Peşə təhsili - Təhsil Media
Universitetlərdə valideyin iclası keçiriləcək? - AÇIQLAMA
Sosial şəbəkələrdə universitetlərdə də tələbələr üçün valideyn iclaslarının təşkil olunması ilə bağlı təkliflər irəli sürülür. Qeyd olunur ki, ali təhsil müəssisələrində açıq qapı günləri keçirilsə də, bu görüşlər daha çox valideynlərin tələb və təkliflərinin dinlənilməsi ilə həyata keçirilir. Məktəblərdə olduğu kimi mütəmadi valideyn iclaslarının təşkil olunacağı təqdirdə isə müəllimlər valideynlərə övladlarının dərslərə münasibəti, məsuliyyəti və davranışları barədə ətraflı məlumat verə bilərlər.
Məhz bu səbəbdən universitetlərdə də valideyn iclaslarının keçirilməsi təklif edilir. Bildirilir ki, bu təklif reallaşarsa, tələbələr dərslərə daha məsuliyyətlə yanaşar və onların akademik göstəriciləri yüksələr. "Çünki bir çox hallarda tələbələr evdən “dərsə gedirəm” adı ilə çıxsa da, faktiki olaraq dərslərə qatılmırlar",- deyə qeyd olunur.
AzEdu.az-a mövzu ilə bağlı sabiq deputat, "Əməkdar müəllim" Sona Əliyeva danışıb.
Müsahibimiz qeyd edib ki, əgər ali təhsil müəssisəsi tələbənin davamiyyətini, akademik performansını və imtahanlara münasibətini izləyə bilmirsə, bu məsuliyyəti valideynə yükləmək problemdən qaçmaqdır:
"Birinci olaraq qeyd etmək lazımdır ki, universitet məktəb deyil. Ali təhsil artıq nəzarətə yox, məsuliyyətə əsaslanan mərhələdir. Tələbə yetkin, hüquqi baxımdan müstəqil bir şəxsdir və onun dərsə gedib-getməməsi valideyn iclası ilə yox, şəxsi mövqeyi ilə ölçülməlidir.
Valideyn iclası ideyasının arxasında duran əsas problem əslində başqadır: universitetlərdə akademik nəzarət mexanizmləri zəif işləyir. Davamiyyətə, dərs intizamına, tələbənin real akademik prosesdə olub-olmamasına universitet özü nəzarət etməlidir. Bu funksiyanı valideynə ötürmək ali təhsilin mahiyyətini şübhə altına almaq deməkdir. Doğrudan da belə bir reallıq var ki, bəzi tələbələr evdən “dərsə gedirəm” adı ilə çıxır, amma dərsə getmir. Amma bu problem valideyn iclası ilə həll olunacaq məsələ deyil. Bu, universitetin öz sistemində boşluq olduğunu göstərir.
Əgər ali təhsil müəssisəsi tələbənin davamiyyətini, akademik performansını və imtahanlara münasibətini izləyə bilmirsə, bu məsuliyyəti valideynə yükləmək problemdən qaçmaqdır. Universitetdə valideyn iclası keçirmək isə yetkin insanı yenidən məktəb şagirdi səviyyəsinə endirməkdir. Bu yanaşma tələbənin məsuliyyət hissini artırmaz, əksinə, onun özünəinamını azaldar. Bu zaman tələbənin aldığı mesaj budur: “Sən öz həyatına cavabdeh deyilsən, sənin valideynin cavabdehdir".
Tələbə dərsə gəlmirsə, bunun nəticəsini hiss etməlidir. Bu zaman valideynin deyil, sistemin reaksiyası görməlidir:
"Əgər məqsəd doğrudan da akademik göstəriciləri yüksəltməkdirsə, bunun həlli valideyn iclası keçirmək deyil. Bunun həll yolu şəffaf davamiyyət sistemi, real qiymətləndirmə, müəllimin tələbəyə qarşı məsuliyyətli mövqeyi və universitetin öz qaydalarını işlək hala gətirməsindən keçir. Tələbə dərsə gəlmirsə, bunun nəticəsini hiss etməlidir; bu zaman valideynin deyil, sistemin reaksiyası görməlidir. Əlbəttə, valideynlə universitet arasında əlaqə tam qopmamalıdır. Amma bu əlaqə maarifləndirici, informativ və könüllü xarakter daşımalıdır.
Peşə təhsilində özbaşınalıq!
Peşə təhsilində ciddi və sistemli nöqsanlar mövcuddur. Bu barədə Tehsilmedia.az olaraq dəfələrlə yazmışıq.
Təəssüf ki, demək olar ki, hər kəs öz qohum-tanışını attestatı belə rüşvətlə əldə edilmiş, heç vaxt real istehsalatda və ya peşə sahəsində çalışmamış şəxsləri peşə təhsili müəssisələrinə müəllim kimi yerləşdirir. Pedaqoji düşüncəsi olmayan, məktəb mühiti və şagirdlə münasibət anlayışından uzaq, hətta ictimai fəaliyyətə belə qatılmayan şəxslər “şirinlik”, “dayday” hesabına peşə təhsili üzrə dərs deyirlər.
Əgər doğrudan da peşə təhsilini inkişaf etdirmək istəyiriksə, bu sahəyə külli miqdarda vəsait ayrılırsa, bəs bu özbaşınalığın kökündə duran səbəb nədir?
Peşə təhsilində müəllimlik sanki bir-birinə “hədiyyə” edilir. Üstəlik, eyni şəxsin 2–3 müxtəlif məktəbdə müəllim kimi işləməsi halları da geniş yayılıb. Saat azlığı bəhanə edilərək bu cür qeyri-qanuni “oyunlar” rahatlıqla həyata keçirilir.
Daha acınacaqlısı isə koordinatorların belə formal şəkildə seçilməsidir. Bəzi hallarda həmin şəxslər ümumiyyətlə məktəbdə olmur, öz şəxsi işləri ilə məşğul olur, kağız üzərində sənədlər yazılır, nəticədə heç bir real fəaliyyət göstərilmədən maaş alınır.
Direktor əvəzinə təcrübəsiz Kərimov – Mərkəzdə idarəçilik faciəsi
2025-ci ilin yanvarında Əlağa Kərimov, heç bir rəhbərlik təcrübəsi olmadan, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin edilib. Onun əvvəlki vəzifəsi Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri olub. Bu vəzifə imtahansız və direktor əmri ilə təyin olunur – yəni heç bir rəhbərlik bacarığı tələb etmir.
Bununla belə, Kərimov artıq mərkəzdə tələbə və müəllimlər üzərində tam nəzarət qurmağa başlayıb. Mərkəzdəki faktlar göstərir ki, qanunsuz əmirlər və hüquq pozuntuları adi hal alıb:
1. Babayeva Camalə – Qənnadçı Şirniyyat İTÜ-si Düriyyə müəllimin gəlini həmin mərkəzdə təhsil aldığı halda, Əlağa Kərimov onu təhsildən yarımçıq çıxararaq, müəllim köməkçisi vəzifəsinə təyin edib. Bu hərəkətinə görə ona töhmət də verilib. Amma töhmətin üstündən cəmi 1 ay keçmiş direktorun səlahiyyəti yenidən uzadılıb.
Mərkəzdə ali təhsilli olduğu halda xadimə vəzifəsində çalışan çoxsaylı müəllimlər olduğu halda, Əlaqə müəllimin hansı marağı var ki, təcrübəsi olmayan bu şəxsi təhsildən yarımçıq çıxararaq müəllim vəzifəsinə təyin edir?
Bu, digər müəllimlər arasında ciddi narazılıq yaradıb.
2. Abdullayev Sadiq. İxtisasca 70-ci illərdə tarix fakültəsini bitirib. Sonradan neft-qaz üzrə peşə təhsili alıb. Pensiya yaşında olan bir şəxsə neft-qaz operatorluğu üzrə İTÜ-si verilib. Oldu. Bəs elektrik-qaz-qaynağı ixtisası üzrə İTÜ-si necə verilib? Üstəlik, həmin ixtisas üzrə mərkəzdə 3 İTÜ-si olduğu halda.
Bundan əlavə, 3-cü kurs “EQQİ” (Elektrik-qaz-qaynağı) ixtisası üzrə tələbələrdən Sadiq necə kurs işi qəbul edərək onları Dövlət imtahanına buraxıb? İxtisasın heç bir uyğunluğu olmadığı halda, bu qanun pozuntusuna Əlaqə Kərimova necə yol verib?
Bu təyinat qanunsuz və absurd hesab edilir.
3. Könül Nəzərova həm İTÜ-si, həm də Kadrlar şöbəsinin aparıcı mütəxəssisi kimi çalışır. Aydındır ki, İTÜ-si qrupunun cavabdeh şəxsidir. Bəs bu insan nə zaman qrupla məşğul olur, nə zaman kadrlar işini yerinə yetirir? Dövlətin büdcəsi niyə bu şəkildə qanunsuz olaraq talan olunur?
4. Elşən Məmmədov. Bu şəxs Mərkəzə Dəmir Yolları Peşə Məktəbindən mütəxəssis kimi gəlib. Mərkəzdə işəgötürənlərlə əlaqə üzrə mütəxəssis kimi işə qəbul edilib. Onun işi tələbələrin istehsalat sahələrinə cəlb olunması, zavod və fabriklərlə müqavilələrin bağlanması və tələbələrin istehsalata yönləndirilməsindən ibarətdir.
Nazirlər Kabinetinin qərarı ilə korpus rəhbəri ştatı ləğv olunaraq, 1 №-li korpusun rəhbəri Şəhlə Məsimzadə işdən azad edilib. Lakin Əlağa Kərimov Nazirlər Kabinetinin qərarını nəzərə almadan, heç bir səriştəsi olmayan Elşən Məmmədovu qanunsuz şəkildə korpus rəhbəri vəzifəsinə təyin edib. Qanunla korpusa rəhbərliyi yalnız direktor müavinləri həyata keçirə bilər.
Bundan başqa, Əlağa Kərimov Elşən Məmmədova o qədər səlahiyyət verib ki, indi Elşən direktor otağında əyləşərək özünü rəhbər kimi aparır. Hətta Müəllimlər Günü üçün pul yığmaq, dərsə gecikən müəllim və tələbələri cəzalandırmaq və s. kimi səlahiyyətlərə malikdir. Bir sözlə, korpusu faktiki olaraq o idarə edir.
Bəs Nazirlər Kabinetinin qərarı hara getdi? Əgər belə idi isə, o zaman Şəhla Məsimzadə niyə və hansı əsasla işdən uzaqlaşdırıldı?
5. Hüseynli Aysu və Ismayılov Əkbər kimi tələbələrə qarşı qiymət manipulyasiyası və zorakılıq halları baş verib.
17 yaşlı tələbə qızın Əlağa Hüseynov  ITÜ- si tərəfindən seksual xarakterli qeyri - etik hərəkəti olmuşdur. Tələbə direktora şikayət edəndə isə Əlağa Kərimov tələbəyə və valideyninə hədə - qorxu gələrək susdurur və Əlağa Hüseynov öz xahişi ilə işdən kənarlaşdırır. Təhsildə baş verən bu dəhşətli cinayəti Əlağa Kərimov niyə gizlədir və ört-basdır edir? Yəqin ki, öz dövründə belə bir dəhşətli cinayət hadisəsində biabr olmaması üçün belə etmişdir.
6. Vüsalə Məmmədova- Bələdiyyə ixtisası ilə əməliyyatçı-mühasib İTÜ-si vəzifəsinə təyin edilib. Bu, harada görülüb?
7. Nuranə müəllim- Dayəlik ixtisasını bitirib, amma kompyuter üzrə İTÜ-si vəzifəsi verilib.
8. Bağıyeva Yeganə. Riyaziyyat ixtisasını bitirib, lakin ona Kompüter İTÜ-si vəzifəsi verilib.
9. Aysel Onur. Bu xanımın peşə təhsili var, o da 1 illik. Ona Logistika İTÜ-si verilib. Bu il isə Agentlik həmin xanımı imtahana buraxmayıb. Çünki qanuna əsasən, 5 il iş təcrübəsi olmayan şəxs imtahana buraxıla bilməz. Lakin Əlaqə Kərimova buna baxmayaraq, ona yenə də İTÜ-si vəzifəsi verib.
Necə olur axı? İmtahana buraxılmayan bir şəxsə İTÜ-si verilir. Üstəlik, ən qabaqcıl ixtisas – Logistika üzrə.
Sosial şəbəkələrdə yayılan məlumatlar göstərir ki, Füzuli Talıbov və Simnar Məmmədov kimi şəxslər Kərimovun təyinatını dəstəkləyir və onun qanunsuz hərəkətlərinə müdaxilə etmir.
BAKI DÖVLƏT PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ “KORRUPSİYA” DAVAM EDİR: RÜŞVƏT, DƏLƏDUZLUQ, CİNAYƏT
Bakı Dövlət Peşə Tədris Mərkəzində illərdir davam edən qanunsuzluqlar və rüşvət mexanizmi hələ də öz gücünü itirməyib. Rəsmi olaraq peşə təhsili sistemində islahatların aparıldığı, şəffaflığın təmin edildiyi deyilsə də, real vəziyyət tam fərqlidir. Bu gün mərkəzin daxilində açıq şəkildə rüşvət, saat alveri, tələbədən pulların yığılması və idarəetmə manipulyasiyası davam edir. Və bütün bu mexanizmin mərkəzində adı dəfələrlə cinayət işi ilə hallanan Mehdiyeva Ruhiyyə dayanır.
CİNAYƏT İŞİ AÇIQ QALAN ŞƏXS HƏLƏ DƏ BAŞ USTA
Tehsilmedia.az qeyd edir ki, bir müddət əvvəl Mehdiyeva Ruhiyyə ilə bağlı cinayət işi açılmışdı. Lakin naməlum səbəblərdən proses “uzadıldı”, nəticə isə qaranlıqda qaldı. Əvvəllər vəzifəsindən kənarlaşdırılması gözlənilən Ruhiyyə xanım təəccüblü şəkildə yenidən vəzifəsinə qaytarıldı. Özü də baş usta və davamiyyətə baxan şəxs kimi
Sual yaranır: Cinayət işi açıq qalan, rüşvətlə adı dillərdə dolaşan şəxs hansı əsasla yenidən vəzifəyə gətirilir?
SAAT SATIŞI, QRUP AÇILIŞI VƏ DÖVLƏT İMTAHANINA “HAQQ”
Mərkəzdə vəziyyət o qədər açıq şəkildə davam etdirilir ki, artıq bu korrupsiya mexanizmi sirr də deyil:
Lalə müəllimdən qrup və əlavə dərs saatı üçün 1500 AZN, Nərgiz müəllim	eyni məqsədlə naməlum məbləğ (yüksək olduğu bildirilir)aldığı, həmçinin tələbələrdən	dövlət imtahandan“keçmək üçün”	pul aldığı hər kəs tərəfindən bilinən faktlardır.
Lalə müəllimdən 1500 manat aldıqdan sonra Lalə müəllim polisə şikayət etmişdi, Asif Bayramov həmin şikayəti agentliyə də göndərmişdir. Nərgiz müəllimin tələbələri Asif müəllimə şikayət etmişdir ki, imtahan üçün bizdən pul yığır. Bundan əlavə, Neft qaz operatoru ixtisasında təhsil alan Elşen adlı tələbədən 500 manat almışdır.  Sonradan hətta həmin tələbəni mərkəzdən qovdular. Tələbə polisə, agentliyə muraciet etdi, amma heç bir nəticə  olmadı . Bundan sonra  məhkəməyə müraciət etdi. Amma yenə də hədə-qorxu ilə Elşən susdurdular.
Tehsilmedia.az xəbər verir ki, bu proses adi qaydada, açıq şəkildə, hamının gözü qarşısında baş verir. Mərkəzdə 167 qrup, hər qrupda təxminən 20 tələbə var. Tələbələrin aylığa çıxış prosesinə də Ruhiyyə Mehdiyeva nəzarət edir. Yəni maddi axınlar, imza təsdiqləri, “keçidlər”, “davamiyyət” – hamısı eyni mənbədən idarə olunur.
Bu isə artıq rüşvət yox, sistemli maliyyə sxemidir.
DİREKTOR MÜAVİNİ DƏ FƏRYAD ETDİ – AMMA EŞİDƏN OLMADI
Mərkəzdə bir müddət direktor vəzifəsini icra edən Asif Bayramov dəfələrlə Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət edib ki, bu korrupsiya şəbəkəsi mərkəzi tamamilə çökdürür. Lakin onun müraciətləri kağız üzərində qaldı. Asif Bayramov dəfələrlə faktlarla agentliyə müraciət etsə də, Asif müəllimin bütün cəhdləri nəticəsiz qalırdı.
Agentliyin rəhbəri Ceyhun Kərəmov və strukturun digər məsulu Simnar Məmmədov isə vəziyyətə açıq şəkildə göz yummağa davam edir.  Bütün problemləri ört-basdır etməyə davam edirdilər. Üstəlik işdən azad olunması üçün ərizə alınan Ruhiyyə Mehdiyeva yenidən vəzifədə saxlanılıb.
Sual:
Korrupsiyaya qarşı mübarizə yalnız şüar səviyyəsindədir, yoxsa burada şəxsi maraqlar var?
MƏRKƏZ YETİM QALMIŞ ŞƏKİLDƏN İDARƏ OLUNUR
Hazırda mərkəzdə vəziyyət belədir:
Müəllimlər qorxu ilə işləyir.
Tələbələr təhsilə yox, “kimə nəyi necə ödəməlidir” düşüncəsi ilə gedir.
Davamiyyət və qiymətləndirmə şəffaf deyil.
Əlaqa müəllimin vəziyyəti isə tam başqa faciədir: "Quzunu qurda tapşırmaq" kimi."
NƏTİCƏ
Bu artıq ayrı-ayrı şəxslərin narazılığı deyil.
Bu bütöv bir təhsil müəssisəsinin çürüdülməsinin faktıdır.
Əgər bu gün Bakı Dövlət Peşə Tədris Mərkəzində baş verənlər araşdırılmasa, sabah eyni sxem ölkənin digər peşə təhsili müəssisələrini də bürüyəcək.
ÜZ TUTURUQ:
Peşə Təhsili üzrə Dövlət Agentliyi!
Əgər bu yazıdan sonra da heç nə dəyişməzsə, deməli, susanların da payı və məsuliyyəti var.
Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi!
167 qrup × 20 tələbə = minlərlə insan bu şəbəkənin içindədir.
Bura təkcə əmək qanunvericiliyinin deyil, cəza qanunvericiliyinin predmetidir.
Cəmiyyətdən soruşuruq:
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “talançılıq” və hüquqi xaos
Bakıxanovda yerləşən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq uzun müddətdir ki, idarəçilik boşluğu ilə üzləşib. Mərkəzin keçmiş direktoru Mətləb Hüseynov və əlaltıları tərəfindən təhsil ocağı çapılıb talan edilib, iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. Lakin bu araşdırma iki ilə yaxındır davam edir, nəticəsi isə hələ gözlənilir.
Bu səbəbdən Mərkəz hal-hazırda direktorsuz qalmaqda davam edir. Qanuna görə, məhkəmə prosesi bitmədən təhsil müəssisəsinə direktor təyin edilə bilməz. Lakin 2025-ci ilin yanvar ayında, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi – yəqin ki, Ceyhun Kərəmov və Əlağa Kərimov – qanun və müsabiqə prosesini əsassız sayaraq Əlağa Kərimovu direktor əvəzi vəzifəsinə təyin edib.
Bu təyinat qanunsuz və anormaldır. 2025-ci ilin yanvar ayında keçiriləcək müsabiqədə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor və müavin postları vakansiya kimi çıxarılmayıb, yəni bu təyinat heç bir rəsmi hüquqi prosedur olmadan həyata keçirilib.
Tehsilmedia.az bildirir ki, Əlağa Kərimov isə əvvəllər yalnız Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri vəzifəsində çalışıb. Bu vəzifə imzansız, imtahansız və direktor əmri ilə təyin olunur, rəhbərlik funksiyası yoxdur. Yəni, heç bir rəhbərlik təcrübəsi olmayan Kərimov, ölkənin ən böyük Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin edilib.
Bu təyinatın ardınca, mərkəzdə qanunsuzluqlar, cinayət xarakterli halların gizlədilməsi və müəllimlərin hədə qorxu ilə idarə olunması baş verib. Simnar Məmmədov və Füzuli Talıbovun dəstəyi ilə Əlağa Kərimov, mərkəzin fəaliyyətinə nəzarət edən ən böyük şəxslərdən biri kimi çıxış edir.
Mərkəzdəki real faktlar açıqdır:
Qənnadçı şirniyyatçı ITU-nun gəlini Babaşova Cəmalə, həmən məktəbdə tələbə ola-ola Əlağa onu məktəbdən çıxarıb  müəllim köməkçisi  kimi işə götürmüşdür.
Şaiq Abdullayev 60 il əvvəlki təhsilinə baxmayaraq, Neft-Qaz operatoru və Elektrik-Qaz qaynağı qrup rəhbəri olaraq vəzifələndirilib.
Könül Nəzərova həm kimyəvi analiz üzrə ITU, həm də kadr şöbəsinin işlərinə məsul tutulub və hər iki işdən maaş alır.
Elşən Məmmədov korpus rəhbəri kimi qanunsuz olaraq bütün müəllim və tələbələrdən pul yığır.
Bu halların ardınca mərkəzdə imtahansız direktor təyinatı və hüquqi boşluq ciddi narazılıq yaradıb. Peşə təhsili sistemi imzansız, qanunsuz təyinatlarla zədələnir, müəllim və tələbələr hüquqlarını itirir.
Nəticə: Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq qanun və etik prinsiplərdən kənar bir idarəçilik modeli ilə işləyir. İmtahansız, təcrübəsiz və kadr dəstəyi ilə təyinatlar, təhsil ocağında xaos və hüquqi boşluq yaradır.
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi son illər ölkənin peşə təhsili sistemində baş verən qalmaqallı hadisələrlə diqqət mərkəzinə düşüb. Mərkəzin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunublar.
Cinayət işində zərərçəkmiş tərəf qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. Artıq uzun müddətdir məhkəmə prosesi  keçirilir.
Bütün bunların fonunda bu ilin yanvar ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor əvəzi təyin edib. Rəsmi açıqlama verilməsə də, məlum olub ki, bu vəzifəyə Binə Peşə məktəbində riyaziyyat müəllimi olan Əlağa Kərimov gətirilib.
Məlumata görə, Əlağa Kərimov nə direktor, nə də direktor müavini vəzifəsi üçün zəruri olan dövlət imtahanlarında iştirak etməyib. Onun bu vəzifəyə hansı meyarlarla seçildiyi və təyinatın hansı əsaslarla aparıldığı barədə isə Agentlik tərəfindən hər hansı aydınlıq gətirilməyib.
Üstəlik, son zəng günü Agentliyin direktoru Ceyhun Kərəmov şəxsi olaraq Mərkəzə gedərək, yeni təyin etdiyi direktor əvəzini müşayiət edib. Bu isə onun gələcəkdə Əlağa Kərimovun daimi direktor kimi təyin olunmasına çalışdığı ehtimalını gücləndirir.
Peşə təhsilində metodika yox dərəcəsindədir. Burada metodikadan danışmaq gülüncdür!
Peşə təhsilində metodiki işlər yox dərəcəsindədir. Düzgün şəklində koordinasiya olunmur. Əvvəla, yeni başlanılan bir fəaliyyət olduğundan daha peşəkar şəxslərin fəaliyyətə cəlb olunması məqsədəuyğun idi. Amma  demək olar ki, hər sahədə olduğu kimi bu sahədə də "dayday" və pul öz sözünü dedi. Müəllimlərin imtahan vasitəsilə seçilməsi amilini əsas kimi qarşımıza qoysalar da, 3 aylıq müqavilə, gecikən maaşlar, tam peşəkar səviyyədə hazırlanmamış proqram işləri çıxılmaz hala salmışdır. Planlaşdırma demək olar ki, yoxdur. Kurikulumlar düzgün deyil, hər bölgə üzrə müəyyən olunan koordinatorlar nə düzgün müşahidə, nə düzgün dəstək göstərmirlər, sadəcə maaş xatirinə işləyən, daydayı olan insanlardır. Nəzərə alsaq ki, qoyulan elanlarda da çox aşağı səviyyələrin tələb olunması işi daha da çətinləşdirir. Ən azından düzgün bünövrə üçün normal peşəkar mütəxəssislər tərəfindən həyata keçirilməli və çox uğurlu seçimlər edilməli idi. Başlı-başına yanlışlıqlarla davam edən bir fəaliyyətdən söhbət gedir. Yenə yanlış və yeyinti üstünə ayrılan maliyyə və məhv olun cəmiyyət ön plandadır.
Peşə məktəbinin 68 yaşlı tələbəsi: Hədəfim sahibkarlıqla məşğul olmaqdır
Ömürboyu öyrənmək, sevdiyin peşə üzrə fəaliyyət göstərmək insanların cəmiyyətə verə biləcəyi əsas faydalardandır. Həyatımızın istənilən dönəmində sevimli işimizlə məşğul olmalı, gördüyümüz hər işə sevgi qatmalıyıq.
“Azərbaycan müəllimi”nin budəfəki müsahibi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayevadır. 1956-cı ildə Bakıda anadan olan həmsöhbətimiz ailə həyatı qurduqdan sonra İsmayıllı rayonunda yaşayıb. Hazırda evdar xanımdır, eyni zamanda, təqaüdçüdür. Oxumaqdan, bilik və bacarıqlarını artırmaqdan yorulmayan müsahibimiz övladları, doğmaları üçün bir-birindən gözəl şirniyyatlar bişirsə, qənnadçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib və bu məqsədlə də  İsmayıllı Dövlət Peşə Təhsil  Mərkəzinin “Qənnadçı-şirniyyatçı” ixtisasına qəbul olub.
“İlk dərs günündə sinfə daxil olanda mənimlə oxuyan tələbələr elə biliblər ki, müəlliməm. Qrup yoldaşlarım mənə xüsusi hörmətlə yanaşırlar”,- deyən Qətibə xanımin əsas hədəfi  oxuduğu peşəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır: “Peşə Təhsil Mərkəzinə gəlməmişdən əvvəl ətrafımdakı insanlardan müəssisə haqqında məlumatlar öyrənmişdim. Ondan sonra qərar verdim ki, qənnadçı peşəsinə yiyələnməklə bu sahəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olum”.
Qətibə xanım deyir ki, Bakı şəhəri 239 nömrəli tam orta məktəbi bitirdikdən sonra universtitetə daxil olmaq üçün imtahan versə də, qəbul ola bilməyib:
“Həmin zaman ali məktəbə qəbul olmaq üçün azı 6 aylıq əmək təcrübəsi tələb edilirdi. Bu səbəbdən bir müddət tikiş fabrikində çalışdım, amma şirniyyat bişirməyə olan marağım itməmişdi. İndi  bu peşə üzrə bildiklərimi Peşə Təhsil Mərkəzinin yüksək imkanları ilə təkmilləşdirmək istəyirəm. Gənclik illərindən işləməyə həvəsim var idi, lakin işlə bağlı müraciət etdiyim müəssisələrdə bu peşə üzrə rəsmi sənəd tələb edildiyindən şirniyyat ustası kimi işləyə bilmirdim.
Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başladı
2024-2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verildi.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.
Qeyd edək ki, son müraciət tarixi: 3 sentyabr, 18:00-dır.
Qeydiyyat linki: https://portal.edu.az/
Qəbul planı: https://shorturl.at/4pFxz
“Peşə təmayüllü siniflər”ə ixtisas müəllimləri AXTARILIR
2024-2025-ci tədris ili üçün “Peşə təmayüllü siniflər” üçün paytaxt və bölgələrdə yaşayan və qeyd edilən peşələr üzrə mütəxəssislər əməkdaşlığa dəvət edilir.
Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
“Peşə təmayüllü siniflər” üçün tələblər aşağıdakılardı:
Peşə təhsili / orta ixtisas / ali təhsil;
Peşəsi üzrə minimum 2 il iş təcrübəsi;
Pedaqoji təcrübə arzuolunandır.
Axtarılan ixtisas müəllimləri:
Aqronom – //forms.gle/6k3qJqca96nCr78A7
Aşpaz – //forms.gle/hyhEf1vfZd4k1NxN6
Qənnadçı – //forms.gle/KYH5hmRNj7M57GFn9
Dərzi – //forms.gle/TxN5mbEz18E8G1NSA
Bərbər – //forms.gle/nRuem35Rfhc1xG1h7
İKT Help Desk – //forms.gle/LA7Nm829m5ffCKHr5
İKT Kompüter Operatoru – //forms.gle/5rpt8hg5nDpHzsvi6
İKT Qrafik Dizayner – //forms.gle/oSK5j8MAHHLcBEiT6
Mebel quraşdırma – //forms.gle/udQG2Gzkn4KZ4azs7
Dülgər – //forms.gle/qvaKM2iaRwcxx16Q7
Kombi-kondisioner – //forms.gle/UHUYkkE8MtwtAAfNA
Çilingər – //forms.gle/uu4ATyHfdd5RDR2f8
Restoran servisi və barista – //forms.gle/omFW6J2GE47XsbNg7
Manikür-pedikür/vizajist – //forms.gle/hcdT2h6uo2CZ9ruf8
Foto və videoqraf – //forms.gle/QCgGqH3fL753nvhB9
Telefon təmiri ustası – //forms.gle/eNY1uWwshwJcFPHEA
İşə müraciət üçün peşənizin adının qarşısında yazılan linkə daxil olaraq müraciət anketini doldurmaq lazımdır.
Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərə ikinci mərhələdə imtahanlarda iştirak etmək hüququ qazanması ilə bağlı SMS vasitəsilə məlumat veriləcək. İkinci mərhələdə namizədlər müvafiq peşə ixtisaslarına uyğun suallardan ibarət test imtahanında iştirak edəcəklər. İmtahanlarda ən yüksək nəticə toplamış namizədlər əməkdaşlığa cəlb ediləcəkdir. İşə qəbul edilmiş şəxslər 2024-cü il, sentyabr ayından iş fəaliyyətinə başlayacaqlar.