Maraqlı - Təhsil Media
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Avropa İttifaqında 13 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi planlaşdırılır.
Tehsilmedia.com xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Aİ üzrə uşaqların sosial media və rəqəmsal texnologiyalardan istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni təşəbbüsün hazırlandığını açıqlayıb.
Fon der Leyen bildirib ki, 13 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsi qadağan edilməli, 15 yaşdan aşağı şəxslərə isə şəxsi hesab açmağa icazə verilməməlidir.
Onun sözlərinə görə, 13 və 14 yaşlı uşaqlar üçün valideyn nəzarəti altında, məhdud funksiyalara malik “mini hesablar” yaradıla bilər. Bu hesabların istifadəsinin gündə bir saatla məhdudlaşdırılması nəzərdə tutulur.
Avropa Komissiyasının yeni “Uşaqlar haqqında qanun” layihəsini təqdim edəcəyi bildirilib. Layihəyə əsasən, sosial media platformaları öz xidmətlərinin azyaşlılar üçün təhlükəsiz olduğunu sübut etməli olacaq.
Hazırda bir sıra Aİ ölkələri sosial media istifadəsinə yaş məhdudiyyətləri tətbiq etmək istiqamətində addımlar atır. Fransa 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası tətbiq edən ilk Aİ ölkəsi olub. Lakin bu qərar daha sonra ölkənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.
İspaniya, Danimarka və İsveç də uşaqların sosial media istifadəsinə yaş məhdudiyyətləri tətbiq edən ölkələr sırasındadır.
Kitab oxuyanlara pul veriləcək
Sinqapur hökuməti sosial şəbəkələrdə və internetdə mənfi xəbərləri fasiləsiz izləmə vərdişi ilə mübarizə aparmaq üçün yeni təşəbbüsə başlayıb.
Tehsilmedia.com xəbər verir ki, proqram çərçivəsində vətəndaşlar hər gün ən azı 15 dəqiqə kitab oxuduqlarını xüsusi platformada qeyd etdikdə 1 Sinqapur dolları qazanırlar.
Bu ay tətbiqinə başlanılan layihənin əsas məqsədi insanların diqqətini artırmaq, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və oxu vərdişlərini gücləndirməkdir.
Sinqapur Milli Kitabxana Şurasının rəhbəri Melissa Tam bildirib ki, oxu vərdişləri kiçik və əlçatan addımlarla formalaşır. Onun sözlərinə görə, layihə insanların gündəlik həyatında kitaba daha çox yer ayırmasını təşviq etmək məqsədi daşıyır.
Bundan əlavə, hökumət gənclərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif variantları da nəzərdən keçirir.
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Artıq payız fəslinə daxil oluruq və dərslər də başlayır. Bu günlərdə uşaqlar arasında mövsümi xəstəliklərə tez-tez rast gəlinir. Bu səbəbdən maraqlıdır ki, dərslər başlamazdan əvvəl valideynlər övladlarını xəstəliklərə necə hazırlamalı, qrip zamanı nə etməlidirlər?
Tehsilmedia.com xəbər verir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən pediatr Şəlalə Poluxova qeyd edib ki, uşaqların sağlamlığının qorunmasında doğru qidalanma vərdişləri, məktəbəuyğun yuxu rejiminin nizamlanması, fiziki aktivlik və hər gün açıq havada vaxt keçirmək vacib rol oynayır:
"Dərslər başlamazdan əvvəl valideynlər övladlarını xəstəliklərdən qorumaq üçün müəyyən hazırlıq tədbirləri görməlidirlər. İlk növbədə pediatrik müayinələr təxirə salınmamalıdır; məktəbyaşlı uşaqlar ildə ən azı bir-iki dəfə göz müayinəsi, qan analizləri və vitamin testlərini əhatə edən “check-up” müayinələrdən keçməlidirlər.
Bununla yanaşı, peyvənd təqviminə ciddi əməl olunmalıdır. Əsasən də oktyabr aylarında mövsümi qrip əleyhinə peyvəndlərin vurulması uşaqları yüksək qızdırma, dirənçli hərarət, qusma, öskürək, baş və əzələ ağrıları, burun axıntısı kimi ağır simptomlarla müşayiət olunan İnfluenza A və B viruslarından qorumağa kömək edir. Eyni zamanda qızılca və göyöskürək kimi digər vacib peyvəndlər də unudulmamalıdır.
Uşaqların sağlamlığının qorunmasında doğru qidalanma vərdişləri, məktəbəuyğun yuxu rejiminin nizamlanması, fiziki aktivlik və hər gün açıq havada vaxt keçirmək vacib rol oynayır. Həmçinin uşaqlara yeməkdən əvvəl, tualetdən və çöldən gəldikdən sonra əlləri doğru yumaq qaydaları öyrədilməlidir, çünki bu, xəstələnmə riskini yarıya qədər azaldır. Bağça və ya məktəbin ilk illərində uşaqların tez-tez xəstələnməsi normaldır; zaman keçdikcə immun sistemi formalaşır və onlar daha az xəstələnirlər".
Xəstəlik zamanı relies olunmalı, ən vacib məqam özbaşına antibiotik istifadəsindən qaçınmaqdır:
"Qrip virus mənşəli olduğu üçün antibiotiklərin buna heç bir təsiri yoxdur. Antibiotiklər və ya antiviral dərmanlar yalnız həkim müayinəsindən və təyinatından sonra müəyyən göstərişlərə əsasən verilə bilər.
Xəstə uşaqlar infeksiyanın yayılmaması üçün kollektivə göndərilməməli, evdə yataq istirahətində olmalıdırlar.
Tədqiqatçıdan ciddi xəbərdarlıq: “Süni intellekt hamımızı öldürə bilər”
Anthropic şirkətində çalışan tədqiqatçı Evan Hubinger süni intellektin növbəti 10 il ərzində bütün insanları məhv edə bilmə ehtimalının 10 faizdən çox olduğunu bildirib.
Tehsilmedia.com xəbər verir ki, Hubinger bu barədə X sosial şəbəkəsində paylaşım edib.
O, Anthropic-dən istefa verən tədqiqatçı Jacob Coxonun süni intellekt sahəsində çalışan mütəxəssislərin bu texnologiyanın 10 il ərzində bəşəriyyəti məhv edə biləcəyinə inandığı barədə fikrinə münasibət bildirib.
Hubinger Coxonun fikri ilə razılaşaraq, süni intellektin bütün insanları məhv edə biləcəyinə səmimi şəkildə inandığını deyib.
Tədqiqatçı Anthropic-in risklərin qarşısını almaq üçün əlindən gələni etdiyini qeyd etsə də, superintellektin insan dəyərləri ilə uyğunlaşdırılması probleminin hələ həll edilmədiyini vurğulayıb.
Ölkələrin təəccübləndirən məktəb QAYDALARI
Ölkələrin təhsil sistemlərinin ən maraqlı halları
Müxtəlif ölkələrin məktəb qaydaları və təhsil ənənələri bir-birindən xeyli fərqlənir. Bəzi ölkələrdə şagirdlərin geyim və saç düzümünə ciddi nəzarət olunur, bəzilərində isə dərslərin başlanma saatı belə fərqlidir.
Tehsilmedia.com Azərbaycan müəllimi-nə istinadən, ölkələrin müəllimə münasibətdən dərs formasına qədər maraqlı nümunələrini təqdim edir.
Tailand: Məcburi saç düzümü
Tailand məktəbləri mehriban və xoş atmosferi ilə seçilir. Tailandda şagirdlər adətən fərdi şəkildə deyil, qrup halında otururlar. Qrup şəklində öyrənmə isə məhsuldar və effektiv hesab olunur.
Şagirdlərin dərs zamanı telefonlarından istifadə etməsi və hətta zənglərə cavab verməsi də mümkündür. Dərs zamanı danışmaq adi haldır. Bu davranış hörmətsizlik kimi qəbul edilmir.
Əksinə, Tailand cəmiyyətində müəllimlərə böyük hörmət göstərilir. Bunun nümunələrindən biri “Wai Khru” adlı xüsusi mərasimdir. Bu mərasim zamanı şagirdlər müəllimlərinin qarşısında diz çökür və onlara gül-çiçək təqdim edirlər.
Tailand məktəblərində başqa maraqlı qaydalar da var. Şagirdlər sinifdə və bəzi dəhlizlərdə ayaqqabı geyinmirlər. Əksər məktəblərdə məktəbli forması məcburidir.
Çianq May kimi bölgələrdə şagirdlərdən cümə günləri ənənəvi Şimali Tailand geyimləri geyinmələri də tələb oluna bilər.
Oğlanların saç düzümünə dair də xüsusi qaydalar mövcuddur. Tədris ilinin əvvəlində tələblərə uyğun saç düzümünə malik olmayan oğlanların saçları müəllimlər tərəfindən qırxıla bilir.
İdman da ABŞ məktəblərindən fərqli şəkildə təşkil olunur. Orta məktəblərdə idman gündəlik fəaliyyət kimi geniş yayılmayıb. Bunun əvəzinə məktəblər müəyyən günlərdə müxtəlif yarışlar keçirir və yarışlardan əvvəl məşqlər çox intensiv olmur.
Filippin: Növbəli təhsil sistemi
Filippində bir çox məktəblərdə təhsil iki növbə üzrə təşkil olunur. Növbələrdən biri səhər saat 6–7 arasında başlayır, digəri isə günorta saatlarından sonra keçirilir.
Bu sistem əsasən məktəblərdə şagird sıxlığını və sinif otaqlarının çatışmazlığını azaltmaq məqsədi daşıyır. Ölkədə əhalinin çoxluğu və yoxsulluq səbəbindən məktəblərin imkanları məhdud ola bilir.
“Connected Women” jurnalına danışan müəllimlərdən biri belə bir cədvəl səbəbindən iş gününə hazırlaşmağa səhər saat 4-də başladığını bildirib.
Bəzi məktəblərdə müəllimlər eyni anda 65 şagirdə dərs deməli olurlar. Bəzən bütün şagirdlər üçün kifayət qədər stul və parta da olmur. “Reuters”in məlumatına görə, imkanlı ailələr övladlarını kondisioner və kompüterlərlə təchiz edilmiş özəl məktəblərə göndərə bildiyi halda, kənd yerlərindəki dövlət məktəbləri daha çətin şəraitdə fəaliyyət göstərir. Bəzi məktəblərdə elektrik enerjisi etibarlı olmadığına görə dərslər açıq havada və ya pilləkən qəfəslərində keçirilir.
Dərslərin bir hissəsi ingilis, digər hissəsi isə taqaloq dilində keçirilir. Şagirdlərin əksəriyyəti bir neçə ildən sonra ingilis dilini öyrənsə də, gündəlik həyatda bu dildən çox istifadə etmirlər.
Birləşmiş Krallıq: Daha çox yuxu imkanı
ABŞ-də bir çox orta məktəblərdə dərslər başlayanda Birləşmiş Krallıqda şagirdlər hələ məktəbə hazırlaşırlar. Məktəblərdə dərslər adətən səhər saat 8:45–9:00 arasında başlayır.
Londondakı məktəblərdən biri isə araşdırmalar şagirdlərin səhərin daha gec saatlarında daha yaxşı öyrəndiyini göstərdikdən sonra, dərslərin başlanma vaxtını saat 10:00-a keçirib.
Birləşmiş Krallıqda şagirdlər müəllimlərə adları ilə deyil, “Ser” və ya “Miss” deyə müraciət edirlər. Böyük Britaniya siniflərində rəsmiyyət qorunur. “Beşlik vurmaq”, yumruqla salamlaşmaq və fərdi rəqs formasında salamlaşmaq kimi daha qeyri-rəsmi davranışlar əksər siniflərdə geniş yayılmayıb.
Sinqapur: Çoxsaylı imtahanlar, yüksək nəticələr
Sinqapur şagirdləri müxtəlif beynəlxalq standartlaşdırılmış testlərdə yüksək nəticələri ilə tanınırlar. Ölkənin ənənəvi, mühazirə əsaslı təhsil sistemi yüksək akademik göstəricilərlə nəticələnsə də, şagirdlər hələ ibtidai məktəb dövründən mühüm imtahanlarla qarşılaşırlar.
Şagirdlər 12 yaşına çatdıqda akademik nəticələrinə əsasən daha yüksək və daha aşağı göstəricili qruplara bölünə bilirlər. Bununla belə, Sinqapurda təhsil sisteminin dəyişdirilməsi istiqamətində də addımlar atılır. Məqsəd qiymətlərin və imtahanların rolunu azaltmaq, şagirdlərin bacarıqlarının inkişafına və gələcək əmək bazarına hazırlanmasına daha çox diqqət yetirməkdir.
Sinqapur Təhsil Nazirliyinin məlumatına görə, ölkə son illərdə daha çevik və müxtəlif seçimlər təqdim edən təhsil sisteminə keçməyə çalışır. Şagirdlərə nəyi və necə öyrənəcəkləri ilə bağlı daha çox seçim verməklə onların öz təhsillərinə daha çox məsuliyyətlə yanaşmaları hədəflənir. Eyni zamanda, şagirdlərin həm sinif daxilində, həm də sinifdən kənarda hərtərəfli inkişafına diqqət artırılır.
Birləşmiş Ərəb Əmirlikləri: Cinslərə görə ayrı təhsil
Müxtəlif ölkələrdə müəllim-şagird münasibətlərinə dair fərqli sosial və mədəni normalar mövcuddur. BƏƏ-də bir çox məktəblərdə oğlan və qızlar ayrı təhsil alırlar. Kişi müəllimlərin qız şagirdlərlə münasibətlərinə dair sosial normalar da kifayət qədər sərtdir. Müəllim və şagird arasında qeyri-rəsmi münasibət mədəni baxımdan uyğun hesab edilmir. Buna görə də müəllim-şagird münasibətləri daha formal və peşəkar xarakter daşıyır.
Peşə seçimi məsələsində də valideynlərin gözləntiləri mühüm rol oynayır. Onlar övladlarını incəsənət, humanitar elmlər və müəllimlikdənsə hüquq, biznes, tibb və mühəndislik kimi sahələrə yönləndirməyə daha çox meyillidirlər. Bu vəziyyətdə əsas çətinlik şagirdlərin öz maraq və istəklərinin ardınca getməsinə imkan verməklə valideynlərin gözləntilərinə hörmət arasında balans yaratmaqdır.
Hindistan: Mühazirələr, hörmət və əhali sıxlığı
Hindistanda mühazirə əsaslı tədris geniş yayılıb. Müəllimlər adətən şagird və tələbələrdən müəyyən məsafə saxlayır, ünsiyyət isə əsasən dərslə bağlı məsələlərlə məhdudlaşır. Universitetlərdə dərsləri əsasən professorlar idarə edir və tələbələrin müzakirəyə qoşulması, sual verməsi və müəllimin fikrini sorğulaması üçün çox az imkan yaradılır. Bunun səbəblərindən biri Hindistan mədəniyyətində yaşlı insanlara və müəllimlərə böyük hörmət göstərilməsidir. Tələbənin professorun fikrinə açıq şəkildə etiraz etməsi və ya onu sorğulaması yaxşı qarşılanmır. Hindistanda təhsil günləri də olduqca sıx keçir. Şagird və tələbələrdən uzun müddət fasiləsiz şəkildə dərslərdə iştirak etmələri gözlənilir.
Onlar adətən əsas təhsil istiqamətləri ilə əlaqəsi olmayan seçmə fənlərə çox vaxt ayırmırlar. Məqsəd onların diqqətini konkret peşə istiqamətinə yönəltmək və əmək bazarının tələblərinə uyğun hazırlamaqdır. Bununla belə, Hindistanda təhsil sistemi regiondan-regiona əhəmiyyətli dərəcədə dəyişir.
Ölkə dünyanın ən sürətlə inkişaf edən böyük iqtisadiyyatlarından birinə malik olsa da, hələ də inkişaf etməkdə olan ölkədir. Ölkədə yoxsulluq səviyyəsinin yüksək olması təhsil sisteminə də təsir göstərir.
Beynəlxalq nəşrlərin məlumatına görə, Hindistanda müəllim-şagird nisbəti yüksək, məktəbdən yayınma halları isə geniş yayılıb. Müəyyən irəliləyişlər əldə edilsə də, ölkənin sürətlə artan gənc əhalisi təhsil sistemi üzərində ciddi təzyiq yaradır.
Uşaqlar süni intellektdən uzaqlaşdırılmalıdır? - Alimdən fərqli yanaşma
Uşaqların süni intellektdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr davam edərkən, alimlərdən fərqli yanaşma səslənib.
Tehsilmedia.com xarici mediaya istinadən xəbər verir ki, süni intellektin təsirlərini araşdıran britaniyalı alim Daniel Susskind valideynlərin uşaqları bu texnologiyadan tam uzaqlaşdırmasının düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, uşaqlar həm süni intellektlə, həm də onsuz işləməyi öyrənməlidirlər. Susskind təhsildə “hər ikisini öyrət, hər ikisini yoxla” yanaşmasının tətbiqini təklif edir.
Alim hesab edir ki, süni intellekt bəzi ənənəvi bacarıqları sürətlə əvəz etsə də, uşaqların oxu, yazı və riyazi savadlılıq kimi fundamental bacarıqları qorunmalıdır. O, kalkulyatorların təhsilə daxil olmasını nümunə göstərərək, AI texnologiyalarının da təhsildən tam kənarlaşdırılmamalı olduğunu vurğulayıb.
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ
İmmunomodulyatorlar, yüksək dozada C vitamini, fitoterapiya, exinasiyalı şərbətlər və immuniteti "tez gücləndirdiyi" iddia edilən digər vasitələr dərs ilinin əvvəlində məktəbliləri kəskin respirator virus infeksiyalarından (KRVİ) qorumur.
Tehsilmedia.com azedu.az-a istinadən xəbər verir ki, pediatr Yekaterina Melnik bu barədə Gazeta.ru-ya danışıb.
Həkimin sözlərinə görə, immunitet bir tabletlə məqsədyönlü şəkildə təsir göstərilə bilən sadə mexanizm deyil, mürəkkəb bioloji sistemdir. Məktəb yaşlı uşağın ildə 6-8 dəfə respirator virus infeksiyasına yoluxması, xəstəlik ağır fəsadlar olmadan keçdiyi halda, fizioloji norma hesab olunur.
Sentyabr ayı ərəfəsində valideynlər ənənəvi olaraq bioloji aktiv qida əlavələri (BAQ) almaq üçün apteklərə üz tuturlar. Ən populyar vasitələrdən biri exinasiyalı şərbətlərdir. Bunlar bənövşəyi exinaseya bitkisinin ekstraktını ehtiva edən maye formalı BAQ-lardır. Exinaseyanın immun hüceyrələrinin fəaliyyətini gücləndirdiyi iddia edilir.
Lakin həkimin sözlərinə görə, uşaqlarda bu cür vasitələrdən istifadə təhlükəli ola bilər.
"Exinaseya preparatları güclü allergik reaksiyalar riski daşıyır. Eyni hal C vitamininin yüksək dozalarına və fitopreparatlara da aiddir. Onların profilaktik qəbulu uşaqlarda KRVİ-yə yoluxma tezliyini azaltmır", - deyə ekspert xəbərdarlıq edib.
Həkim immunomodulyatorların istifadəsinə də münasibət bildirib.
Kəllə sümüyündə yeni orqanabənzər struktur tapılıb
ABŞ-də aparılan elmi tədqiqat zamanı kəllə sümüyündə indiyədək məlum olmayan yeni orqanabənzər struktur aşkarlanıb.
Tehsilmedia.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Sent-Luis şəhərindəki Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri məlumat yayıb.
Onlar kəllə sümüyü iliyində beyinə aid spesifik immun hüceyrələrinin formalaşdığı və birbaşa beyin şişlərinə qarşı mübarizə aparan yeni orqanabənzər struktur müəyyən ediblər.
Bu strukturun beyin xərçənginə qarşı ilkin mərhələlərdə bir növ "təhlükəsizlik mərkəzi" kimi fəaliyyət göstərdiyi bildirilir. Həyata keçirilən təcrübələr göstərib ki, immun hüceyrələri bu mərkəzlərdə öyrədilir və bədənin digər orqanlarına ehtiyac qalmadan birbaşa beyindəki təhlükələrə qarşı müdafiəni təmin edir.
Tədqiqatçılar bu strukturun xüsusilə beyin şişinin ölümcül növü olan qlioblastomaya qarşı həlledici rol oynadığını üzə çıxarıblar. Kəllə sümüyünün altındakı həmin immun mərkəzləri gücləndirilmiş siçanların şişlərə qarşı daha effektiv mübarizə apardığı və onların yaşama müddətinin əhəmiyyətli dərəcədə artdığı qeyd edilib.
Tədqiqatın müəllifi, professor Conatan Kipnis əldə olunan nəticələrlə bağlı deyib ki, kəllə sümüyü iliyi sadəcə qoruyucu skeletdən ibarət deyil. O, beyinə xas immun reaksiyalarının idarə olunduğu, əvvəllər bilinməyən mərkəzlərə ev sahibliyi edir. Bu strukturların mövcudluğu nevroloji xəstəliklərin və beyin şişlərinin müalicəsində tamamilə yeni imkanlar yarada bilər.
Mütəxəssislər qeyd olunan strukturların insan kəlləsində də mövcudluğuna dair güclü əlamətlərin olduğunu vurğulayıblar. Hazırkı tapıntıların cərrahi müdaxiləyə ehtiyac qalmadan, baş dərisinin altına tətbiq ediləcək gellər vasitəsilə immuniteti gücləndirmə potensialına malik olduğu bildirilib.
Alimlərdən yeni kəşf
İnsultdan əziyyət çəkmiş insanlarda qoz-fındığın müntəzəm istehlakı yeni qan damarlarının yaranmasını stimullaşdıran zülalın - damarın endotelial böyümə faktorunun səviyyəsinin artması ilə əlaqələndirilib. Bu amil zədələnmədən sonra beynin potensial bərpa mexanizminə işarə edə bilər.
Tehsilmedia.com xəbər verir ki, sözügedən tədqiqatın nəticələri "Food & Function" jurnalında dərc olunub.
Monaş Universitetinin (Avstraliya) tədqiqatçıları orta yaşı 61 olan 1 771 könüllünün məlumatlarını təhlil ediblər. İştirakçılar gündəlik qidalanma vərdişlərini qeyd edib, məntiqi təfəkkür, məlumatın emalı sürəti və yaddaş üzrə müxtəlif testlərdən keçiblər. Həmçinin, alimlər MRT vasitəsilə ümumi beyin həcmini qiymətləndirib, qanda damarların və sinir sisteminin sağlamlığına cavabdeh olan zülalların miqdarını ölçüblər.
Əvvəllər insult keçirməyən 1 742 nəfər arasında qoz-fındıqdan daha çox istifadə edənlərin ümumi koqnitiv göstəricilərinin daha yaxşı olduğu məlum olub. Bu asılılıq xüsusilə fiziki aktivliyi az olan və qeyri-sağlam qidalanan şəxslərdə daha çox diqqət çəkib. Eyni zamanda, fiziki cəhətdən aktiv olan iştirakçılarda bu məhsulun bol istehlakı beynin ümumi həcminin artması ilə müşayiət edilib.
"İnsult keçirmiş xəstələrin rasionundakı qoz-fındığın miqdarı təfəkkür və ya yaddaşla birbaşa əlaqəli olmasa da, yüksək böyümə faktoru səviyyəsi ilə korrelyasiya təşkil edib. Bu zülal yeni qan damarlarının formalaşmasında mühüm rol oynayır və zədələnmiş toxumaların bərpasına potensial olaraq kömək edə bilər", - deyə alimlər izah ediblər.
Süni intellekt tələbələrin esselərinə insanlardan daha yüksək qiymət verir – Araşdırma
Süni intellekt alətlərinin tələbələrin yazılı işlərini qiymətləndirərkən insanlardan daha yüksək bal verməyə meyilli olduğu və onların nəticələrinin tələbənin real akademik göstəricisini dəqiq əks etdirmədiyi müəyyənləşib.
Tehsilmedia.com “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, “Assessment & Evaluation in Higher Education” jurnalında dərc olunan araşdırmada generativ süni intellekt alətlərinin, o cümlədən "ChatGPT"nin tələbə esselərinin qiymətləndirilməsində insan mühakiməsini etibarlı şəkildə təkrarlaya bilmədiyi ortaya çıxıb.
Tədqiqatçılar bakalavriat səviyyəsində bioloji elmlər üzrə yazılmış 50 esseni "ChatGPT"nin iki versiyasına təqdim edərək onları 7 qiymətləndirmə meyarı üzrə və 4 fərqli sorğu şərti ilə qiymətləndiriblər. Nəticədə süni intellektin verdiyi qiymətlərlə insan qiymətləndiricilərin nəticələri arasında əhəmiyyətli fərqlər aşkarlanıb.
Bir hal istisna olmaqla, süni intellekt esselərə insanlardan daha yüksək orta bal verib. Ən böyük fərq isə maksimum 100 bal olan bir essedə 40 bal təşkil edib.
Araşdırmaya görə, aşağı nəticə göstərən esselər süni intellekt tərəfindən insan qiymətləndiricilərlə müqayisədə daha yüksək, yüksək nəticə göstərənlər isə daha aşağı qiymətləndirilib. Orta səviyyəli esselərdə isə süni intellektin qiymətləri insan qiymətləndirmələrinə daha yaxın olub.
Tədqiqatçılar bildiriblər ki, böyük dil modelləri eyni esseyə eyni sorğu ilə qiymət verərkən nisbətən sabit nəticələr göstərsə də, müxtəlif səviyyəli esselərin qiymətləndirilməsində insan qiymətləri ilə uyğunluq zəif olub.
Araşdırmanın həmmüəllifi, Kardiff Universitetinin baş müəllimi Uilyam Kay bildirib ki, hazırda generativ süni intellekt geniş yazılı işlərə insanlar qədər etibarlı qiymət verə bilmir.
Süni intellektin qiymətləndirməni sürətləndirmək və akademik heyətin iş yükünü azaltmaq məqsədilə istifadəsinə maraq artsa da, tədqiqatın nəticələri hazırda bunun məqsədəuyğun olmadığını göstərir. O, tələbələrin yazılı işlərinə qiymət verilməsi üçün böyük dil modellərinə etibar edilməməli olduğunu vurğulayıb.