarəti qəlbinizdə daim vətənpərvərlik və estetik zövq işığı yandırsın.
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
“2026-2027-ci tədris ilində Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb”.
Tehsilmedia.com xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.
Rektorun sözlərinə görə, beynəlmiləlləşdirmə istiqamətində əsas hədəflərdən biri həm xarici professor-müəllim heyətinin, həm də əcnəbi tələbələrin universitetə cəlb edilməsidir.
Ş.Bayramov bildirib ki, əcnəbi tələbələrin qəbulu zamanı da yüksək akademik göstəricilər prinsipi əsas götürüləcək.
“Qarabağ Universiteti yüksək akademik göstəricilərə malik tələbələrin cəmləşdiyi universitetdir. Eyni yanaşmanı əcnəbi tələbələrin cəlbində də nəzərdə tuturuq. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb”, - deyə o vurğulayıb.
Bağçalara növbəyə yazılma prosesi davam edir
7 iyul 2026-cı il, saat 11:00-dan başlayan məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Tehsilmedia.com xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Yeni dərs ilindən yeni təmayül tədris modelinin tətbiqini müqəddəs məqsədlərlə təqdim etdilər. Dedilər uşaqlar əlavə hazırlıq üçün müəllim yanına getməyəcək, müəllimlər əlavə maaş alacaq, valideynlər ayda 1000 manata yaxın  qənaət edə biləcək. Minlərlə müəllim sənəd verdi yeni layihədə işləmək üçün.
Bakıda layihəyə müraciət edən müəllim sayı 10 000 nəfərə yaxın olub məlumata görə. Layihə üçün lazım olan yer isə 1000 nəfərdən az imiş.
Bakıda bu işə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli rəhbərlik edib. Komissiyalara özünə yaxın məktəb direktorlarını təyin edərək elan olunmamış qaydalarını reallaşdırıb. Elan olunmamış qaydalar nə imiş?!
1) Layihəyə seçilən müəllim tanınmış repetitor olmalıdır.
2) Layihə üzrə təhsil alan uşaqlara DİM-in test toplusları əsasında hazırlıq keçirilir.
3) Başqa, kənar məktəbin müəllimi seçilərsə, mərkəzi məktəbdə çalışa bilər və s.
Yeni təmayül tədris modelinə müraciət edən müəllimlərin bildirdiyinə əsasən, layihənin əsas məqsədi böyük pullar dövr edən repetitorluq bazarına nəzarəti ələ keçirmək və istədikləri müəllimləri bu ad altında müəyyən şərtlər daxilində mərkəzi məktəblərə toplamaq olub. Ona görə də Turanə Məcidli seçim komissiyalarına özünün əlbir olduğu məktəb direktorlarını rəhbər təyin edərək gizli bazar açıb. Bu sahəyə məsul olan, kadr seçimlərindən məsuliyyətli insan resursları mütəxəssisləri də qalıb kənarda. Axı peşəkar mütəxəssis seçim komissiyasında olsaydı, sövdələşmələrə maneçilik yaranardı.
Müraciət edən müəllimlər həmkar təəssübkeşliyi ilə komissiya sədri olan direktorların hələlik adlarının çəkilməsini istəmədilər. Amma bildirdilər ki, arabuluculuqda 190 nömrəli məktəbin direktor müavini Arifə Məmmədova aparıcı fiqur idi. Bu, həmin adamdır ki, 240 nömrəli məktəbin direktor müavini olduğu dövrdə məktəbin həyətində xadimələrə maşın yudurtma videoları yayılmışdı. Böyük ictimai narazılıq doğuran bu hərəkətinə görə ona heç bir cəza verilməməsinin sirri indi açılır. Xanım direktor müavininin yüksək himayədarları varmış, "iş bilən" kadr imiş, arif adammış.
Bir güllə ilə 12 dovşan vuran müasir işbazlar Nazirlik və Agentliyin (MÜTDA) səlahiyyətlərinə aid olan yerdəyişməni də layihənin "meyar"larına pərçim edərək əməlli-başlı əməliyyatlar aparıblar.
Keçən dərs ilində pilot olaraq tətbiq olunan layihə çərçivəsində oxuyan uşaqlara elə öz müəllimləri tərəfindən əlavə hazırlıq keçirildiyi hamıya bəllidir.  Burdan görünür ki, bu layihə eyni zamanda böyük pullar dövr edən repetitorluq bazarını ələ keçirmək yollarından biridir.
Müasir işbazlar çox ağıllıdır axı. Dövlət məktəbindən, dövlətin resurslarından istifadə elə, bütün əlaçı uşaqları şəhərin dörd bir tərəfindən topla bir qrup məktəbə, sonunda da belə. Allah bazar verməsin! Fırıldaqçılıqla xalqın başını qatanlara, öz mənafeyini güdən sövdəkarlara Allah və qanunlar azar verəcək.
Daha 40 məktəbdə hibrid təhsil olacaq
“Keçən tədris ilindən artıq pilot qaydada hibrid təhsilə başladıq. Bu, ucqar kəndlərdə şagird sayı az olan məktəblərdə şagirdlərin keyfiyyətli təhsilə çıxış imkanlarının artırılması üçün həyata keçirilən layihədir. Pilot qaydada 8 müəssisədə tətbiq edildi”.
Tehsilmedia.com xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
V.Xanlarov açıqlamasında bildirib ki, bu ildən əlavə 40 müəssisənin də əlavə olunması gözlənilir:
“Bu məktəblər müəllim çatışmazlığı və az sayda şagird tədris alan məktəblərdir.  Həmin şagirdlərin Bakı şəhərində və ya regionlardakı böyük məktəblərdə çalışan müəllimlərin imkanlarından yararlanmasını təmin edəcəyik. Bu da ilk növbədə ona xidmət edir ki, təhsilin keyfiyyəti artsın, bu şagirdlər daha yaxşı məzmuna və daha təkmil infrastruktura çıxış əldə etsinlər”.
Onun sözlərinə görə, hibrid təhsil həyat keçirilən rayonlarda və kəndlərdə, ilk növbədə, infrastruktur təmin edilib:
“Yəni bu müəssisələr internet şəbəkəsi ilə təmin olunur. Məktəb daxilində bütün avadanlıq təminatı təchiz olunur və eyni zamanda bu müəssisələr digər məktəblərlə, belə demək olarsa,qardaşlaşır. Həmin məktəblərin müəllimləri bu məktəbin şagirdlərinə tədrisi aparırlar. Yəni burda ilk növbədə biz infrastruktur və bağlantı problemlərini aradan qaldırırıq və daha sonra bu məktəbləri təmin edirik.
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Bakı Şəhər Halqasından verilən məlumata görə, həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.
Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək.
Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
– Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
– M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
– S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
– Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
– Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
– Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
– Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
– İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
– Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransının keçirilməsi haqqında məsələyə də baxılıb.
Tehsilmedia.com xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin əldə etdikləri elmi nəticələrin ümumiləşdirilməsi və elmi ictimaiyyətə təqdim olunması, müxtəlif elm sahələrində fəaliyyət göstərən gənc tədqiqatçılar arasında elmi kommunikasiyanın genişləndirilməsi, multidissiplinar əməkdaşlıq imkanlarının yaradılması, perspektivli tədqiqat istiqamətlərinin və yeni elmi təşəbbüslərin müəyyənləşdirilməsi, gənc alimlərin müasir elmi çağırışlara münasibətinin öyrənilməsi baxımından onların vahid elmi platformada bir araya gətirilməsinə ehtiyac vardır.
Akademik İsa Həbibbəyli ilk dəfə keçiriləcək konfransın gənc alimlərin elmi yaradıcılığının stimullaşdırılması, onların əldə etdikləri mühüm nəticələrin elmi ictimaiyyətə təqdim edilməsi, elmi fikir və təcrübə mübadiləsinin genişləndirilməsi, yeni elmi əməkdaşlıqların formalaşdırılması və AMEA-da həyata keçirilən yeniləşmə prosesində elmi gəncliyin rolunun daha da artırılması məqsədi daşıyır.
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
“2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilir ki, Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Formula 1 yarışının keçirildiyi müddətdə paytaxtın mərkəzi hissəsində hərəkətin məhdudlaşdırılması ilə yanaşı, həmin ərazilərdə yerləşən təhsil müəssisələrinin fəaliyyəti də gündəmə gəlir.
Belə ki, əvvəlki illərdə Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə yerləşən bir sıra məktəblərdə dərslər yarış günləri ilə əlaqədar distant formada təşkil olunub. Bu qərarın əsas səbəbləri sırasında nəqliyyat məhdudiyyətləri, məktəblərə gediş-gəlişin çətinləşməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi göstərilib.
Bəs 2026-cı ildə Formula 1 ilə əlaqədar həmin məktəblərdə də distant təhsil tətbiq olunacaqmı?
Tehsilmedia.com xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) redaktor.az-a bildirilib ki, hazırda bununla bağlı rəsmi qərar yoxdur. Qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Bununla belə, əldə etdiyimiz məlumata görə, Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə yerləşən bir sıra məktəblərdə dərslərin 21 sentyabrdan etibarən distant formada keçirilməsi, tədrisin isə 29 sentyabradək bu qaydada davam etdirilməsi nəzərdə tutulur.
Distant təhsilə keçiriləcəyi bildirilən təhsil müəssisələrinin siyahısı belədir:
132-134 nömrəli lisey;
6 nömrəli məktəb-lisey;
7 nömrəli məktəb;
8 nömrəli məktəb;
160 nömrəli Klassik Gimnaziya;
Elitar Gimnaziya;
189-190 nömrəli məktəb;
2 nömrəli texniki-humanitar lisey;
147 nömrəli texniki-humanitar lisey;
27 nömrəli məktəb;
1 nömrəli məktəb.
Qeyd edək ki, “2026 Formula 1 Azərbaycan Qran Prisi”nin keçirilməsi ilə əlaqədar Bakı şəhərinin mərkəzində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması 20-28 sentyabr tarixlərini əhatə edəcək.
Bu STEAM mərkəzlərində vakansiya VAR
Şuşa, Şirvan və Sabirabad STEAM Mərkəzlərində təlimçi vəzifəsi üzrə vakansiyalar elan olunur.
Tehsilmedia.com xəbər verir ki, vakansiya haqqında məlumatlar aşağıdakılardır.
Təlimçinin əsas vəzifələri:
• Şagirdlərin layihələrinin ekspertizası və qiymətləndirilməsi;
• STEAM Mərkəzində təlimlərin keçirilməsi və maddi-texniki bazadan səmərəli istifadə olunmasının təmin edilməsi;
• Region məktəblərinin şagirdləri üçün STEAM Mərkəzində ekskursiya və tanışlıq proqramlarının keçirilməsi;
• Şagirdlərin müxtəlif yarış və müsabiqələrə hazırlanması və iştirakının təmin edilməsi;
• Təlim prosesinin keyfiyyətli və effektiv şəkildə həyata keçirilməsi;
• Təlimlər zamanı müasir, interaktiv metodlardan, əlavə material və resurslardan istifadə edilməsi;
Namizədlərə tələblər:
• Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
• analitik düşünmə və problem həlletmə bacarıqları;
• əməkdaşlıq və effektiv kommunikasiya bacarıqları;
• çevik iş mühitinə və dəyişən proseslərə uyğunlaşma bacarığı;
• uşaqlarla işləməyə həvəsli, öyrətməyə və davamlı öyrənməyə açıq olmaq;
• STEAM və ya əlaqəli sahədə iş təcrübəsi üstünlükdür.
Son müraciət tarixi: 25 sentyabr 2026-cı il
Müraciət etmək istəyən namizədlər CV-lərini cv@steam.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
CV-nin mövzu hissəsində STEAM Mərkəzinin və müraciət edilən vəzifənin adı qeyd edilməlidir.
Nümunə:
Şuşa STEAM Mərkəzi - Təlimçi