Müsabiqələr - Təhsil Media
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
Hər il Sertifikasiya imtahanında bir problem yaradan ARTİ bu il də bu oyunlarından geri qalmadı.
18.05.2025-ci il tarixindən Sertifikasiya imtahanlarına başlanıldı. Başladığı andan şikayətlər də artmağa başladı. Aldığımız məlumatlara görə...
- Bir şəxsə fənni üzrə deyil, başqa fənndən suallar verilib. Müəllim bir neçə dəfə bildirdikdən sonra öz fənninə aid suallarla təmin edilmişdir. Müəllim 35 dəqiqə gec imtahana başlamışdır. Üstəlik stress, əsəb, narahatlıq müəllimin daha gərgin şəkildə testi işləməsinə səbəb olmuşdur.
- İmtahanın sonlarına yaxın xaos yaranması, işləyən və suallar üzərində düşünən müəllimlər üçün çox narahatlıq yaratmışdır. Müəllimlər həm əsəbləşdiklərini, həm də diqqətlərini toplaya bilmədiklərini bildirdilər.
- Müəllimlər Azərbaycan dili fənni üzrə mətn tapşırıqlarından şikayət edirlər. Bildirirlər ki, çox çətin mətnlər salınmış və zaman faktoru nəzərə alınmamışdır.
Yalandan adına oxuyub-anlama bacarığı desələr də, müəllimlərin 35% maaş artımına düşməmək üçün bilərək hərtərəfli düşünüb ən çətin mətn suallarını salmaq ARTİ-yə qarşı birmənalı olaraq nifrəti artırmışdır. Çünki bu mətn tapşırıqları savad yoxlamaq üçün deyil, bilərək qəsdlə  seçilmiş suallar idi. Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!
Müəllimləri bilərək və istəyərək nüfuzdan salmaq istəklərini ardıcıl şəkildə yerinə yetirirlər. Üstəlik Nurlan İsmayılbəyli artıq valideynlərin də müəllimlərin sertifikasiya ballarını görəcəkləri bildirir. Bu da ədavət və prinsipin, o cümlədən müəllim nüfuzun aşağı salmaq yollarından biridir.
Müəllimlərin üzərindən qurulan BÖYÜK OYUNLAR! QAZANAN KİMDİR?
ARTİ müəllimləri maarifləndirmək əvəzinə "Müasir Metodist" adlı bir oyuna əl atır. Sertifikasiya heç də müəllimləri metodiki cəhətdən maarifləndirmədi. Keçirilən təlimlər isə yola verildi, adı yazıldı amma özü keçirilmədi. Belə bir halda sertifikasiyada yüksək bal toplayanlar da kurslarda müəllimlərin hesabına əzbərçi ballar yığanlardır. Məktəblər praktiki cəhətdən tətbiqdə, sənədləşmə işlərində ciddi əziyyət çəkirlər. Oyunlar, rüşvətlər üçün yox! Həqiqətən canla-başla işləyən müəllimlər, təhsilə can qoyanlar ARTİ oyunları ucbatından işlərini peşəkar səviyyədə yerinə yetirə bilmirlər. Belə olduğu halda TKTA gəlir səhvlər tutur, MÜTDA və ARTİ isə yenidən təlimlər keçirir və yeni bir yeyinti sahəsi formalaşmış olur. Bilərək öyrətməmək, məcbur edib səhv tutmaq siyasəti MƏDƏNİ SOYĞUNÇULUQ şəklində özünü göstərməyə davam edir.
Müasir Metodist nədir? Normal bütün müəllimlər öz fənni üzrə biliklərdən əlavə metodika və pedaqogika üzrə bilikli olmalıdırlar ki, biz onlara müəllim deyək. Əks halda abituriyentlə müəllimin fərqi olmaz.
Bəs niyə univeristetlərdə metodika keçirilmir! Cəfər Cəfərov, Emin Əmrullayev,
Rüfət Əzizov hara baxır???
Çöldə ödənişlə kurslarda dərs keçən, amma həqiqətən savadlı olan metodika müəllimlərini yığsınlar, əmək müqaviləsi imzalansın, getsinlər məktəblərdə dərs keçsinlər. Univeristetlərdə dərs keçsinlər. Çünki ARTİ, TKTA və MÜTDA bunu bacarmır. BACARMAQ İQTİDARINDA DEYİL!..
TKTA gəlir səhvlər tutur, hansı ki metodika ARTİ-nin işidir. Amma fərqi yoxdur, səhvlər tutur, qeyri-kafi qiymətləndirir, ikinci dəfə yoxlanma üçün vaxt verilir, sonra TKTA-ya ödəniş ödənilməlidir ki, gəlib yenidəb yoxlasın. Bu TKTA - nın publik hüquqi şəxs kimi əlavə gəliridir. Üstəlik
MÜTDA və ARTİ də bu oyunda əl birliyində olduğundan onların da birbaşa gəlirləri artır.
Sonra işə MÜTDA və ARTİ girir. Bəli, təlim, müsabiqə, layihə ilə onlar da əlavə gəlirlərini qazanırlar. Ortada olan müəllimə olur. Olan təhsilə olur. Olan bizim xalqımıza olur.
Bu REAL TƏHLİL-DİR! BU AZƏRBAYCAN REALLIĞIDIR. Guya ARTİ- də, MÜTDA-da, TKTA-da işləyənlər mütəxəssisdir? Xeyr. Hamısı öz qohumları, öz tanışları, pulla düzələnlərdir. Əllərinə bir slayd götürürlər, əzbər onu danışırlar. Sonra da qrup işi təşkil edib söhbəti bağlayırlar. Guya təlim keçirildi. Heç bir nəticə yoxdur. O da keçirənlər. Çoxu keçmir, ad yazdırır, sadəcə pulu götürür.
Qazanan başda ETN, sonra TKTA, ARTİ və MÜTDA-dır.
Bəs məktəb, müəllim, sənədləşmə işləri, şagirdlər....
18 ildir yeni proqrama keçmişik. Hələ də müəllimlər söhbət nədən gedir bilmir. Bu müəllimlərin savadsızlığı deyil. Bu düzgün idarə edilməyən təhsil və MƏDƏNİ SOYĞUNÇULUĞUN nəticəsidir!
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə start verilir
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə start verilir.
Bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.
O, müsabiqənin 5 mərhələdən ibarət olacağını xatırladıb:
“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü aprelin 14-ü saat 11:00-da onlayn mərhələnin “Ümumi biliklər imtahanı” üzrə sınaq imtahanı ilə başlayacaq. İmtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər” blokları üzrə aparılacaq. Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və CV turu olmaqla iki hissədən ibarətdir. Sistemə giriş isə bir saat öncədən aktiv olacaq".
İşçi Qrupun rəhbəri müsabiqənin bu ilə olan qeydiyyat statistikası haqqında da ətraflı məlumatı bölüşüb:
"Ümumilikdə qeydiyyatdan keçən 15 min 877 nəfər namizədin ərazi üzrə bölgüsündə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Qarabağ zonalarından olan namizədlər üstünlük təşkil edirlər. Universitetlər üzrə qeydiyyat statistikasına əsasən, bakalavriat təhsili üzrə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri sayca ilk sıralarda yer alırlar. Sevindirici hal isə ondan ibarətdir ki, ötən illərlə müqayisədə qadın iştirakçıların sayında artım müşahidə olunub".
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müsabiqə keçiriləcək
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin elmi müsabiqəsi keçiriləcək.
Bu barədə institutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev məlumat verib. O bildirib ki, hər il institutda çalışan gənc alimlərin, mütəxəssislərin elmi tədqiqat aparmağa daha da həvəslənməsi üçün ənənəvi “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçirilir: “Builki müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.
Müsabiqədə gənclərimizin ətraf mühitin ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələri dinləniləcək. Seçilən alimləri diplom və pulla mükafatlandıracağıq”.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Məlum olduğu kimi, fevralın 27-dən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayıb.
Elm və Təhsil Nazirliyindən  bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Layihə sənədlərinin qəbulu 27 fevral – 1 aprel tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:
"Azərbaycan müəllimi" qəzeti rebrendinq müsabiqəsi elan edir
Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzeti müasir dövrün tələblərinə uyğunlaşdırmaq istəyirik.
Bu məqsədlə qəzetin rebrendinqi üçün müsabiqə elan edirik!
Müsabiqədə iştirak üçün “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərinizi bizə göndərin, qalib olmaq şansı qazanın!
Müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərsiniz. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN dəyərində pul mükafatı təqdim ediləcək.
Müsabiqədə iştirak üçün loqo (rəngli və rəngsiz versiya), dizaynla bağlı təkliflər PNG, PDF və ya JPEG formatında, eləcə də “mockup”la birgə göndərilməlidir. Loqonun yazılı şəkildə izahı və təsviri arzuolunandır.
Nəzərə alınmalıdır ki, loqo sosial media, veb-səhifə və müxtəlif videomateriallarda, həmçinin qəzetin çap versiyasında istifadə olunacaq.
Müraciət üçün son tarix: 10.04.2024-cü il
Tələbələr üçün “MathCamp 2024” yaz düşərgəsi təşkil olunacaq
21–25 mart tarixlərində “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda “MathCamp 2024” tələbələr üçün yaz düşərgəsinin IV mövsümü keçiriləcək.
Düşərgədə ali təhsil müəssisələrinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr və son 2 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.
Düşərgədə iştirak üçün 15 mart tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək mümkündür:
https://forms.gle/KhenTkCh7ViqnJJ58
Düşərgə ərzində təcrübəli müəllim, ekspertlər tərəfindən inteqrativ təlim, alqoritmik yanaşma, məsələlər həlli, eləcə də ali riyaziyyat elementlərinin öyrənilməsi ilə bağlı xüsusi dərslər, təlim və seminarlar təşkil ediləcək.
Təhsil jurnalistləri və ekspertləri üçün MÜSABİQƏ
Təhsildən yazan jurnalistlər və təhsil mütəxəssisləri üçün müsabiqə elan edilir.
Müsabiqə Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində həyata keçirilir.
Təhsil üzrə mütəxəssislər “Təhsil ekspertləri necə işləməlidir” mövzusunda material təqdim etməlidirlər. Materialda təhsil ekspertlərinin media, sosial şəbəkələr, dövlət orqanları və parlamentlə necə işləmələri barədə vacib məqamların qeyd olunması vacibdir.
Müsabiqədə iştirak etmək istəyən jurnalistlər isə “Təhsil mediada necə əks olunur?” mövzusunda ən yaxşı reportaj, müsahibə, köşə yazısı və yaxud jurnalist araşdırması təqdim edə bilərlər.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 2(iki) jurnalist, 2 (iki) ekspert qalib elan edilir və mükafatlandırılır.
Materialların qəbulu elektron formada və ya kağız daşıyıcı vasitəsi ilə nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyən namizədlər müvafiq qaydalara uyğun olaraq hazırladıqları materialları Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin bu layihədə tərəfdaşı olan AzEdu.az Təhsil Portalının rəsmi elektron ünvanına göndərə bilərlər: info@azedu.az
6-11-ci sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika Çempionatı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində 6-9 və 10-11-ci sinif şagirdlərindən ibarət olan komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika Çempionatını keçiriləcək.
Yarış iki turdan ibarət olacaq: Onlayn seçim turu 23 martda, canlı final oyunu isə Bakı şəhərində 31 martda keçiriləcək.
✅ Qeydiyyat üçün son tarix – 20 mart saat 18:00
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.
Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dəyərlərimizi qoruyaq!”, həmçinin “Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu”, “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” və “Türk tarixinə səyahət” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda Novruz bayramına həsr olunmuş tədbirlər, “Açıq dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, intellektual müsabiqə, yarış və sosial aksiyalar, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması, “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı festivalın keçirilməsi planlaşdırılır.
“Qardaşlaşmış məktəblər” təşəbbüsünə və OCEP proqramına qoşulmuş ümumi  təhsil müəssisələri, eləcə də YUNESKO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərdə “Dəyərlərimizi qoruyaq!”, məktəb  kitabxanalarında  “Dəyərlərimiz  bədii ədəbiyyatda” adlı tədbirlər, “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri və “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı milli musiqi  günləri təşkil olunacaq.
Həmçinin layihə çərçivəsində ümumi təhsil məktəblərində mövzuyla bağlı layihələrin, istedadlı şagirdlər tərəfindən milli və mənəvi dəyərlərimizin qorunması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, mənəvi dəyərlərimizin əks  olunduğu  bədii nümunələr  (əsərlər)  əsasında  tamaşaların  nümayişi də nəzərdə tutulur.