Məktəbəqədər təhsil - Təhsil Media
Balaca Qəlblərin Böyük Ehtiramı: Sumqayıtda Xocalı Anımı
Sumqayıt şəhər 65 saylı körpələr evi-uşaq bağçasında bu gün həm kədər, həm də böyük bir qürur hissi var idi. 26 fevral Xocalı soyqırımı münasibətilə bir araya gələn balacalarımız, tariximizin o ağrılı gecəsini öz təmiz qəlbləri ilə yad etdilər. Uşaqların dilindən tökülən hər bir misra, çəkdikləri hər bir rəsm sanki böyüklərə sülhün və vətəni sevməyin nə qədər vacib olduğunu xatırladırdı.
​Bu cür tədbirlərin keçirilməsi bizim üçün sadəcə bir mərasim deyil, həm də gələcəyimiz olan bu körpələrə milli yaddaşımızı ötürməkdir. Xocalını heç vaxt görməyən bu fidanlar, bu gün öz həmyaşıdlarının çəkdiyi acıları hiss edərək böyüyürlər. Bu, onların milli ruhda formalaşması, torpağına və keçmişinə sahib çıxan bir vətəndaş kimi yetişməsi üçün ən böyük dərsdir.
​Biz inanırıq ki, qəlbində vətən sevgisi ilə böyüyən bu uşaqlar gələcəyin ən güclü, ən mərhəmətli və savadlı insanları olacaqlar. Şəhidlərimizin ruhu şad olsun ki, onların qisası alındı və bu gün Sumqayıtın balaca sakinləri azad, qalib bir ölkənin övladları kimi tariximizi yaşadırlar. Unutmadıq və heç vaxt unutdurmayacağıq.
BAĞÇALARDA GƏRGİNLİK ARTIR: SƏNƏD TƏLƏBLƏRİ TƏRBİYƏÇİLƏRİ ÇIXMAZDA SAXLAYIR
Son günlər ölkənin bir çox məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi və müəllimlərdən aldığımız məlumatlar göstərir ki, bağçalarda iş yükü süni şəkildə artırılmaqda davam edir. ARTİ və Təhsil Nazirliyi tərəfindən tez-tez yeni sənədləşmə formaları, gündəlik hesabatlar və əlavə qeydiyyat tələblərinin tətbiqi tərbiyəçilər arasında ciddi narazılığa səbəb olub.
Tərbiyəçilər bildirirlər ki, tələblər təqdim olunur, lakin həmin sənədlərin necə hazırlanmalı olduğuna dair heç bir aydın təlimat, nümunə və ya təlim verilmədən onların icrası tələb edilir.
“Sənəd var, izah yoxdur”
Müəssisələrdən daxil olan şikayətlərə əsasən, hər gün fərqli formada yeni sənədlər tələb olunur. Lakin bir çox hallarda yerli idarəedici qurumların özləri də həmin sənədlərin necə hazırlanmalı olduğuna dair dəqiq məlumat vermirlər. Bu isə tərbiyəçi və müəllimlərin iş mühitində çaşqınlıq, psixoloji gərginlik və əlavə vaxt itkisinə səbəb olur.
Tərbiyəçilər qeyd edir:
“Nəyi necə yazmalı olduğumuzu öyrədən yoxdur. Sadəcə tələb edirlər.”
Əlavə yükə əlavə əməkhaqqı verilmir
Tədris prosesi davam etdiyi halda sənədləşmə yükünün artması tərbiyəçiləri işdən sonra evdə belə uzun müddət sənəd hazırlamağa məcbur edir. Bütün bunlar isə əlavə iş kimi qiymətləndirilsə də, heç bir maddi qarşılıq təmin edilmir.
Sahə üzrə mütəxəssislər bildirir ki, dövlət standartları və əmək qanunvericiliyinə görə əlavə iş yükü əməkhaqqında əks olunmalıdır.
Təlimlər formal xarakter daşıyır
Son illərdə ARTİ tərəfindən keçirilən təlimlərin çoxluğu ilə yanaşı, onların praktik tətbiq baxımından səmərəsizliyi də qeyd olunur. Tərbiyəçilər deyirlər ki, keçilən təlimlərin heç biri real tələb olunan sənədləşmə prosedurları ilə üst-üstə düşmür.
“Təlim var, amma tətbiq yoxdur. Öyrətmədən tələb etmək düzgün deyil.” – deyə tərbiyəçilər bildirir.
Tehsilmedia.az olaraq təklif edirik ki,
1. Hər tələb olunan sənədlə bağlı rəsmi nümunə forması hazırlanmalı, bütün bağçalara təqdim olunmalıdır;
2. Qısa və aydın video-təlimatlar hazırlanıb paylaşılmalıdır;
3. Təlimlər formal şəkildə deyil, praktiki yönümlü və tətbiqə əsaslanan formatda təşkil olunmalıdır;
4. Əlavə sənəd işi əlavə əməkhaqqı ilə təmin edilməlidir.
Əsas məsələ: Uşağın inkişafı arxa plana keçməməlidir
Təhsil mütəxəssisləri xəbərdarlıq edirlər ki, bağçalarda sənəd yükünün artması uşaqla işin keyfiyyətini azaldır, tərbiyəçinin bütün vaxtını kağız işləri alır və nəticədə məktəbəqədər təhsilin mahiyyəti – uşağın sosial, emosional və yaradıcı inkişafı – arxa plana keçir.
Nəticə
Uşaq bağçası sənəd dövriyyəsi mərkəzi deyil. Tərbiyəçilərin əsas işi uşaqdır. Buna görə də, hər hansı yeni sənəd və ya hesabat tələb olunmazdan əvvəl:
Əvvəl öyrədilməli, sonra tələb edilməlidir.
Şəhid Əzizbəy Muradovun atası baxça müdirəsi Sevinc Mikayılovanın gizlin əməllərini ifşa etdi: Uşaqların ərzaqları oğurlanır…. Gündəm
Antiterror əməliyyatlarında şəhid olmuş Əzizbəy Muradovun atası Etibar Muradov Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılovanın əməlləri ifaş edib.
XALQ-ın məlumatına görə, şəhid atası çıxışında bildirir ki, Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılova işçilərin maaşlarınıkəsir,uşaqlara gələn ərzaq paylarını mənimsəyir.Məsələ il bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə şikayət olunsada heç bir tədbir görülmür.  Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili  bu məsələyə biganə yanaşır və Sevinc Mikayılova haqqında şikayətlərə əhəmiyyət vermir.Görəsən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili  hansı razılıq əsasında Sevinc Mikayılova fəaliyyətini davam etdirə bilir?
Bu məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.
Yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırırq.
Həmin çıxışı təqdim edirik:
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Son zamanlar ölkənin bir sıra bölgələrində bağça müəllimlərinin maaş artımlarında ədalətsizlik müşahidə olunur. Belə ki, dövlət tərəfindən müəllimlərin əmək fəaliyyətinə uyğun olaraq 3, 5, 8 və 12 illik iş stajı əsasında dərəcə artımları tətbiq edilir. Bu artımlar əməkhaqqının yüksəldilməsinə səbəb olur.
Lakin qeyri-ixtisaslı müəllimlər adlandırılan bəzi müəllimlərin dərəcələri ani şəkildə ləğv edilib. Nəticədə onların əməkhaqlarında 50, 70, bəzən isə 80 manata qədər azalmalar baş verib. Bu hal yüzlərlə təcrübəli müəllimin narazılığına səbəb olub və mövzu ictimailəşib. Məsələ ilə bağlı bir çox şikayətlər ünvanlanıb, hətta bəzi televiziya kanallarında Təhsil Nazirliyinin əməkdaşları dərəcələrin bərpası ilə bağlı açıqlamalar veriblər.
Bəzi bölgələrdə bu haqsızlıq aradan qaldırılsa da, digər bölgələrdə problem hələ də qalmaqdadır. Bu müəllimlər üçün diaqnostik qiymətləndirmə imtahanı keçirilib və onlar yüksək nəticələr göstəriblər. Onların arasında illərlə ibtidai sinif müəllimi kimi çalışan və 49 bal toplayan müəllimlər də var. Nazirliyə ünvanlanan məktublara müsbət cavab gəlsə də, praktikada dərəcələr bərpa olunmur.
Qeyri-ixtisaslı müəllimlər haqlı olaraq sual edirlər: “Əgər nəticəmiz yüksəkdirsə, illərlə təcrübəmiz varsa, niyə əməkhaqqımız azaldılır?” Onlar bildirirlər ki, Prezident İlham Əliyev daim vətəndaşların sosial rifahını yüksəltmək üçün əməkhaqlarını artırır, lakin bəzi yerli təhsil rəhbərləri bu siyasətə zidd olaraq səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərin maaşını azaldırlar.
Şikayətçilərin sözlərinə görə, səsini çıxaran bölgələrdə problemlər qismən aradan qalxıb, digər bölgələrdə isə bu ədalətsizlik davam edir. Onlar məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.
Qeyri-ixtisaslı müəllimlər sonda bir daha aidiyyəti qurumlara çağırış edirlər:
“Biz də dövlətin müəllimləriyik. Əmək fəaliyyətimiz və təcrübəmiz var. Dərəcələrimizin bərpa olunması, haqsız yerə kəsilən maaşlarımızın geri qaytarılması üçün səsimizə səs verin.”
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.
Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.
Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
Paytaxtda 22 781 uşaq məktəbəhazırlıq qruplarını başa vurur
Paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır.
BŞTİ-dən bildirilib ki, 2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 ümumi təhsil müəssisəsi üzrə 1 048 məktəbəhazırlıq qrupunda 22 781 uşaq məşğələyə cəlb olunub.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.
Bağçada uşağı vuran müəllim işdən QOVULDU
Xəbər verdiyimiz kimi, "Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı bildirilir.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.
Modern.az-ın məlumatına görə, görüntülərdəki müəllim işdən çıxarılıb.
Onunla bağlanan əmək müqaviləsinə xitam verildiyi bildirilir.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?”
Sabirabad rayonunun Sarxanbəyli kəndindəki tam orta məktəbdə yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məktəbin daxilində xoruzların gəzməsi və həyətində qoyunların otlaması təhsil müəssisəsinin vəziyyəti ilə bağlı ciddi narahatlıqlar yaradıb. Sosial şəbəkələrdə paylaşılan videolarda xoruzların məktəbin sinif otaqlarında gəzdiyi, həyətində isə qoyunların sərbəst şəkildə otlayaraq məktəbin ərazisində dolaşdığı əks olunub. Bu hadisə, məktəbin infrastrukturu və təhsil şəraiti ilə bağlı ciddi suallar doğurur.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq və təhsil eksperti Elçin Bayramlı Azərbaycanın təhsil sistemindəki ciddi problemləri gündəmə gətirib.
Mütəxəssis 21-ci əsrdə belə bir vəziyyətin təhsil mühitinə uyğun olmadığını qeyd edib:
“21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər təhsil alır. Bura Afrika deyil, Azərbaycan olmalıdır! Bu biabırçı vəziyyətdir. Ümumiyyətlə, Azərbaycan dövlət büdcəsindən ən çox vəsait ayrılan sahə təhsildir. Demək olar ki, bu vəsait 5 milyard manata yaxın vəsaitdir. Amma buna baxmayaraq, bir çox ucqar kəndlərdə ya məktəb yoxdur, ya da ki, məktəblər o qədər bərbad gündədir ki, şagirdlər məcbur olur ki, uzaq olsa da, uzaq kəndlərdə oxumaq üçün kilometrlərlə yol getsinlər. Bu da elementar minimal təhsil hüququnun pozulması deməkdir”.
Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyi tərəfindən təhsillə bağlı heç bir canfəşanlıq yoxdur:
“Bunun nəticəsində də kəndlər, rayonlar boşalır, uşaqlar yaxşı təhsil ala bilmir. Regionlarda, ucqar yerlərdə tamamilə 19-cu əsri xatırladan uçuq, xaraba məktəblərlə təhsili inkişaf etdirmək olmaz. Kompüterlərin, tədris vəsaitlərin olmaması, internet çatışmazlığı, avadanlığın, laboratoriyaların və s. bütün bunların olmadığı yerdə normal təhsili düşünmək düzgün deyil. Təhsillə bağlı bütün problem bu sahəni qəsdən nəzarətsiz, özbaşına buraxmaqdır. Burada vəsaitin olmaması və s. digər bəhanələr ola bilməz. Əgər Elm və Təhsil Nazirliyinin pulu yoxdursa, açıq çıxıb desinlər ki, pul yoxdur. Təhsil Nazirliyi qəsdən tədrisin şəraitini məhv edib”.
Təhsil eksperti bildirib ki, Elm və Təhsil Nazirliyinin heç bir maliyyə vəsaiti olmasa belə, çağırış edərək imkanlı şəxslərin dəstəyi ilə bir sıra yenidənqurma, habelə avadanlıqların alınması işlərini həyata keçirə bilərlər:
Özəl bağçalarda 1000-ə yaxın uşağın təhsil haqqını dövlət ödəyir
Hazırda 1000-ə yaxın uşaq özəl bağçalarda dövlət vəsaiti hesabına təlimlərə cəlb edilib.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda çıxış edərkən deyib.
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir?
Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 331 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlara verilən xörəklərin standartlara uyğun olmadığı iddia edilir.
Bu barədə bir qrup valideyn tərəfindən İqtisadiyyat.az-ın redaksiyasına daxil olan məlumatda deyilir.
Valideynlər iddialarında hətta bəzi xörəklərin köhnə olduğu, həmin xörəklərdən köhnəlmiş qoxu gəldiyi kimi fikirlər səsləndirirlər. Buna görə də onlar uşaqlar tərəfindən həmin yeməklərin qəbulundan ciddi narahatlıqlarını ifadə ediblər.
Onlar həmçinin bağçada uşaqlara heç bir meyvə verilmədiyini bildiriblər. Məsələ ilə bağlı bir neçə dəfə həm nazirliyə, həm də idarəyə müraciət etdiklərini bildirən valideynlər söyləyir ki, məhz müraciətdən sonra uşaqlara verilən xörəklər yaxşılaşır. Amma üzərindən 1 həftə keçəndən sonra vəziyyət yenə əvvəlki duruma qayıdır.
İqtisadiyyat.az valideynlərin iddiası ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb. İdarədən saytımıza bildirilib ki, 331 nömrəli körpələr evi-uşaq bağçasında qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılır.