Layihələr - Təhsil Media
QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Reytinq uğuru, yoxsa sistem keyfiyyəti?
Hər il dünyanın aparıcı universitet reytinqlərindən  olan QS reytinq agentliyinin nəticələri açıqlananda bir çox ölkələrdə, o cümlədən də  Azərbaycanda da müzakirələr başlayır. Biz son 18 ildə bu mövzuda  onlarla məqalə yazmışıq. Bu mövzuda  ilk məqalələri 2008-də yazmışıq, inda TN hələ belə reytinqlərin mövcudluğunu bilmirdi. Təəssüf ki, təhsil məmurları  inkişaf əvəzinə, uğursuzluqlarını  və səriştəsizliklərini müxtəlif yollarla PR kompaniyasına çevirməyə cəhd edirlər. Menecerlər  inkişaf etmək əvəzinə, yenə də  sönük fəaliyyətlərini quru rəqəmlərlər ört basdır etməyə cəhdlər edirlər. Yaxşı olar ki, onlar əvvəlcə, baş nazirin bizim diplomların tanınmaması barədə fikrinə cavab versinlər.
Universitetlərin reytinqdə irəliləməsi adətən uğur kimi təqdim edilir, media və rəsmi qurumlar tərəfindən xüsusi vurğulanır.  Bu il də istisna olmadı. Nəticələr açıqlandıqdan sonra ali təhsil sahəsində əldə edilən nailiyyətlər haqqında  məlumatlar yayıldı. Amma  ETN-nin primitiv PR kompaniyası  daha insanlara çox da  inandırıcı görünmür.
Universitetlərin beynəlxalq reytinqlərdə irəliləməsi həqiqətən ali təhsilin keyfiyyətinin yüksəlməsi deməkdirmi?  Bu suala cavab vermək üçün reytinqlərin mahiyyətini və universitetlərin real vəziyyətini birlikdə təhlil etmək lazımdır.Reytinq nəyi ölçür, nəyi ölçmür?
QS reytinqi dünyada ən tanınmış reytinq sistemlərindən biridir. Lakin o, universitetlərin bütün fəaliyyətini ölçmür.   QS əsasən  akademik reputasiya,  işəgötürən reputasiyası, müəllim-tələbə nisbəti,  elmi istinadlar,  beynəlxalq müəllimlərin sayı,  beynəlxalq tələbələrin sayı kimi  göstəricilərə əsaslanır.
Bu göstəricilər vacib olsa da, onlar universitet həyatının yalnız müəyyən hissəsini əhatə edir.  Məsələn, QS reytinqi  məzunların real bacarıqlarını, tədrisin keyfiyyətini, tələbələrin öyrənmə nəticələrini, innovasiya mədəniyyətini, universitetin iqtisadiyyata təsirini  birbaşa ölçmür.  Bu səbəbdən yüksək reytinq həmişə yüksək keyfiyyət anlamına gəlmir.
Diplomun tanınması problem.  Ali təhsilin keyfiyyətini qiymətləndirərkən ən vacib göstəricilərdən biri məzun diplomlarının beynəlxalq tanınmasıdır.  Əgər universitet  yüksək reytinqə malikdirsə, beynəlxalq standartlara uyğundursa,  keyfiyyət təminatı sistemi qurubsa,  onun diplomları müxtəlif ölkələrdə daha rahat tanınmalıdır.   Azərbaycan universitetlərinin bir hissəsi bu istiqamətdə müəyyən nailiyyətlər əldə etsə də, ümumi mənzərədə diplomların beynəlxalq tanınması məsələsi hələ də tam həll olunmamış problemlərdən biridir.  Bu fakt universitetlərin qlobal inteqrasiyası ilə bağlı suallar doğurur.Keyfiyyət təminatı sistemi olmadan keyfiyyət mümkündürmü?  Müasir ali təhsil sistemində ən vacib anlayışlardan biri “Keyfiyyət Təminatı Sistemi”dir.  Avropa  ali təhsil məkanında universitetlərin fəaliyyətinin əsas dayaqlarından biri məhz budur. Keyfiyyət təminatı sistemi proqramların monitorinqi, tələbə nəticələrinin qiymətləndirilməsi,  akademik standartların qorunması, davamlı təkmilləşdirmə  mexanizmlərini özündə birləşdirir. Əgər universitetlərdə bu sistem tam formalaşmayıbsa, o zaman yüksək reytinqlərin nə dərəcədə davamlı və etibarlı olması barədə suallar yaranır.  Çünki keyfiyyət birdəfəlik nəticə deyil, davamlı idarəetmə prosesidir.
Rəqəmsal universitet problemiCOVID-19 pandemiyası göstərdi ki, XXI əsrin universiteti yalnız auditoriyalardan ibarət ola bilməz.  Müasir universitet LMS sistemlərinə, rəqəmsal kampusa,  onlayn təhsil platformalarına, məlumat əsaslı idarəetməyə malik olmalıdır.  Bu gün dünyanın aparıcı universitetləri “Rəqəmsal universitet” mərhələsinə keçiblər. Bəzi universitetlər isə artıq “AI University” modelini tətbiq etməyə başlayırlar. Əgər universitet distant təhsil imkanlarına malik deyilsə, rəqəmsal transformasiyanı başa çatdırmayıbsa, məlumat infrastrukturu zəifdirsə, onun gələcək rəqabət qabiliyyəti ciddi risk altına düşür.
Universitet 1.0 ilə Universitet 4.0 arasındakı fərq.  Müasir ali təhsil nəzəriyyəsində universitetlərin inkişaf səviyyəsi müxtəlif modellərlə xarakterizə olunur:  Universitet 1.0,       yalnız tədris  funksiyası, Universitet 2.0,  tədris və elm funksiyası, Universitet 3.0,  tədris, elm və sahibkarlıq funksiyası, Universitet 4.0,  innovasiya ekosistemi və cəmiyyətlə inteqrasiya funksiyası daşıyır.  Bu gün dünyanın aparıcı ali məktəbləri artıq sahibkar universitet, innovativ universitet, platforma universitet  modelləri istiqamətində inkişaf edirlər.  Bəs  Azərbaycan universitetlərinin neçəsi bu transformasiya mərhələsinə daxil ola bilib?
Reytinq məqsəd deyil, nəticədirAli təhsil siyasətində ən böyük səhvlərdən biri reytinqi məqsədə çevirməkdir. Əslində reytinq inkişafın nəticəsi olmalıdır. Əgər universitetdə güclü elmi məktəblər varsa, innovasiya ekosistemi formalaşıbsa, beynəlxalq əməkdaşlıq inkişaf edibsə, məzunlar əmək bazarında uğurludursa, reytinq özü gələcək.   Reytinq uğrunda işləmək ilə universiteti inkişaf etdirmək arasında ciddi fərq mövcuddur. Birincisi göstəriciləri yaxşılaşdırmağa çalışır,  ikincisi isə sistemi dəyişdirir.
QS reytinqi və kommersiya məsələsi. QS özəl və kommersiya əsaslı fəaliyyət göstərən beynəlxalq təşkilatdır.  Bu qurum reytinq hazırlayır, analitik hesabatlar təqdim edir, universitetlərə məsləhət xidmətləri göstərir.  Bu, beynəlxalq ali təhsil bazarında normal praktikadır.  Lakin universitetlər üçün əsas məsələ reytinq şirkətlərinin tövsiyələrini yerinə yetirmək deyil, öz inkişaf strategiyalarını qurmaq olmalıdır.  Çünki,  heç bir reytinq sistemi universiteti dünya səviyyəsinə qaldıra bilməz.  Bunu yalnız universitetin öz daxili potensialı edə bilər.Əsl indikatorlar hansılardır?
Universitetlərin uğuru  məzunların məşğulluğu,  patentlərin sayı,  startapların sayı, elmi məhsuldarlıq, beynəlxalq qrantlar, texnologiya transferi, sənaye əməkdaşlığı, xarici tələbələrin cəlbi, qlobal əmək bazarında tanınma  kimi göstəricilərlə ölçülməlidir.   Məhz bu göstəricilər universitetlərin iqtisadi və sosial təsirini müəyyən edir.  QS reytinqində müəyyən irəliləyişlərin əldə olunması müsbət hadisə hesab edilə bilər. Lakin ali təhsilin real vəziyyətini yalnız reytinq cədvəlləri ilə qiymətləndirmək doğru olmaz.
Əsas məsələ universitetlərin hansı pillədə qərarlaşması deyil, onların hansı inkişaf modelinə malik olmasıdır. Əgər universitetlərdə keyfiyyət təminatı sistemi zəifdirsə, rəqəmsal transformasiya tamamlanmayıbsa, innovasiya ekosistemi formalaşmayıbsa və beynəlxalq rəqabət qabiliyyəti məhduddursa, reytinq göstəriciləri sistem problemlərini gizlədə bilməz.
Universitetlərin gələcəyi PR kampaniyaları ilə deyil, akademik keyfiyyət, elmi məhsuldarlıq, rəqəmsal transformasiya, innovasiya və insan kapitalına əsaslanan uzunmüddətli strategiyalarla müəyyən olunur.
Ali təhsildə əsas sual “Reytinqdə neçə pillə qalxdıq?” deyil, “Universitetlərimiz gələcəyin iqtisadiyyatını formalaşdırmağa nə dərəcədə hazırdır?” sualı olmalıdır.
İnkluziv Təhsil Layihəsi: Maarifləndirmə adı ilə Formal İcra
ARTİ tərəfindən inkluziv təhsilin genişləndirilməsi məqsədilə yeni layihə həyata keçirilir və bu çərçivədə məktəblərə “kölgə müəllim”lərin cəlb olunacağı bildirilir. Məqsəd müsbətdir – xüsusi qayğıya ehtiyacı olan şagirdlərin tədrisə uyğunlaşmasına dəstək göstərmək. Lakin prosesin necə icra olunması haqqında yaranan suallar layihənin mahiyyətini kölgədə qoyur.
Əsas problem – seçim mexanizminin qeyri-şəffaf olmasıdır. Kölgə müəllimlərin kim tərəfindən, hansı meyarlarla və nə cür hazırlanacağı barədə aydınlıq yoxdur. Təhsil ictimaiyyəti haqlı olaraq düşünür ki, yenə də seçimlər şəxsi əlaqələrə əsaslana, peşəkar meyarlar ikinci planda qala bilər.
TəhsilMedia.az qeyd edir ki, daha narahatedici məqam isə maarifləndirmə prosesi ilə bağlıdır. Layihə nümayəndələri məktəblərdə valideynlərlə “maarifləndirici iclaslar” keçirir, lakin bu iclasların müddəti çox zaman 15–20 dəqiqəni keçmir. Təqdimat ümumi xarakter daşıyır, inkluziv təhsilin mahiyyəti, tətbiq qaydaları, valideyn-müəllim əməkdaşlığının rolu kimi əsas məsələlər izah olunmur.
Bunun əvəzində iclas iştirakçılarına “maarifləndirilmədə iştirak etdi” sənədinə qol çəkdirilir. Yəni maarifləndirmə prosesi faktiki olaraq sənədləşdirmə mərhələsinə endirilir. Valideynlərin böyük hissəsi isə iclasdan çıxarkən hələ də ən elementar sualı cavabsız qalır:
“İnkluziv təhsil nədir?”
Üstəlik, məktəblərə qeyri-rəsmi şəkildə tapşırılır ki, layihə haqqında suallar verilməsin, çətinliklərdən danışılmasın, narazılıq bildirilməsin. Bu isə inkluziv təhsilin fəlsəfəsinə tam ziddir. Çünki inkluzivlik – əməkdaşlıq, dialoq və açıq kommunikasiya üzərində qurulur.
Tehsilmedia.az bildirir ki, əgər maarifləndirmə kəmiyyəti üçün yox, keyfiyyəti üçün həyata keçirilmir, əgər kölgə müəllim kağız üzərində var, amma real hazırlıq prosesində yoxdursa, əgər valideyn və müəllim sual verməkdən çəkinirsə,
onda biz inkluziv təhsil qurmuş olmuruq.
Biz sadəcə inkluziyanın formal obrazını yaratmış oluruq.
İnkluziv təhsil sənəd deyil, mədəniyyətdir.
ARTİ metodist hazırlığı elan edir.
ARTİ növbəti mərhələdə metodist hazırlığı üçün yenidən müsabiqə elan edir.
Qeydiyyat üçün son tarix: 30 aprel 2024-cü il
Ətraflı: https://rb.gy/ag7x93
“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinə start verilir.
“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinə start verilir.
Müraciət üçün keçid: https://forms.gle/j3Uss6QsJvKSwo3M7
Müraciət üçün son tarix: 14 aprel saat 23:59
Ətraflı: bit.ly/3VHofqe
“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümündə qeydiyyatdan keçənlərin sayı açıqlanıb
“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümündə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb.
"Təhsilmedia.az"in məlumatına görə, yaşı 21-dən 51-ə qədər, ali təhsilli, Azərbaycan vətəndaşı və ən azı 2 illik idarəetmə təcrübəsi olan şəxslər müsabiqədə iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi martın 31-dək davam edəcək.
“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Robotexnika Klubu”nun üzvləri üzərində işlədikləri təkrar emal layihəsini Türkiyədə keçiriləcək “Texnofest” festivalına təqdim ediblər.
IELS 2025-in sınaq mərhələsi davam edir
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatının (IELS 2025) sınaq mərhələsi davam edir. Azərbaycanda ilk dəfə aparılan IELS tədqiqatı Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Təhsil İnstitutundan  bildirilib ki, sınaq mərhələsinə bu günə qədər 40 müəssisə üzrə 511 uşaq cəlb edilib. Tədqiqatın sorğu mərhələsində isə 163 müəllim iştirak edib.
Tədqiqatın sınaq mərhələsində Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 40 məktəb və məktəbəqədər təhsil müəssisəsindən 600-ə yaxın 5 yaşlı uşağın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial, emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqatda uşaqların ev və erkən uşaqlıq təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə seçilmiş uşaqların müəllimləri və valideynləri onlayn və ya kağız əsaslı sorğuda iştiraka cəlb edilir.
Sınaq mərhələsi üzrə qiymətləndirmənin martın 15-də tamamlanması planlaşdırılır. Müəssisələrdə qiymətləndirmə sessiyaları Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi tərəfindən müsahibə əsasında seçilmiş məktəbəqədər təhsil sahəsində təcrübəli şəxslər tərəfindən aparılır.
Məktəb Liderliyi Proqramında (#MLP2) “Tədrisin təşkili və idarəolunması” modulu
Məktəb Liderliyi Proqramında (#MLP2) “Tədrisin təşkili və idarəolunması” modulu
Bu modul ümumtəhsil məktəblərində təlim və tədrisin təşkilinə 3 əsas öyrətmə və öyrənmə nəzəriyyələrinin (biheviorizm, koqnitivizm və sosial kostruktivizm) təklif etdiyi elmi əsaslar prizmasından yanaşmaq və təhlil etmək baxımından əhəmiyyətlidir.
İnteraktiv təlimdə iştirakçılara keyfiyyətli təlim – tədris prosesini təşkilini təmin edən və qarşılıqlı əlaqədə olan amillərin təhlili və səmərəli istifadəsi üçün zəruri konseptual baza təqdim olunur.
Məktəb Liderliyi Proqramında (#MLP2) “Tədrisin təşkili və idarəolunması” modulu
Məktəb Liderliyi Proqramında (#MLP2) “Tədrisin təşkili və idarəolunması” modulu
Bu modul ümumtəhsil məktəblərində təlim və tədrisin təşkilinə 3 əsas öyrətmə və öyrənmə nəzəriyyələrinin (biheviorizm, koqnitivizm və sosial kostruktivizm) təklif etdiyi elmi əsaslar prizmasından yanaşmaq və təhlil etmək baxımından əhəmiyyətlidir.
İnteraktiv təlimdə iştirakçılara keyfiyyətli təlim – tədris prosesini təşkilini təmin edən və qarşılıqlı əlaqədə olan amillərin təhlili və səmərəli istifadəsi üçün zəruri konseptual baza təqdim olunur.
Kann Beynəlxalq Yaradıcılıq Festivalının “Young Lions” müsabiqəsi Azərbaycanda keçiriləcək
Dünyanın ən nüfuzlu festivallarından olan Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulmuş “Young Lions” müsabiqəsi Mədəniyyət Nazirliyi dəstəyi ilə Azərbaycanda keçiriləcək.
Nazirlikdən  verilən məlumata görə, “Young Lions” müsabiqəsi film, rəqəmsal, dizayn, print, media və s. olmaqla bir çox kateqoriyalar üzrə həyata keçirilir. Azərbaycanda keçiriləcək növbəti “Young Lions” müsabiqəsində isə komandalar “Film”, “Dizayn” və “Print” olmaqla üç kateqoriya üzrə mübarizə aparacaqlar.
1995-ci ildən bəri dünyanın müxtəlif ölkələrində təşkil olunan bu müsabiqə 30 yaşadək (21 iyun 1993-cü il təvəllüd və ya daha sonra doğulanlar) yaradıcı şəxslərin komanda şəklində qatılması üçün nəzərdə tutulub.
Müsabiqəyə müraciət etdikdən dərhal sonra veriləcək xülasəyə əsasən təyin olunmuş müddət ərzində xülasə dolğun şəkildə izah edəcək çalışmalar göndərilməlidir.
Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. “Print” kateqoriyası üzrə xülasə “SOCAR Polymer”, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyi və “Dizayn” kateqoriyası üzrə xülasə isə “Code Academy” tərəfindən komandalara təqdim olunacaq.
Qeydiyyat 27 mart 2024-cü il tarixinədək qüvvədədir və müsabiqədə iştirak etmək üçün artıq 40-dan çox komanda qeydiyyatını tamamlayıb.
“Young Lions” Azərbaycan müsabiqəsinin qalib komandaları (3 komanda) cari ilin iyun ayında Fransanın Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaqdır. Bu vasitə ilə Azərbaycanın yaradıcı gəncləri də öz istedadlarını bütün dünyaya nümayiş etdirmək şansını qaza bilərlər. Həmin müsabiqə çərçivəsində ölkəmizi təmsil edəcək komandalar digər ölkələrin “Young Lions” qalibləri ilə yarışacaqlar.
Müsabiqənin mükafatlandırılma mərasimi aprelin 13-də Nizami Kino Mərkəzində baş tutacaq. Biletlər tezliklə www.canneslions.az vebsaytında satış üçün təqdim olunacaq.
Məlumat üçün: Qeydiyyatdan keçən komandalar ödənişsiz olaraq spikerlərin çıxışlarını dinləmək və tədbirə qoşulmaq imkanlarını əldə edəcəklər.