Rəsmi - Təhsil Media
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür".
Tehsilmedia.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib.
Ali Məhkəmədən verilən məlumata görə, cinayət işi üzrə müəyyən edilmiş işin hallarına əsasən, yetkinlik yaşına çatmayan şəxs əvvəllər götürdüyü mobil telefonu qaytarmaq adı ilə zərərçəkmişi görüşə çağırmış, yanında olan yetkin şəxsə zərərçəkmiş barədə məlumat verərək ondan pul almağı təklif etmişdir. Daha sonra hər iki şəxs əvvəlcədən razılaşaraq zərərçəkmişi təmirdə olan kafenin yaxınlığına aparmış, orada zərərçəkmiş şəxsi bıçaqla hədələyərək, ona fiziki zor tətbiq etməklə, pul və digər əmlakı ələ keçirmişlər.
Aşağı instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmış şəxs quldurluqla yanaşı, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə də təqsirli bilinib məhkum edilmişdir. Məhkum kassasiya şikayətində yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmədiyini və bu səbəbdən əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığını bildirmişdir.
İşi araşdıran Ali Məhkəmə qeyd etmişdir ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi faktı öz-özlüyündə onun həmin şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi anlamına gəlmir. Yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməyə görə məsuliyyətin yaranması üçün yetkin şəxsin onu cinayət törətməyə sövq edən konkret hərəkətlər etməsi müəyyən olunmalıdır. Qanuna əsasən, belə təsir aldatma, vədlər vermə, hədə-qorxu, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi formasında ola bilər. Başqa sözlə, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsdə cinayət törətmək niyyəti və qətiyyəti yaratmağa yönəlmiş fiziki və ya psixoloji təsir göstərməsi sübuta yetirilməlidir. Əgər belə təsirin olması sübuta yetirilmirsə, yalnız yetkin və yetkinlik yaşına çatmayan şəxslərin cinayəti birlikdə törətmələri Cinayət Məcəlləsinin 170-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
Ali Məhkəmə işin hallarını araşdıraraq müəyyən edib ki, yetkin şəxs yetkinlik yaşına çatmayan tanışını cinayət törətməyə sövq etməyib. Onun yetkinlik yaşına çatmayan şəxsi aldatması, ona qazanc və ya başqa vədlər verməsi, hədə-qorxu gəlməsi, zor tətbiq etməsi və yaxud zor tətbiq etməklə hədələməsi iş üzrə sübuta yetirilməyib. Əksinə, iş üzrə müəyyən edilmiş hallara görə, zərərçəkmişdən pul almaq təklifini irəli sürən, onu mobil telefonunu qaytarmaq adı ilə görüşə çağıran və bununla da quldurluq cinayətinin törədilməsi təşəbbüsü ilə çıxış edən məhz yetkinlik yaşına çatmayan şəxs olub.
Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib.
Tehsilmedia.com xəbər verir ki, "Manas" beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva – 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur.
1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda "Göz xəstəlikləri" ixtisası üzrə kliniki ordinatura keçmişdir.
1990–1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmişdir və hazırda onun rəhbəridir.
1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan – İrs" jurnalını təsis etmişdir.
2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. 2022-ci ilin noyabrında isə Xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlamışdır.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən Partiyanın sədr müavini, 2021-ci ildən isə Partiya sədrinin birinci müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.
2006-cı ilin noyabrında humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Tehsilmedia.com müsahibəni təqdim edir.
-Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistana bu yaxınlarda gözlənilən dövlət səfəriniz ərəfəsində Siz ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
-İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb.
Artıq qeyd etdiyim kimi, dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir.
Özbəkistan lideri, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə ölkənin kompleks şəkildə inkişafı və tərəqqisi, həmçinin beynəlxalq nüfuzunun davamlı surətdə möhkəmlənməsi və bütün əsas sektorlarda əhəmiyyətli uğurlara nail olunması istiqamətində ardıcıl həyata keçirilən genişmiqyaslı fəaliyyət səmimi hörmət və dərin məmnunluq hissi doğurur. Bütün bunlar Prezidentin düşünülmüş siyasətinin, strateji vizyonunun və Vətənə sevgisinin, həmçinin səmərəli dövlət idarəçiliyinin nəticəsidir.
2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.
Bununla yanaşı, 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir.
Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Əminəm ki, qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq.
-Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Bu sahədə əldə edilən uğurlar barədə nə deyə bilərsiniz?
-İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.
Bundan əlavə, Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır. Bu günə qədər komissiyanın 15 iclası keçirilib. Bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub.
Həmçinin energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.
Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.
İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.
Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib.
Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik.
Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.
Əminəm ki, qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək.
-Sizin fikrinizcə, mədəni diplomatiya Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin möhkəmlənməsində hansı rolu oynayır?
-Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir.
Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır.
2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib.
Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.
Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir.
Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.
Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk.
Bundan əlavə, media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək.
Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.
Regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək olar. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. Bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir.
Beləliklə, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını qoruyan gələcəyə yönəlmiş strateji humanitar körpüdür.
-Hörmətli cənab Prezident, Azərbaycan və Özbəkistan beynəlxalq platformalarda da səmərəli əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu əməkdaşlığı necə qiymətləndirirsiniz və Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
-Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.
Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.
Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.
Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.
Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.
Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir.
Ölkələrimiz digər türk təşkilatları çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət verir. Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi əhəmiyyətli və dərin məmnunluq doğuran hadisə oldu. Zəngin tarixi irsə, qədim dövlətçilik ənənələrinə və özünəməxsus mədəni dəyərlərə malik Özbəkistanın bu Fonda qoşulması Türk dünyasının ortaq irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Beləliklə, ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə gəldikdə qeyd etmək lazımdır ki, son illərdə bu əlaqələr müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.
Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürümü bildirirəm.
Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb.
Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir.
Həmçinin Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir. Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.
Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.
-Hörmətli cənab Prezident, maraqlı və məzmunlu müsahibəyə görə Sizə təşəkkür edirəm. Özbəkistana dövlət səfəriniz ərəfəsində Siz qardaş xalqa nə arzu etmək istərdiniz?
Azərbaycanda Turizm İnformasiya Sistemi yaradılacaq - SƏRƏNCAM
Azərbaycanda dövlət turizm idarəetməsi ilə bağlı reyestr və məlumat bazalarını, elektron xidmətləri və proqram təminatlarını özündə birləşdirən Turizm İnformasiya Sistemi yaradılacaq.
Tehsil Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, Turizm İnformasiya Sistemi digər dövlət informasiya sistemləri ilə əlaqələndirilmiş vahid turizm informasiya platforması kimi fəaliyyət göstərəcək. Bununla dövlət turizm idarəetməsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması nəzərdə tutulur.
Dövlət Proqramı çərçivəsində “Rəqəmsal turizm destinasiyası” layihəsi də həyata keçiriləcək. Layihə turistlərin səyahətin planlaşdırılmasından sifariş və səfər mərhələsinədək istifadə etdikləri dövlət və özəl sektor xidmətlərinin rəqəmsallaşdırılmasını nəzərdə tutur.
Bu məqsədlə Azərbaycanın turizm baxımından rəqəmsal platformalarda təmsilçiliyinin artırılması, nəqliyyat vasitələri ilə sərnişindaşıma barədə hərəkət qrafiki, marşrut və dayanacaq məlumatlarının “GTFS” formatında hazırlanaraq mübadilə edilməsi planlaşdırılır.
Həmçinin turizm nümayiş obyektləri barədə audiobələdçilər hazırlanacaq, “Azerbaijan.travel” rəqəmsal turizm platforması təkmilləşdirilərək inkişaf etdiriləcək.
Turizm sahəsində innovasiya ekosisteminin formalaşdırılması məqsədilə innovasiya müsabiqələrinin təşkili və seçilmiş pilot layihələrin dəstəklənməsi də nəzərdə tutulur. Nəticədə turistlərə təqdim edilən elektron xidmətlərin sayının və özəl sektorun göstərdiyi rəqəmsal xidmətlərin əhatə dairəsinin artırılması hədəflənir.
Dövlət Proqramında turizm statistikasının təkmilləşdirilməsi də nəzərdə tutulub. Turizmin ölkə iqtisadiyyatına təsirinin beynəlxalq səviyyədə müqayisəsi üçün “Turizmin Köməkçi Hesabı” üzrə statistikanın təkmilləşdirilməsi, dayanıqlı turizm göstəricilərinin hazırlanması və regionlar üzrə statistik məlumatların əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
Bununla yanaşı, turistlərin Azərbaycana təkrar səfərlərinin statistik ölçülməsi üçün metodoloji tövsiyələr hazırlanacaq və bunun əsasında rəsmi statistika müşahidəsi təşkil ediləcək.
DSX-nin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları təltif edilib.
Tehsilmedia.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DSX-nin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
2-ci dərəcəli "Rəşadət" ordeni ilə
Hüseynov Naseh İbrahim oğlu – polkovnik
2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant
Nağıyev Əfqan Vəli oğlu – general-leytenant
Rəhimov Rəşad Manaf oğlu – polkovnik
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Abdayev Seymur Nurəddin oğlu – 1-ci dərəcəli kapitan
Mirzəyev Mirzə Adil oğlu – polkovnik
Şükürov Pənah Osman oğlu – polkovnik
Tağıyev Bəhruz Sabir oğlu – polkovnik
Hüseynquliyev Şahin Yusif oğlu – polkovnik-leytenant
"Vətən uğrunda" medalı ilə
Qurbanov Natiq Nadir oğlu – 1-ci dərəcəli kapitan
Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik
Nağıyev Murad Tofiq oğlu – polkovnik
Səlimov Elvin Vahub oğlu – polkovnik
Şükürov Mahmud Sabir oğlu – polkovnik
Ağayev Rasim Yunis oğlu – polkovnik-leytenant
Allahverdiyev Fərzənd Allahqulu oğlu – polkovnik-leytenant
Cahidzadə Nicat Etibar oğlu – polkovnik-leytenant
Əsədov Elməddin Kərim oğlu – 2-ci dərəcəli kapitan
Əsədov Yusif Vaqif oğlu – polkovnik-leytenant
Nəsibov Teymur Xəlil oğlu – polkovnik-leytenant
Rzayev Elvin Qalib oğlu – polkovnik-leytenant
Səfiyev Mübariz Məhəmməd oğlu – mayor
"İgidliyə görə" medalı ilə
Behbudov Allahverdi Şahlar oğlu – polkovnik
Əliyev Elnur Abutalıb oğlu – polkovnik
Əsədov Hüseyn Aftandil oğlu – polkovnik
"Hərbi xidmətlərə görə" medalı ilə
Bayramov Teyyub Nurəli oğlu – polkovnik
Eyvazov Şükür Məhəmməd oğlu – tibb xidməti polkovniki
Əliyev Zəfər Bəşir oğlu – polkovnik
Əmirov Ceyhun Cəbrail oğlu – polkovnik
Heydərov İsmayıl Qəhrəman oğlu – tibb xidməti polkovniki
Həmzəyev Muxtar İsmayıl oğlu – polkovnik
Quliyev İlqar Vaqif oğlu – ədliyyə polkovniki
Süleymanov Rəsul Təvəkkül oğlu – polkovnik
Abdullayev Anar Arif oğlu – polkovnik-leytenant
Allahverdiyev Saleh Sabir oğlu – polkovnik-leytenant
Aslanov Vüsal Sayad oğlu – polkovnik-leytenant
Bayramov Ramin Bəkir oğlu – polkovnik-leytenant
Dadaşov Rahid Balağa oğlu – polkovnik-leytenant
Əliyev Rövşən İskəndər oğlu – polkovnik-leytenant
Əmrahov İlqar Eldar oğlu – tibb xidməti polkovnik-leytenantı
Mahmudov Ramin Əli oğlu – 2-ci dərəcəli kapitan
Məhərrəmov Fərhad Əli oğlu – polkovnik-leytenant
Sadıqov Sadiq Saleh oğlu – polkovnik-leytenant
Abbasov Rafael Elxan oğlu – mayor
Abışov Səbuhi Nadir oğlu – mayor
Bəşirov Nazir Xosrov oğlu – mayor
Cəfərli Azad Adil oğlu – 3-cü dərəcəli kapitan
Əhmədov Qurban Əhməd oğlu – mayor
Əliyev Bəhruz Qəhraman oğlu – mayor
Ərəbova Dosxanım Arif qızı – mayor
Hüseynov Orxan Əjdər oğlu – mayor
İsgəndərov Cabir Hüseyn oğlu – mayor
Kərimov Nihad Həsənqulu oğlu – mayor
Qəhrəmanov Pərviz Azim oğlu – mayor
Quluzadə Ramil Əli oğlu – mayor
Mahmudov Kənan Həsən oğlu – mayor
Misgərli Sima Rahil qızı – tibb xidməti mayoru
Mustafazadə Samir Sadiq oğlu – 3-cü dərəcəli kapitan
Nəcəfov Vüqar Qüdrət oğlu – mayor
Orucəliyev Rac Əyyar oğlu – mayor
Zaidov Üzeir Ələsgər oğlu – mayor
Zeynalov Sabir Qurban oğlu – mayor
Bayramlı Seymur İntiqam oğlu – kapitan
Həziyev Rəşad Nüsrəddin oğlu – kapitan
İslamov Mirzə Rəşid oğlu – kapitan
Mahmudova Samirə İxtiyar qızı – kapitan
Mehtiyev Məzahir Ayaz oğlu – kapitan
Muradov Valeh Nizaməli oğlu – kapitan-leytenant
Rzayev Emin Salam oğlu – kapitan
Sadıqov Səməd Şahin oğlu – kapitan-leytenant
Salayev Rahib Hümbət oğlu – kapitan
Seyidli Mirvasif Mirsətdar oğlu – kapitan
Abdullayev Qəhrəman Allahyar oğlu – baş gizir
Eyvazov Orxan Eyvaz oğlu – baş miçman
İsgəndərov Daşdəmir Nizami oğlu – baş gizir
Qasımova Sevda İlham qızı – baş gizir
Şirəliyeva Ülkər Eldar qızı – baş gizir
Göyüşov Nemət Tələt oğlu – gizir
XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, 3 mülki şəxs yaralanıb
İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, nəticədə üç mülki şəxs xəsarət alıb.
Təhsil Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib.
Azərbaycan milli mətbuatı 150 YAŞINDA
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.
150 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.
Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 150 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.
1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.
Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.
2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu
Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı olub. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər isə yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
2021-ci ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.
Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Prezident İlham Əliyev 25 aprel 2025-ci il tarixdə isə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.