Köşə - Təhsil Media
ŞƏFQƏTİN NURUNDA
“Bəzən bir həkim gəlir həyatına… və sən onu artıq sadəcə həkim kimi yox, qəlbinin ən doğma yerində saxlayırsan…”
Bəli, bu gün sizlərə AMT klinikasında müalicə alan Sevil Məmmədli qızı Abidli xanımın klinika rəhbərliyinə və xüsusilə oftalmoloq Nuridə xanıma dərin təşəkkürünü paylaşacağıq.
Bakı şəhərində fəaliyyət göstərən AMT Klinikası mənim üçün sadəcə bir tibb müəssisəsi deyil. Bura insanın yalnız bədəninə deyil, ruhuna da toxunan bir məkandır.
Bu klinikanın ruhunu isə ilk növbədə onun baş həkimi İradə xanım formalaşdırır. Onunla söhbətim zamanı öyrəndim ki, bu kollektiv yalnız tibbi xidmətlə kifayətlənmir. 44 günlük Vətən müharibəsi dövründə cəbhəyə edilən yardımlar, Uşaqları Müdafiə Günündə və müqəddəs Ramazan ayında ehtiyacı olan insanlara göstərilən təmənnasız dəstək bu klinikanın necə böyük ürəyə sahib olduğunun sübutudur. Bu, sadəcə iş deyil… bu, vicdandır, mərhəmətdir, insanlıqdır.
Amma mənim bu sətirləri yazmağımın əsl səbəbi başqa bir insandır…
Həyatımda elə bir insan var ki, onu sözlə anlatmaq çətindir. O, mənim üçün sadəcə həkim deyil. O, mənim qəlbimdə çox xüsusi bir yerdədir. Mənim canım qədər sevdiyim həkimim — oftalmoloq Nuridə Məmmədəliyeva.
Onu ilk tanıdığım gündən hiss etdim ki, bu insan fərqlidir. Onun səmimiyyəti süni deyil, gülüşü formal deyil, qayğısı isə vəzifə xatirinə deyil. O, pasientinə elə yanaşır ki, sanki qarşısındakı insan yad biri yox, öz doğmasıdır.
Mən onu bəlkə də öz qızım qədər sevdim… Bunu yazmaq asan deyil, amma bu, mənim ən saf və ən həqiqi hisslərimdir. Onun hər kəlməsi insana təsəlli verir, hər baxışı ümid verir. Bəzən insanın sağalması üçün təkcə dərman kifayət etmir… bir də belə ürəklər lazımdır.
Onun zəhməti, gecə-gündüz çalışması, hər pasientə ayrı-ayrılıqda göstərdiyi diqqət – bunların hamısı mənim yaddaşıma dərin iz salıb. Mənim minnətdarlığım sözlərə sığmır.
Eyni zamanda, bu gözəl kollektivdə mənə qayğı göstərən digər insanları da unutmaq olmaz.
Səmimi münasibəti və diqqəti ilə yadda qalan Ülkər xanım – ona da öz təşəkkürümü bildirirəm. Onun mehribanlığı insanın qəlbində iz qoyur.
Və bir insan var ki, onun adını xüsusi vurğulamaq istəyirəm… Əminə xanım. O, sadəcə bir işçi deyil. O, bu klinikanın görünməyən, amma ən çox hiss olunan qayğısıdır. Onun diqqəti, insanlara yanaşması, səmimiyyəti – bunlar vəzifə ilə ölçülə bilməz. O, əsl mənada qayğıkeş bir insandır.
Onun qızı Simuzər xanım da anasının bu gözəl xüsusiyyətlərini davam etdirir. Gənc yaşına baxmayaraq, pasientlərə olan münasibəti, diqqəti və səmimiyyəti gələcəyin necə gözəl bir mütəxəssisi olacağından xəbər verir.
Bəzən insan bir yerə sadəcə müalicə üçün gedir… amma geri dönəndə ürəyində minnətdarlıq, sevgi və unudulmaz xatirələrlə qayıdır.
Mənim üçün AMT Klinikası məhz belə bir yerdir.
Amma hər şeyin mərkəzində bir ad var…
Nuridə xanım Məmmədəliyeva.
Çünki bəzi insanlar sadəcə həkim olmur…
Onlar insanın qəlbinə şəfa olur.
Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
Tarix müəllimləri vurğulayırlar ki, şagirdlər xronologiyanı əzbərləməkdə çox çətinlik çəkirlər. Ümumi yanaşdıqda isə tarixin əsasını məhz illər tutur. Bu zaman bəzən müəllimlər aciz qalır şagirdlərə necə mənimsədəcəyimizi bilmirlər. Bu məqalədə müəllimlərə dəstək olmaq üçün ən çox istifadə edilən metodları araşdırdıq.
Tarix fənnində illəri və xronologiyanı əzbərləmək bir çox şagird üçün "qorxulu"  görünür. Amma əslində bu, rəqəmləri yadda saxlamaq deyil, hadisələr arasında məntiqi bağ qurmaq lazımdır.
Dünya metodikasında ​şagirdlərin işini asanlaşdıracaq ən effektiv metodları sizlər üçün  qruplaşdırdım:
Məmmədova Sevinc Rövşən qızı
​1. Zaman oxu  metodu
​İnsan beyni vizual məlumatı daha tez qavrayır. Boş bir kağızda üfüqi bir xətt çəkin və hadisələri ardıcıllıqla düzün.
​Niyə işə yarayır? Hadisələrin bir-birindən törədiyini (səbəb-nəticə) görmək yaddaşı gücləndirir.
Müxtəlif dövlətləri fərqli rəngli qələmlərlə qeyd edin.
​2. "Assosiasiya" və bənzətmə metodu
​Quru rəqəmləri şagirdin şəxsi həyatı və ya bildiyi digər rəqəmlərlə bağlayın.
​Nümunə: 1501-ci il (Səfəvi dövlətinin qurulması). Əgər şagirdin qapı nömrəsi 15-dirsə, "15-ci qapıdan Səfəvilər girdi" kimi kodlaşdıra bilər.
​Rəqəm bənzərliyi: Məsələn, 1813 (Gülüstan) və 1828 (Türkmənçay). Aradakı 15 illik fərqi yadda saxlamaq iki ayrı ili əzbərləməkdən daha asandır.
​3. "Fləş-kartlar"
​Kağızın bir üzünə ili, digər üzünə isə hadisəni yazın.
​Oyunlaşdırma: Şagird özü-özünü imtahan edir. Bildiyi kartları bir kənara qoyur, bilmədiklərini isə təkrar dövriyyəyə salır. (Bunun üçün Anki və ya Quizlet proqramları da əladır).
​4. Səbəb-Nəticə Zənciri
​Tarix bir hekayədir. Hadisəni "Niyə baş verdi?" sualı ilə öyrənəndə il öz-özünə yadda qalır.
"1914-cü ildə Birinci Dünya Müharibəsi başladı, çünki..." – Bu cümləni quran şagird artıq o ili unudulmaz bir hekayənin başlanğıcı kimi qəbul edir.
​5. Söz oyunları
​Rəqəmləri sözlərə və ya qısa cümlələrə çevirin.
​Məsələn, 1918 (Azərbaycan Xalq Cümhuriyyəti). "19-cu əsrin sonu, 18 yaşlı gənc respublika" kimi xəyali obrazlar yaradın.
​6. Divar posteri və "Göz yaddaşı"
​Ən çox çətinlik çəkilən tarixləri böyük və rəngli şəkildə yazıb şagirdin ən çox vaxt keçirdiyi yerə (məsələn, iş masasının qarşısına) yapışdırın. Göz hər gün o rəqəmi gördükdə beyin onu "vacib məlumat" kimi qeyd edir.
Ən əsası isə  şagirdə eyni anda çox tarix verməyin. Gündəlik 5 vacib tarix qaydası ilə irəliləmək daha qalıcı nəticə verir.
20 Yanvar: Qanlı faciədən milli qürur zirvəsinə – məktəblərdə yaddaşın yaşadılması məsuliyyəti
20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qanla yazılmış bir faciə deyil. Bu gün eyni zamanda milli iradənin, azadlıq ruhunun, müstəqillik yolunda qorxmadan canını fəda edən insanların qürur günüdür. 1990-cı ilin yanvarında baş verənlər xalqın səsini boğmaq cəhdi idi, lakin nəticədə həmin səs daha da yüksəldi və Azərbaycan dövlət müstəqilliyinə gedən yolun geri dönməzliyini dünyaya göstərdi.
Bu baxımdan 20 Yanvar hadisələrinin məktəblərdə təbliği sadəcə anım mərasimi deyil, tarixi şüurun, vətəndaşlıq mövqeyinin və milli kimliyin formalaşdırılması prosesidir.
Məktəb yalnız bilik verən deyil, şəxsiyyət və vətəndaş yetişdirən məkandır. 20 Yanvarın təbliği şagirdlərdə tarixə obyektiv yanaşmanı, azadlığın hansı bədəllə qazanıldığını dərk etməyi, milli kimlik və dövlətçilik şüurunu, ədalətsizliyə qarşı mövqe bildirmə bacarığını formalaşdırır.
Bu gün 20 Yanvarı yalnız “matəm günü” kimi təqdim etmək yetərli deyil. Şagird anlamalıdır ki, bu faciə xalqın sındırılmadığını, əksinə daha da möhkəmləndiyini sübut edən tarixi dönüş nöqtəsidir.
Tehsilmedia.az bildirir ki, şagirdlərə bu hadisə yaş xüsusiyyətləri nəzərə alınmaqla izah edilməlidir.
İbtidai siniflərdə emosional travma yaratmadan, sadə dillə və əsas mesaj üzərindən izah verilməlidir: Vətən, azadlıq, qəhrəmanlıq, birlik.
Orta və yuxarı siniflərdə artıq hadisələrin səbəb-nəticə əlaqəsi, siyasi kontekst, beynəlxalq hüquq baxımından qiymətləndirilməsi aparılmalıdır.
Şagirdlər faktı əzbərləməməli, hadisəni düşünməli və dəyərləndirməlidir.
tehsilmedia.info bildirir ki, ən böyük səhv – 20 Yanvarı qorxu və kədər üzərindən təqdim etməkdir. Doğru yanaşma: ağrı + qürur + dərs balansıdır.
Müəllimin rolu sadəcə danışan deyil, yönəldən olmaqdır. Müəllim 20 Yanvar mövzusunda patetik çıxış edən yox, düşünməyə sövq edən,
sual verən və müzakirə yaradan mövqedə olmalıdır.
Mətn oxutmaq, xronologiya sadalamaq kifayət etmir. Effektli üsullar şahid xatirələri üzərindən müzakirə “Əgər sən o dövrdə yaşasaydın…” tipli reflektiv tapşırıqlar, esse və mövqe yazıları,
tarixi faktların bu günlə əlaqələndirilməsi kimi üsullardan istifadə etmək daha məqsədəuyğun olacaqdır.
Bu yanaşma 20 Yanvarı canlı tarix dərsinə çevirir.
Məktəb rəhbərliyi 20 Yanvarı formal tədbir səviyyəsindən çıxarmalıdır. Bir şeir, bir dəqiqəlik sükut və şəkil paylaşımı ilə məsələ bitmiş sayılmamalıdır. dbirlər planlı və məqsədli olmalıdır,
bütün fənlərin inteqrasiyası təşviq edilməlidir;  məktəb mühitində hörmət və sükut mədəniyyəti qorunmalıdır; şagirdlərin iştirakı formal deyil, fəal olmalıdır.
20 Yanvar məktəbdə “keçildi” yox, “dərk edildi” deyə qiymətləndirilməlidir.
20 Yanvar – keçmiş yox, gələcək dərsidir
Bu tarix bizə öyrədir ki, azadlıq verilmir, qazanılır;
xalqın iradəsi tankdan güclüdür, milli yaddaş unudularsa, tarix təkrarlana bilər.
Məktəblər bu yaddaşın daşıyıcısıdır. Şagirdlərə 20 Yanvarı doğru anlatmaq – gələcəkdə daha məsuliyyətli, daha ayıq və daha vətənpərvər vətəndaşlar yetişdirmək deməkdir.
20 Yanvar şəhidlərini anmaq – onları yalnız xatırlamaq deyil, ideallarını yaşatmaqdır.
Uşaq bağçasından meyit tapılıb
Bakıda uşaq bağçasından meyit tapılıb.
Hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən uşaq bağçasında qeydə alınıb.
Burada gözətçi işləyən qəsəbə sakini 61 yaşlı Zülfi Mustafa oğlu Mustafayevin meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Uşaq bağçasından meyit tapılıb
Bakıda uşaq bağçasından meyit tapılıb.
Hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən uşaq bağçasında qeydə alınıb.
Burada gözətçi işləyən qəsəbə sakini 61 yaşlı Zülfi Mustafa oğlu Mustafayevin meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
MÜƏLLİMİ YAŞA GÖRƏ DƏYƏRLƏNDİRMƏK DÜZGÜN DEYİL
Son zamanlar sosial mediada və bəzi müzakirələrdə belə fikirlər səslənir ki, guya yaşlı müəllimlər daha çox şiddətə meyilli olurlar və onların gənc müəllimlərlə müqayisədə pedaqoji davranışları geri qalır. Halbuki bu yanaşma həm reallığa uyğun deyil, həm də təhsildə doğru istiqamət deyil.
Tehsilmedia.az qeyd edir ki, əvvəla, gənc müəllimlərin və ümumiyyətlə bu günkü gənclərin yaşadığı sosial, psixoloji, iqtisadi təzyiqləri nəzərə alsaq, onların da bəzən daha aqressiv, daha həssas və daha tez yorulan olması təəccüblü deyil. Gənc müəllimlərlə cəmiyyətdəki gənclər arasında fərq yoxdur – onlar eyni sosial mühitdən gəlirlər, eyni çətinlikləri yaşayırlar. Sadəcə universitetdə müəllimlik ixtisası oxumaları onları avtomatik olaraq daha səbirli və ya daha metodik etmir.
Digər tərəfdən, dünya təcrübəsində tez-tez vurğulanan “gənclər daha çox metod bilir” fikri də bizim reallığımıza tam uyğun gəlmir. Çünki ölkəmizdə universitetlərdə metodika fənni, demək olar ki, formal xarakter daşıyır. Bu sahədə dərin elmi yanaşma, təcrübəli mentor dəstəyi və sistemli praktik hazırlıq zəifdir. Daha sonra isə ARTİ-nin qısa müddətli kurslarla “metodist” yetişdirmə prosesi metodikanı daha da səthi və mexaniki bir formaya salır.
Tehsilmedia.az bildirir ki, ən böyük problem isə budur: metodika anlayışı sadəcə yeni təqdim olunan və bəzən xarici adlarla bizə tanıdılan metodlarla məhdudlaşdırılır. Halbuki Azərbaycan və dünya pedaqogikasında yüz illik elmi yanaşmalar, klassik metodik irs və dəyərli müəllim məktəbləri var. Bu biliklər çox zaman ya öyrədilmir, ya da dəyərsizləşdirilir.
Bu səbəbdən “yaşlı müəllim pisdir, gənc müəllim yaxşıdır” və ya əksinə yanaşma tamamilə yanlış və mənasızdır. Müəllimi müəllim edən nə doğum tarixi, nə də diplomun üzərindəki il deyil. Müəllimi müəllim edən:
Öyrənməyə həvəs
Özünü inkişaf etdirmək istəyi
Şagirdə sevgi və məsuliyyət hissi
Pedaqoji takt və səbir
Dəyərlər və insanlıq
Əgər bu xüsusiyyətlər varsa – o müəllim istənilən yaşda dəyərli və qiymətlidir. Yoxdursa – heç bir yaş, heç bir kurs, heç bir titul onu yaxşı müəllim etmir.
İnkişaf etmək istəyənə yol açmaq, təcrübəlini qiymətləndirmək, gənci dəstəkləmək, hər kəsdən öyrənmək – sağlam təhsil sisteminin yeganə yoludur.
METODİST ADINI MƏHV ETMƏK – TƏHSİLİ MƏHV ETMƏKDİR
Bu gün təhsil sistemimizin ən böyük problemlərindən biri – metodikanın kökündən zədələnməsi və məqsədli şəkildə dəyərdən salınmasıdır. Əgər indi ARTİ-yə, MDPİM-ə, İTE-yə yönəlib soruşsaq:
“Azərbaycan pedaqogikasının böyük simaları hansı metodları, hansı yanaşmaları irəli sürüb? Keçmiş pedaqoqlarımızın metodik məktəbləri nədir? Onların təməl nəzəri dayaqları hansılardır?”
– bu sualların qarşılığında kimsə tutarlı cavab verə bilməyəcək.
Çünki əsl metodist nədir, metodikanın mahiyyəti nədir – bunu bilən yoxdur.
Tehsilmedia.az bildirir ki, bu gün təhsilimizə vurulan ən böyük zərbə: metodikanın səviyyədən salınmasıdır.
Metodikanı aradan qaldırmaq – təhsilə zəhər qatmaqdır. Şagirdin, müəllimin, məktəbin, gələcəyin ruhunu korlamaqdır. Dünənini bilməyən insanın sabah qurmaq şansı yoxdur.
Amma bizdə nə edirlər?
Gündə bir “yeni metod” adı ilə boş, tərcümə mətnləri stolun üstünə qoyub, adına “dünya təcrübəsi” deyirlər.
Halbuki nə araşdırma var, nə elmi baza, nə də məşq prosesində tətbiq nümunəsi.
Və nəticə?
10 illərlə zəhmət çəkərək formalaşan metodist anlayışını 15 günlük kurslarla “metodistcik” səviyyəsinə salırlar.
Seçimlər qeyri-şəffaf.
Təlimlər səthi.
Yekun sertifikat – formal.
Bilik – sıfır.
Fəaliyyət isə – yalnız sənəd dövriyyəsi və illik plan yazmaqdan ibarət.
TəhsilMedia.az qeyd edir ki, bu gün 1-2 ay içində “metodist” adına sahib olanların çoxu heç bir pedaqoji, psixoloji, metodiki ədəbiyyat oxumayıb.
Tarixi bilməyən, klassik təməlləri anlamayan, məktəbin içində real dərs yükü daşımayan insanlar necə olur ki, birdən-birə “dərsə rəhbər” olur?
Bu, təhsil deyil. Bu, ideoloji şəkildə peşəkarlığın sıradan çıxarılmasıdır.
Əgər ARTİ-də və ona bağlı strukturlarda normal, dərin, araşdırmaçı, məktəb təcrübəsini tanıyan təhsil adamları olsaydı, biz bu gün qəribə xarici adların arxasına sığınmazdıq.
Biz öz alimlərimizi, öz metodik irsimizi, öz elmi mühitimizi tanıyardıq. Onu inkişaf etdirərdik.
Amma nə etdilər?
Oxumaqdansa – tərcümə etdilər.
Dəyərləndirməkdənsə – silib atdılar.
İradəcə zəifləri deyil – daydaylıları seçdilər.
Pedaqogikanı elm kimi yaşatmaq əvəzinə – kağız üzərində imitasiya etdilər.
Və bu gün nəticə göz önündədir:
Müəllim yorğun.
Şagird çaşqın.
Məktəb mexaniki.
Təhsil isə şəklən var, mahiyyətcə yoxdur.
Təhsili qorumağın yolu yaşdan, kursdan, tituldan keçmir.
Təhsili qorumağın yolu – pedaqogikanı, metodikanı, elmi düşüncə ənənəsini yaşatmaqdan keçir.
Əgər bunu etməsək, gələcək nəsil boşluğun içində böyüyəcək.
Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI
2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və hüququn aliliyi uğrunda aparılan mübarizə tariximizə qızıl hərflərlə yazılmışdır.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik simvoluna çevrilən İkinci Qarabağ - Vətən müharibəsinin başlanmasından 5 il ötür.
İkinci Qarabağ – Vətən müharibəsində əldə olunmuş Böyük Zəfər xalqımızın milli həmrəyliyinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyinin və Ordumuzun şücaətinin təntənəsidir.
Bu Qələbə yalnız Azərbaycanın ərazi bütövlüyünü deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin ədalətli şəkildə bərpasını təmin etmişdir.
Prezident İlham Əliyevin dövlətçilik düşüncəsi və siyasi iradəsi sayəsində Azərbaycan BMT qətnamələrinin icrasını öz gücü ilə təmin edərək beynəlxalq hüquqa örnək olacaq unikal presedent yaratmışdır.
Vəhdət Partiyası olaraq bildiririk ki,  Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir.
Vəhdət Partiyası hesab edir ki, milli maraqlar, qanunçuluq və dövlətçilik prinsipləri hər bir siyasi qüvvənin ali məqsədi olmalıdır.
Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın qarantı kimi çıxış etməkdə davam edəcəkdir.
Vəhdət Partiyası olaraq bildiririk ki, biz dövlətçiliyimizin möhkəmlənməsi, milli həmrəylik və qanunun aliliyi yolunda bundan sonra da əzmlə fəaliyyət göstərəcəyik.
Vətən və torpaq uğurunda şəhid olmuş bütün qardaşlarımıza ALLAHdan rəhmət. qazilərimizə isə cansağlığı diləyirik!
Hörmətlə,
Adəm İsmayıl  Bakuvi
Mütəxəssisdən Kritik Xəbərdarlıq: Rəqəmsal Alətlərin Nailiyyəti Avtomatik Artırması Yanlış Düşüncəsinə Düşməməliyik!
Bu əsrdə videolar, süni intellekt proqramları, axtarış sistemləri və bir çox başqa texnologiyalar öyrənmədə tez-tez istifadə olunur. Pedaqoq və yazıçı Dr.Feyyaz Öztop rəqəmsal vasitələrdən istifadənin avtomatik olaraq müvəffəqiyyəti artırdığı düşüncəsinə qapılmamaq lazım olduğunu vurğulayaraq, yaxşı öyrənmə performansı üçün bu cihazlardan şüurlu istifadənin vacibliyini vurğuladı.Dr. Öztop mövzu ilə bağlı bu açıqlamaları verdi:
"Bu gün süni intellekt və virtual reallıq kimi bir çox dəbdə olan rəqəmsal texnologiya alətlərindən tədris və təlim proseslərində istifadə oluna bilər. Şagirdlərin məktəb fənləri üzrə təhsil alarkən və ya mərkəzləşdirilmiş imtahanlara hazırlaşarkən öyrənmə, məlumatı nəzərdən keçirmək və özlərini sınamaq kimi məqsədlər üçün rəqəmsal vasitələrdən istifadə etdiklərini müşahidə etmək olar. Bununla belə, səhv bir inama düşməmək lazımdır ki, bu vasitələrlə təhsilin şüurlu şəkildə istifadə olunduğu rəqəmsal öyrənmənin uğuru avtomatik olaraq artırıla bilər. Buna görə də tələbələrimiz bu məsələlərdən xəbərdar olmalıdırlar.
Rəqəmsal alətlərlə öyrənmə prosesində tələbələrimizin nələrə diqqət etməli olduğuna gəlincə, mən ilk növbədə məlumatın özünün xüsusiyyətlərini nəzərdən keçirərdim. Rəqəmsal alətdəki məlumatlar dəqiq olmalıdır. Kursun mövzusu ilə bağlı dezinformasiya öyrənilirsə, onu düzgün məlumatla əvəz etmək çətin ola bilər. Buna görə də, dəqiq məlumat ehtiva etdiyini bildiyimiz etibarlı proqramlardan istifadə etməliyik. Cəmiyyətdə dəb halına gələn rəqəmsal alətlərə və onların təqdim etdiyi məlumatlara qarşı ehtiyatlı olmalıyıq.
Bundan əlavə, istər rəqəmsal, istərsə də fiziki mühitdə dərsə diqqəti poza biləcək reklam və ya bildirişlər kimi heç bir maneə olmamalıdır. Bunun səbəbi, bölünmüş diqqət məlumatın işlənməsinə, başqa sözlə, saxlanmasına mane ola bilər. Bundan əlavə, vizual və eşitmə vasitələri ilə məlumatı aydın şəkildə qavramaq daha asan yadda saxlamağa kömək edir. Buna görə də, böyük ekranlı cihazlarda oxumaq və şrift ölçüsü və rəng kimi elementlərin oxunaqlılığa mane olmadığı rəqəmsal məzmundan istifadə etmək tövsiyə olunur. Təbii ki, qavrayışa təsir edən digər amillər də nəzərə alına bilər. Məsələn, rəqəmsal cihazın mövqeyi ekranda parıltının qarşısını almaq üçün tənzimlənə bilər.
ETN+MÜTDA+ARTİ =Kimya müəllimlərini "ələ salmaq"
Problemlər,onları yaradanların məntiqi ilə həll oluna bilməz .( Eynştein )
ARTİ nəhayət susqunluğunu pozub kimya müəllimlərinin apellyasiya şikayətlərini şablon qaydada cavablandırmağa başlayıb. Təəssüf ki, hamıya eyni qaydada şablon cavabların verilməsi apellyasiya şikayətlərinə heç baxılmadan cavablandırılmanın əyani sübutudur. Bu şəkildə
cavablandırılmanın planlı və məqsədli şəkildə olacağı əvvəlcədən hiss edilirdi. Suallar ictimaiyyətə açıqlanmadı ki, əsaslandırılmış apellyasiya şikayətləri olmasın. Üstəlik məsələnin ciddiliyi cəmiyyətdən yayındırıldı, sonra belə fikir formalaşdırdılar ki , müəllimlərin iddiaları xırda detallardan ibarət olduğundan imtahan nəticələrinə təsir etməyib. Bütün bu gedişləri, sözsüz ki, biz də başa düşürdük.
Kimya müəllimlərinin müraciət etmədiyi medya qrumları , döymədiyi qapılar ,üz tutmadığı TV kanalları qalmadı, ancaq heç bir faydası olmadı. Sadəcə olaraq Emin Əmrullayev bütün bu olanlara "Kimsə yüksəkdən qışqırır deyə biz qorxacaq deyilik" deyə gülərək reaksiya verdi. Yəni biz istədiyimizi edirik, kimsə bizə mane ola bilməz-mesajını bütün ictimaiyyətə ötürdü.                             .
Qanunsuzluq, saymazlıq, hüquqların tapdalanması, müəllimlərin şəxsiyyətinin alçaldılması, təhsilin artıq heç bir dəyərinin olmaması kimi halları bilərək və istəyərik etdiklərini açıq şəkildə elan etdilər. Amma kimsə Emin Əmrullayev, Eşqi Bağırov, Elnur Əliyevə "DAYAN!" demir.
Unutmayın ki ,illərin yetişdirdiyi və yüksək pedaqoji təcürbəyə sahib,     potensiallı kimyacılari etdiyiniz səhv və ədalətsizlik ucbatından bir gündə yox etdiniz. Halbuki Nazirlik gündə yaradıcı təfəkkürdə, layihələrdən, kimyanın, elmin, savadın guya inkişafından danışır? Harda pulsilmə əməliyyatı varsa, ancaq oranı ön plana çəkir, madiyyat yiyələnir, sonra heç bir iş görmədən şikəst bir hal yaradırlar.
Nazirliyin heç bir işi  vəhdət təşkil etmir. Bu səbəbdən yaranmış problemləri həll etmək iqtidarına da  malik deyillər.