Şikayətlər - Təhsil Media
ETN niyə susur?
Azərbaycan təhsilində illərdir davam edən, lakin hər dəfə yeni bir qalmaqalla gündəmə gələn "beynəlxalq müsabiqə" xaosu builki "Kenquru" müsabiqəsi ilə pik nöqtəsinə çatdı. Görünən odur ki, məqsəd şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək deyil, təhsil piramidasının müxtəlif pillələrində oturanların büdcəsini doldurmaqdır.
Tehsilmedia.az qeyd edir ki, müsabiqəyə könüllü qatılmaq istəyənlərin azlığı rəhbərliyi və təşkilatçıları "innovativ" üsullara əl atmağa məcbur edib. Məktəb rəhbərliyindən müəllimlərə, müəllimlərdən isə valideynlərə ötürülən təzyiq zənciri artıq dözülməz həddədir. Valideynlərin iddialarına görə, qeydiyyatdan keçmək üçün təhdid və şantaj üsullarından istifadə olunur. Təhsil ocağı deyil, sanki bir satış şəbəkəsi iş başındadır: "Kvota dolmalıdır!"
Ən biabırçı məqam isə imtahanın məzmunu və şəffaflığı ilə bağlıdır. Sualların ağırlığı və qeyri-peşəkarlığı bir kənara, imtahandan öncə bəzi xüsusi kurslarda sualların izahının verilməsi barədə gəzən məlumatlar bu müsabiqənin bütün legitimliyini itirdiyini göstərir. Əgər bir imtahanın cavabları əvvəlcədən bəlli bir qrup üçün əlçatandırsa, bu artıq bilik yarışı deyil, "təhsil terrorudur"
Emin Əmrullayev başda olmaqla, Elm və Təhsil Nazirliyi (ETN) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) rəhbərliyinin bu xaosdan xəbərsiz olması qeyri-mümkündür. Faktlar ortada, etirazlar sosial şəbəkələrdə, valideyn qruplarında "qazan kimi" qaynayır. Lakin nəticə dəyişmir. Bu susqunluq, "onlar onsuz da qazanır" fikrini daha da möhkəmləndirir.
-  Niyə illərdir eyni problemlər təkrarlanır və heç bir inzibati tədbir görülmür?
- Beynəlxalq bir marka olan "Kenquru" Azərbaycanda niyə "mafiya rejimi" üsulları ilə idarə olunan qazanc mənbəyinə çevrilib?
- Valideynlərin haqlı "imtahan yenidən keçirilsin" tələbinə niyə rəsmi reaksiya verilmir?
Təhsil nazirliyinin və aidiyyəti qurumların bu məsələyə "seyrçi" qalması onların prosesdəki marağından xəbər verir. Şagirdlərin psixologiyası ilə oynayan, valideynin cibinə göz dikən və müəllimi "satış meneceri"nə çevirən bu sistem təcili şəkildə ifşa olunmalı və islah edilməlidir. Əks halda, biz gələcək nəsillərə bilik deyil, "rüşvət və tapşırıqla uğur qazanmağın" yollarını öyrətməyə davam edəcəyik.
Bu məsələnin sonuna qədər gedilməli, valideynlərin səsi eşidilməlidir!
Elm və Təhsil Nazirliyi Gəncə–Daşkəsən Regional Təhsil İdarəsində korrupsiyanı gizlədir — Şok iddia
Mart 2026-cı ildə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsində Elm və Təhsil Nazirliyinin daxili nəzarət və audit şöbələrinin əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı Rövşən və Elçin Kərimovlar tələsik tədbirlər görərək yalnız 30 oktyabr 2024-cü il tarixindən 31 yanvar 2026-cı il tarixinədək — cəmi 3 ay ərzində idarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrindən (bağça müdirlərindən) 124 000 AZN məbləğində vəsaitin geri qaytarılmasını tələb etmişlər.
Tehsilmedia.az qeyd edir ki, vəsaiti qaytarmayan müdirlərə isə İqbal Kərimova (onların göstərişlərini yerinə yetirən şəxs kimi) izahat alınması tapşırılmışdır.
Əgər cəmi 3 ay ərzində bu qədər mənimsəmə aşkarlanıbsa, 2022-ci ilin aprel ayından 2026-cı ilin mart ayına qədər — yəni 5 rayon üzrə — mənimsənilən vəsaitin həcmini təsəvvür etmək çətin deyil.
Bəs bu yoxlama niyə nəticəsiz qaldı? Eyni qurum tərəfindən Samux rayonunda da analoji yoxlama aparılmış, lakin o da nəticəsiz başa çatmışdır. Bu isə belə bir sual doğurur: Gəncə–Daşkəsən Regional Təhsil İdarəsində baş verən yeyintilərdən Nazirliyin xəbəri olub və buna şərait yaradılıb, yoxsa əks halda nəticə əldə olunardı?
İddialara görə, bu mənimsəmələr dayandırılmayıb və hələ də davam edir. Rövşən və Elçin Kərimovların dövlət büdcəsinə vurduğu ziyanın miqdarı barədə aidiyyəti dövlət qurumlarının məlumatlı olub-olmadığı da sual altındadır.
Təhsil Savaşında Şagird Taleyi: Məleykə Abbaszadənin "İmtahan Eqosu" və İflas Edən Sistem
​Hər ilin mart ayından etibarən Azərbaycan məktəbləri qəribə bir ziddiyyətlə üz-üzə qalır: Siniflər boşalır, müəllimlər boş partalara mühazirə oxuyur, direktorlar isə "davamiyyət yoxlanışı" qorxusu ilə kağız üzərində rəqəmləri düzəltməyə çalışır. Ortada isə acınacaqlı bir sual var: Əgər martda keçirilən buraxılış imtahanı ilə hər şey bitirsə, aprel, may və iyun aylarının tədris proqramı kimə və nəyə lazımdır?
​Elm və Təhsil Nazirliyi (ETN) şagirdi şəxsiyyət kimi yetişdirmək üçün 11 illik, sistemli bir kurikulum proqramı hazırlayır. Lakin Dövlət İmtahan Mərkəzi (DİM) və onun rəhbəri Məleykə Abbaszadə bu proqramın son 3 ayını, sanki yoxmuş kimi, "oyundankənar" vəziyyətə salır. Buraxılış imtahanını mart ayına çəkməklə DİM, şagirdə açıq-aşkar bu mesajı verir: "Məktəb proqramı boş şeydir, mənim imtahanımdan keçdinmi, azadsan!"
​Bu, sadəcə bir texniki vaxt planlaması deyil, bu, bir dövlət qurumunun digərinin zəhmətinə və strategiyasına qarşı apardığı gizli bir "savaşdır". Bu savaşın tək qurbanı isə şagirdlərin taleyidir.
​ Təhsilmedia.az qeyd edir ki, təhsil sahəsində proqram elə qurulmalıdır ki, onun məntiqi yekunu imtahan olsun. Hazırda isə biz bunun tam tərsinə şahidlik edirik. DİM rəhbərinin illərdir dəyişməyən sərt, "dediyim dedik" yanaşması təhsilin məzmununu deyil, yalnız imtahanın texniki icrasını üstün tutur. Elə çıxır ki, Məleykə xanım üçün ETN-in hazırladığı 11 illik proqramın son aylarındakı KSQ və BSQ-lər, şagirdin alacağı biliklər sadəcə "lazımsız kağız parçasıdır".
​Niyə şagird mart ayından sonra KSQ-də iştirak etmək istəmir? Çünki o artıq "buraxılıb". Adı üstündə - Buraxılış İmtahanı. Şagirdi buraxmısınızsa, onu iyun ayına qədər parta arxasında hansı motivasiya ilə saxlayacaqsınız?
​Müəllimlərə maaş verilir, məktəb binası saxlanılır, dövlət büdcəsindən milyonlar ayrılır, amma qarşılığında boş siniflər və formal yoxlamalar qalır.
​Sual 1: 3 aylıq proqram oyuncaqdırsa, niyə dərsliklərə salınır?
​Sual 2: DİM niyə öz imtahan tarixlərini ETN-in tədris planına uyğunlaşdırmır?
​Sual 3: Nə vaxta qədər bir şəxsin eqosu və idarəetmə inadı bütöv bir nəslin təhsil illərini boşa çıxaracaq?
​Bu sistemsizlik, qanunsuzluq və açıq-aşkar koordinasiyasızlıqdır. Məleykə Abbaszadənin DİM-i faktiki olaraq ETN-in proqramını saymır, onu heçə sayır. Bu "mənəmlik" yarışı təhsilin onurğa sütununu sındırır.
Sabirabadda Təhsil "Özbaşınalığı": Təsərrüfat Müdirinin qanunsuz şəkildə işdən uzaqlaşdırılmasının altında yatan səbəb nədir? FOTOFAKT
​Sabirabad rayonu Ə. Xanlarov adına Yaxa Dəllək kənd tam orta ümumtəhsil məktəbində əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə müşayiət olunan ciddi narazılıq yaranıb. Məktəbin təsərrüfat müdiri Balayeva Gülqədəm 65 yaşı tamam olmasına baxmayaraq, qanuni şəkildə uzadılmış müqaviləsinin müddəti bitmədən və heç bir hüquqi əsas olmadan işdən uzaqlaşdırılıb.
Tehsil. Media bildirir ki, məlumata görə, cari ilin yanvarın 6-da təsərrüfat müdirinin 65 yaşı tamam olub. Mövcud qanunvericiliyə uyğun olaraq, işəgötürən (məktəb rəhbərliyi) onunla yenidən əmək müqaviləsi bağlayıb. Ən maraqlı məqam isə budur ki, imzalanan həmin rəsmi sənəddə müqavilənin müddəti "müddətsiz" olaraq qeyd edilib. Lakin sonradan verilən əmrdə hansısa naməlum səbəbdən 14 iyun tarixi son müddət kimi göstərilib.
​Lakin qanunsuzluqlar bununla bitmir. Belə ki:
​Aprelin 1-dən etibarən, hələ müqavilə qüvvədə olduğu halda, həmin vəzifəyə başqa bir şəxs göndərilib.
​Hazırkı işçi nə rəsmi xəbərdarlıq alıb, nə də onunla bağlanmış müqaviləyə hüquqi əsaslarla xitam verilib.
​Məsələ ilə bağlı müraciət olunan Sabirabad Rayon Təhsil Sektorunun müdiri  Həşimov Mircamal hadisədən xəbərsiz olduğunu və məsuliyyətin məktəb direktorunun üzərinə düşdüyünü bildirib. Məktəb direktoru (əvəzedici) Əmirova Könül isə əksinə, göstərişin Sektor müdirindən gəldiyini iddia edir. Bu "məsuliyyətdən qaçış" oyunu fonunda isə bir vətəndaşın əmək hüquqları açıq şəkildə tapdalanır.
​Hüquqi baxımdan burada bir neçə ciddi pozuntu mövcuddur:
​Əmək Məcəlləsi, Maddə 44.2: Əmək müqaviləsi əmrdən üstündür. Əgər müqavilə müddətsizdirsə, əmr ona uyğunlaşdırılmalıdır.
​Vakant Olmayan Yerə Təyinat: İşçi işdən azad edilmədən (ştat boşalmadan) onun yerinə başqasının təyin edilməsi həm əmək, həm də maliyyə intizamının pozulmasıdır.
​Əsassız Xitam: 65 yaş tamam olandan sonra müqavilə yenidən bağlanıbsa, bu fakt artıq işəgötürən tərəfindən qəbul edilib. Müddət bitmədən işçini "yaş" bəhanəsi ilə çıxarmaq hüquqi özbaşınalıqdır.
Üstəlik Əmək Məcəlləsinin
1. Maddə 68 — Əmək müqaviləsinə xitam verilməsinin əsasları
Bu maddəyə görə əmək müqaviləsi yalnız qanunda göstərilən əsaslarla ləğv oluna bilər.
Yəni “səbəbsiz” işdən çıxarma ümumiyyətlə mümkün deyil.
2. Maddə 70 — İşəgötürən tərəfindən müqavilənin ləğvi əsasları
İşəgötürən yalnız bu hallarda işdən çıxara bilər:
İşçi vəzifə öhdəliklərini yerinə yetirmədikdə
Kobud intizam pozuntusu olduqda
İxtisar olduqda
Peşə yararsızlığı sübut edildikdə
Bu səbəblərdən heç biri yoxdur. Bu maddəyə əsasən çıxarılma qanunsuzdur.
3. Maddə 73 — Müddətli əmək müqaviləsi
Bu maddə çox vacibdir:
Müddətli müqavilə müddəti bitənədək qüvvədə qalır
Vaxtından əvvəl yalnız qanuni əsas olduqda ləğv edilə bilər
Göründüyü kimi qanunsuzluqlar bir deyil, beş deyil.
Rəsmi qurumların məsələni araşdırmasını və ədaləti bərpa etməsini xahiş edirik.
Suraxanı rayonunda qanunsuzluq
Zığ-Hövsan şossesində qanundan kənar tikintiyə start verilib. Araşdırma aparmaq istədikdə isə Surxanaı rayonunda qanunsuz tikinti aparanlar icra başçısının obyektidir deyərək məsuliyyətdən qaçırlar...
Videodan keçid edərək izləyə bilərsiniz.
​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) bütün ifşaedici faktlara rəğmən "Baku Rent Service" (BRS) ilə yenidən milyonluq müqavilə imzalaması artıq sadə bir "tender udmaq" məsələsi deyil. Bu, həm hüquqi, həm də etik müstəvidə ciddi təhlil tələb edən bir idarəçilik rüsvayçılığıdır.
​Bir neçə ay öncə tehsilmedia.info olaraq BRS şirkətinin qanunsuzluqlarını, 75 yaşlı sürücüləri və çatışmayan avtobus sayını  (24 avtobusdan 16 avtobus işləyir, 8 avtobus çatışmır) ictimailəşdirdik. Lakin bu gün şahid oluruq ki, dövlət qurumları bu faktları araşdırmaq əvəzinə, həmin şirkətə yenidən 1,1 milyon manatlıq etimad göstərirlər. Bu "etimadın" arxasında nə dayanır: Uşaqların təhlükəsizliyimi, yoxsa kimlərinsə şəxsi maraqları?
​Dövlət satınalmaları haqqında qanuna görə, xidmətindən kütləvi şikayət olan və öhdəliklərini icra etməyən şirkətlə yenidən müqavilə bağlamaq qeyri-mümkündür. Əgər MÜTDA bu addımı atırsa, deməli qanunlar işləmir
Şirkətin 24 avtobus əvəzinə 16 avtobus çıxarması, sürücülərin sənədsiz işləməsi rəsmən görməzdən gəlinir.
​tehsilmedia.info olaraq AYNA, MÜTDA, Etn-ə sorğu məktubu göndərsək də,  rəsmi sorğulara cavab verilməmişdir. Bu qənaətə gəlmək olar ki, onların susması informasiya blokadası yaratmaq və "vaxt qazanmaq" cəhdidir. Bu, İnformasiya əldə etmək haqqında Qanunun birbaşa tapdanmasıdır.
​Mətbuatda və ictimaiyyətdə bu qanunsuzluqların başında Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovun dayandığına dair ciddi iddialar səsləndirilir. Əgər bu məlumatlar doğrudursa, vəziyyət daha da acınacaqlıdır. Nazir müavini səviyyəsində bir şəxsin adı uşaqların həyatı bahasına qazanc əldə edən bir şirkətlə hallanırsa, bu, təhsil sistemindəki islahatların sadəcə "vitrin" olduğunu göstərir.
​Firudin Qurbanov rəsmi tədbirlərdə uşaq hüquqlarından, "gələcəyimiz olan gənclərdən" bəhs edərkən, onun himayəsində olduğu iddia edilən BRS şirkəti həmin uşaqları antisanitar, tıxac və təhlükəli şəraitdə daşıyır. Bu, tam bir idarəçilik riyakarlığıdır.
​Bu gün imzalanan 1,1 milyonluq müqavilə sadəcə bir kağız parçası deyil, sabah baş verə biləcək hər hansı qəzanın, bədbəxt hadisənin sığortasızlığıdır.
Nazirlik niyə susur? Nazir müavini haqqında iddialara niyə rəsmi aydınlıq gətirilmir?
​MÜTDA-nın marağı nədir? Niyə daha keyfiyyətli xidmət təklif edən şirkətlər kənarlaşdırılaraq, BRS-in qanunsuz fəaliyyəti "milyonlarla" mükafatlandırılır?
ADU ilə bağlı suallar metastaz verir -rəsmi qurum niyə tələsik izahat verdi?
Bir müddət əvvəl portalımızda "ADU akkreditasiyadan niyə keçə bilmədi -Kamal Abdulla üçün ciddi siqnal" sərlövhəli məqalə dərc olunmuşdu. Azərbaycan Dillər Universiteti ilə bağlı dərc olunan materialda ali təhsil müəssisəsinin akkreditasiya prosesi ətrafında yaranmış suallar və mümkün uyğunsuzluqlar gündəmə gətirilmişdi.
Maraqlıdır ki, redaksiya tərəfindən heç bir rəsmi sorğu göndərilmədiyi halda, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bu mövzu üzrə izahat xarakterli məktub daxil olub.Bu fakt özü-özlüyündə suallar doğurur: əgər hər şey qaydasındadırsa, niyə tələsik izahata ehtiyac duyuldu?
Məktubda bildirilir:“Hazırda qeyd olunan ali təhsil müəssisəsi ilə bağlı akkreditasiya prosesi üzrə aparılmış qiymətləndirmə ilə əlaqəli Akkreditasiya Komissiyası tərəfindən Yekun Hesabat hazırlanmaqdadır.” Bu cümlə açıq şəkildə bir həqiqəti təsdiqləyir — universitet üzrə qiymətləndirmə aparılıb,universitet artıq ciddi yoxlama mərhələsindən keçib,proses formal prosedurdan daha dərin araşdırma səviyyəsinə çatıb və proses sadəcə texniki mərhələdə davam edir. Yəni məsələ barədə əvvəlki yazıda vurğulanan “akkreditasiya prosesində problemlər və yoxlamalar” mövzusu tamamilə əsassız deyil.Rəsmi qurumun özü belə bir qiymətləndirmənin aparıldığını və yekun sənədin hazırlandığını bildirirsə, deməli proses adi formal mərhələdən kənara çıxıb və ciddi ekspertiza həyata keçirilib.
Redaksiya sorğu göndərmədiyi halda niyə cavab verildi?
Burada bir neçə ehtimal diqqət çəkir,mövzu ictimai rezonans doğurduğu üçün rektor tərəfindən "ötrülmüş mesaja" əsasən qurum tərəfindən informasiya boşluğunu doldurmağa çalışma və ya ictimai narahatlığın qarşısını almaq cəhdi də ola bilər. Akkreditasiya kimi həssas mövzularda yayılan məlumatların genişlənməsi təhsil sisteminə və rektora olan inamı sarsıda bilər. Ona görə də rəsmi mövqe əvvəlcədən açıqlanıb.
Dolayı təsdiq strategiyası...
Məktubda məlumat təkzib edilmir, sadəcə “yekun qərar yoxdur” vurğulanır. Bu yanaşma, əslində, prosesin mövcudluğunu qəbul edib nəticəni təxirə salmaq taktikasını xatırladır.Diqqət çəkən məqam odur ki,“Universitet akkreditasiyadan uğurla keçib” deyilmir.“Mediada yayılan məlumatlar yanlışdır” ifadəsi işlədilmir. Sadəcə yekun qərarın hələ verilmədiyi qeyd edilir.Əgər hər şey qaydasındadırsa, niyə bu qədər izahat ehtiyacı yaranıb?
Kamal Abdulla uzun illərdir universitetə rəhbərlik edir. Belə olan halda akkreditasiya prosesində ortaya çıxan mübahisəli məqamlar təbii olaraq rəhbərliyin məsuliyyəti məsələsini gündəmə gətirir.Əgər rəhbərlik hər şeyi normal hesab edirsə, niyə rəsmi qurum redaksiyamıza “rəsmi qərarı gözləyin” mesajı vermək məcburiyyətində qalıb?
Son olaraq qeyd edə bilərik ki,rəsmi məktubun dili ehtiyatlıdır, amma sətiraltı məzmunu aydındır, deməli proses var, qiymətləndirmə aparılıb və qərar hələ verilməyib. Bu isə redaksiyamıza daxil olmuş məlumatların, gündəmə gətirdiyi sualların tamamilə əsassız olmadığını göstərir.Kamal Abdullanın rəhbərlik etdiyi universitetlə bağlı akkreditasiya prosesi artıq sıradan texniki prosedur kimi görünmür. Rəsmi məktubun özü belə göstərir ki, qiymətləndirmə aparılıb və yekun hesabat hazırlanır — yəni ortada ciddi müzakirə olunan məsələ var. İndi əsas məsələ şəffaflıqdır. Çünki ali təhsil müəssisələrinin nüfuzu yalnız rəsmi qərarlarla deyil, ictimaiyyətə verdiyi açıq və dürüst cavablarla formalaşır.
Beləliklə, Akkreditasiya Şurasının qərarı gecikdikcə suallar azalmaq əvəzinə daha da artır...
ADAU-dan şikayət var!
tehsilmedia.info saytının redaksiyasına daxil olan informasiyanı heç bir dəyişiklik etmədən olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm Ali Baş Komandan!
Sizin siyasi, iqtisadi, sosial və hərbi sferalarda ölkəmizdə apardığınız dərin siyasət, digər dövlətlərin arzuladığı innovativ inkişaf səviyyəsini öncələyən çoxşaxəli fəaliyyətiniz, daim yenilənən peşəkar kadr islahatlarınız və onlara ciddi nəzarət mexanizmləriniz hüquqi dövlətimizin gücünü günbəgün artırır. Siz kadrları seçərkən Ümummilli Liderin təcrübələrindən istifadə edirsiniz, çünki o bacarıqlar təkrarolunmazdır. Sahəsindən asılı olmayaraq hər bir kadra rəhbərlik edəcəyi istiqamət üzrə necə işləməli olduğunu tövsiyə edirsiniz.
Hörmətli İlham müəllim,
Sizin ictimaiyyətə, xüsusilə ziyalı təbəqəyə ölkədə bütün istiqamətlər üzrə fikirlərini demək, təkliflərini vermək imkanı yaratmağınız Azərbaycan Dövlət Aqrar Universitetinin qocaman kollektivinə də cəsarət verdi ki, Siz Zati-alilərinə müraciət edək və qeyri-neft sektorunun inkişafında əsas faktor olan kadr hazırlığının təşkilinə təkan verə biləcək məqamlara toxunaq. Digər sahələrdə olduğu kimi aqrar sektorda da konkret işlə məşğul olmayıb illüziya yaradanlar mövcuddur. Onların əsas fəaliyyəti zəhmət çəkmədən vaxt keçirmək, özlərinə mənsəb toplamaq, animasiyalar etməklə saxta inkişaf görüntüsü yaratmaqdır.
Möhtərəm Prezident,
Yüz ildən artıq tarixi olan Azərbaycan Dövlət Aqrar Universitetinə müxtəlif illərdə Ümummilli Liderin şəxsən tanıdığı peşəkar rektorlar rəhbərlik etmişlər. Onlar ölkədə kənd təsərrüfatının bütün sahələri üzrə təcrübələri və bilikləri ilə Ümummilli Lider qarşısında verdikləri hesabatlara görə cavabdehlik daşımış, hazırlıqlı kənd təsərrüfatı kadrları yetişdirməklə təhsil ocağının nüfuzunu daim qorumuşlar.
Cənab Prezident,
Siz bu universitetə yetərincə investisiya ayırdınız. Görülən işlərin açılışına üç dəfə şəxsən gəldiniz və bu kollektivi misilsiz dərəcədə şərəfləndirdiniz. Bu cür maddi-texniki baza, arzulanan imkanların artıq mövcudluğu peşəsini sevən kadrları daha yaxşı çalışmağa sövq etsə də, təəssüf ki, bu peşəni sevməyən, kimlərinsə qapısında saatlarla dayanmaqla Prezident Administrasiyasına yol tapan, aqrar sahəni və tədrisi bilmədiyi halda universitetə Zəfər Qurbanov təsadüfən bu qocaman təhsil müəssisəsinə rektor gəldi. Onun naşı rəhbərliyi sayəsində kənardan karyera üçün gətirdiyi, aqrar sahəyə aidiyyəti olmayan kadrların qeyri-peşəkar fəaliyyəti çoxsaylı professor-müəllim və tələbə heyətinin peşəkar imicinə ali rəhbərliyin qarşısında etimadsızlıq yaradır.
Universitetin rektoru Zəfər Qurbanov yeni təyin olunanda aqrar sahəni öyrənəcəyi, Cənab Prezidentin kənd təsərrüfatının inkişafına dəstəyə dair qəbul etdiyi dövlət proqramları ilə maraqlanacağı, bu istiqamətdə mütəxəssisləri toplayıb fəaliyyət göstərəcəyi gözlənilirdi. Lakin çox keçmədi ki, ixtisası neft və qaz quyularının avtomatlaşdırılması olan rektor “mən menecerəm” deyərək bəzi xarici şoumen sözlər işlətməklə istiqamətini dəyişdi. İdarəetməni aqrar sahədən anlayışı olmayan, şəxsi maraqları əsasında işə qəbul etdiyi şəxslərə həvalə etdi. Bu insanın təcrübəli aqrar ixtisaslı kadrlara qarşı sanki qısqanclığı başladı. Ancaq animasiyalı PR-lar, selfi fotoçəkilişlər kadr hazırlığı sahəsində göstəricilərin yerində olduğu təəssüratı yaratmaq üçün sosial şəbəkələrdə şou xarakterli paylaşımlarla təqdim edildi.
Qurbanov rektor olaraq işinin əsas ana xəttini universitetdaxili və EGE Universiteti ilə ikili diplom layihəsinə SOCAR tərəfindən ayrılan külli miqdarda vəsaitlərin tender-kotirovkalarına, bir sözlə, qaranlıq alqı-satqılara, pullu kadr siyasətinə həsr edir. Halbuki universitetin mütəxəssis kontingentinin dəstəyi ilə Dünya Bankının layihəsi əsasında qurulmuş fermalardakı cins mal-qaranı müasir metodlarla artırmaq, perspektivli cinslər əldə etmək, bu sahədə peşəkar baytar və zoomühəndislər yetişdirmək mümkün idi. Yetişdiriləcək ətlik və südlük istiqamətli heyvanların zəncir xətti ilə fermerlərə satışından nəzərəçarpan gəlir əldə etmək, daxili ehtiyacların qarşılanmasında aqrar təhsil ocağının töhfələrini görmək olardı. Ancaq rektor əksinə, “baxa bilmirik” deyərək bu cür cins mal-qaralara zooinjinirlik xidmətini təşkil etmədi, əksinə heyvanların sayını azaltdı.
Universitetin inkişafı onun üçün əhəmiyyət daşımırdı; o, öz işini Bakıda aksionerliklə, rəhbər şəxslər arasında söz satmaqla qurur, bunu düzgün menecment kimi təqdim edirdi. Bu azmış kimi, Zəfər Qurbanov 2025-ci ildə Milli Məclisin aqrar siyasət komissiyasının iclasında aqrar təhsillə bağlı keçirilən dinləmələrdə deputatların bu gün ölkədə aqrar mütəxəssis çatışmazlığı ilə bağlı iradlarını ironiya ilə səsləndirdi. Bu yanaşmanı təbii qarşılayırıq, çünki Qurbanov üçün bu strateji problem yox, xülyasında olduğu “uğur tramplini” vacibdir.
Cənab Prezident,
Siz təyinat zamanı kadrlara cavabdeh olacaqları müəssisələri idarə edərkən öz ambisiyalarına qapılmamaları, özfəaliyyətlə məşğul olmamaları, peşəkar kadrlarla səmərəli iş qurmaları barədə tapşırıqlar verdiyinizin daim şahidi olmuşuq.
Sizin tapşırığınız əsasında qurulan Türkiyə Respublikasının EGE Universiteti ilə ADAU-nun ikili diplom layihəsinin tədris-metodiki və digər rəhbər heyət müzakirələrinə, ikitərəfli səfərlərə rektorun özü başda olmaqla qeyri-ixtisas sahibləri qatılır. Bu qədər ciddi layihənin idarə olunmasında Aqrar Universitet tərəfindən peşəkar əməkdaşlar iştirak etmirsə, Türkiyədə aqrar sektorun inkişafında öz sözünü demiş EGE Universitetinin alimləri ilə onlar hansı aqrar problemləri müzakirə və təhlil edirlər, peşəkar mütəxəssis hazırlığından necə danışırlar?
Universitetin Elmi Şurasında EGE Universiteti ilə bağlanmış beynəlxalq təhsil proqramlarının birgə tətbiqinə dair protokolun icra mexanizmi və layihə dəyəri indiyədək müzakirə olunmayıb. Məlumatlara əsasən layihənin maliyyə hissəsində xərclər smetası səmərəli deyil, rektorun istəyinə uyğun tərtib olunur. Bu cür fərdi yanaşma ikili diplom səviyyəsində ixtisaslı kadr hazırlığına yönələn bir layihəyə hörmətsizlik deyilmi?
Rektor “mən təmiz, şəffaf işləyirəm” deyir. Lakin 2025-ci ildə Baş Prokurorluğun təqdimatı əsasında Maliyyə Nazirliyindən gələn yoxlama komissiyası ciddi yeyintilər və nöqsanlar aşkarladı. Bu əsasla Gəncə şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlatdı. Buna baxmayaraq, Z.Qurbanov hansı variantlarla Prezidentin sərəncamına nail olmuşdursa, həmin üsullarla da ali hüquq-mühafizə orqanının qəti qərar verməsinə mane olmağa çalışır.
Aqrar elmi yanaşmalar əsasında təcrübə mübadiləsi məqsədilə xarici və daxili şirkət nümayəndələri ilə görüşlərdə yalnız rektorun özü və onun “peşəkar” komandası iştirak edir. Bu isə aqrar təhsil ocağının təcrübəli əməkdaşlarının qarşı tərəflə elmi əsaslandırılmış işgüzar dialoq qurmasına, təklifləri təhlil etməsinə, yeni texnologiyalardan birgə istifadəyə dair təşəbbüslər irəli sürməsinə mane olmurmu?
Möhtərəm Prezident,
Universitet kollektivinin adından Sizdən bir vacib xahişimiz də vardır.
Bu qocaman, torpaqdan yoğrulmuş ali təhsil müəssisəsinin rektorundan soruşulsun: hansı cəsarətlə Ümummilli Lider Heydər Əliyevin illərdir universitetin akt zalının səhnəsini bəzəyən və qızıl hərflərlə yazılmış
“Mən hər kəsə tövsiyə edirəm ki, göstərilən etimadı qiymətləndirsin. Etimada sədaqətlə xidmət etsin.”
Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
Son dövrlər məktəblərdə müəllimlərdən diaqnostik qiymətləndirmə və BSQ üzrə yazılı təhlillərin tələb olunması artıq ciddi suallar doğurur. Əsas problem ondadır ki, bu tələblər metodik zərurətdən yox, inzibati formalizmdən qaynaqlanır.
Tehsilmedia.az qeyd edir ki, diaqnostik qiymətləndirmənin mahiyyəti müəllimi hesabat yazmağa məcbur etmək deyil, şagirdin ilkin bilik və bacarıq səviyyəsini müəyyənləşdirib tədrisi ona uyğun qurmaqdır. Bu qiymətləndirmə rəsmi sənəd xarakteri daşımır, jurnal üçün deyil, nəzarət mexanizmi deyil və yalnız müəllimin öz pedaqoji fəaliyyəti üçün nəzərdə tutulur.
BSQ isə artıq rəsmi qiymətləndirmədir və nəticələri sistemdə mövcuddur. Ballar, faizlər, statistik göstəricilər istənilən vaxt çıxarıla bilər. Bu halda müəllimdən eyni məlumatları yenidən yazılı formada “təhlil” adı altında tələb etmək nə pedaqoji baxımdan əsaslıdır, nə də təhsilin keyfiyyətinə real töhfə verir. Nəticələr artıq sistemdə varsa, müəllimin onları yenidən köçürməsi sadəcə kağızçılıqdır və vaxt itkisinə çevrilir.
Ən problemli məqam isə budur ki, müəllim onsuz da dərs keçir, planlaşdırma aparır, qiymətləndirməni icra edir, jurnalı doldurur və BSQ-ni təşkil edir. Bunun üzərinə bir də diaqnostik və summativ qiymətləndirmələrin uzun-uzadı yazılı təhlillərini əlavə etmək müəllimi əsas vəzifəsindən uzaqlaşdırır. Bu, tədrisin keyfiyyətini artırmır, əksinə müəllimi yorur, motivasiyanı azaldır və prosesi formallığa çevirir.
Əslində təhlil işi müəllimin deyil, metodistlərin, məktəb rəhbərliyinin və regional idarəetmə strukturlarının funksiyasıdır. Müəllimdən tələb olunmalı olan hesabat yox, pedaqoji qərardır. Yəni nəticələrə baxaraq növbəti dərslərdə hansı boşluqları aradan qaldıracağını, hansı yanaşmanı dəyişəcəyini qısa şəkildə ifadə etməsi kifayətdir. Bir-iki cümləlik peşəkar refleksiya yüzlərlə cədvəldən və formal təhlildən daha faydalıdır.
ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
ARTİ əvvəl açıq dərs, sonra nümunəvi dərs, indi də “ustad dərsi” adı altında dərslər keçirir. Ad dəyişir, mahiyyət eynidir. Olsun, əgər bir müsbət irəliləyiş olacaqsa, nə xoş. Amma olmur!
Tehsilmedia.az qeyd edir ki, bütün ölkədə, Regionallar da, məktəblərdə ustad dərslər keçirilir. Müəllimləri məcbur edirlər ki, hamı ustad dərsi keçməlidir. Amma planlaşma üçün verilən şablon, qurulan dərs tamamilə keçmişdən qalan, heç bir elmi əsası olmayan, yeniliyə uyğun olmayan planlaşmalardır.
İcmala baxırsan: dərsin tipi, dərsin forması, 7 mərhələ, dəqiqələr saniyəsinə qədər yazılıb.
Bunlar illər əvvəlki metodik qəliblərdir. Planlaşdırma çoxdan dəyişib. Yeni icmal şablonları var. Dəqiqə yazmaq anlayışı metodikadan çıxarılıb. “Dərsin tipi”, “dərsin forması” anlayışları ümumiyyətlə müasir metodikada yoxdur. Bəs niyə hələ də zorla tətbiq olunur?
7 mərhələnin hamısı niyə hər dərsdə istifadə edilməlidir? Kim deyib bunu? Hansı elmi əsasla? Hansı metodik mənbəyə söykənir? Elə bir dənə qrup işi salırlar, adını da qoyurlar “interaktiv dərs”. Bu nə interaktivlikdir? Bu nə səviyyəsizlikdir?
Bütün fənlər eyni şablonla yazılır.
Təbiət elmləri də, dəqiq elmlər də, humanitar fənlər də. Halbuki təbiət elmləri 5E modeli ilə, humanitar fənlər interaktiv modellərlə planlaşdırılmalıdır. Burada fənnin məntiqi haradadır? Metodiki fərqlilik haradadır? Fərdilik haradadır?
Hansına “ustad dərsi” deyirsiniz?
Yenilik haradadır?
Müəllimin ustalığı haradadır?
Şagirdin düşünməsi haradadır?
Bu, metodika deyil.
Bu, yenilik deyil.
Bu, ustadlıq deyil.
Bu, biabırçılıqdır.
Bu, cəhalətin sistemləşdirilmiş formasıdır.
Bu, təhsili kağız üzərində idarə edən bir mexanizmdir.
ARTİ dayanmadan layihələrə, təlimlərə maliyyə tələb edir. Amma ortada heç nə yoxdur.
Guya metodistlər hazırlayıb, dərsdinləmələrdə otururlar. Direktor müavinləri də dərs dinləmədə oturur. Amma bir nəfər belə demir: “Bu nə icmaldır?” Yəni bir savadı olan çıxıb demir ki, bu nədir yazmısız, bu nədir ustad dərs kimi bizi biabr edirsiniz?!
ARTİ-nin direktor müavinlərinə, metodistlərə təlim keçməsi üçün ayrılan pulların real nəticəsi budurmu? İllərlə xərclənən vəsaitin sonu bu qədər səthi, köhnəlmiş, savadsız planlardırmı?