Kolleclər - Təhsil Media
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
MİQ-də yüksək bal toplayan, lakin orta ixtisas təhsili olduğu üçün vakansiya seçə bilməyən namizədlərin narazılığı diplom səviyyəsinin müsabiqədə yaratdığı üstünlüklərlə bağlı suallar doğurur.
Maraqlıdır, namizəd imtahanda yüksək nəticə göstərdiyi halda yalnız orta ixtisas təhsili olduğu üçün daha aşağı bal toplayan ali təhsilli namizəddən geridə qalırsa, bu yanaşma MİQ-də bilik və bacarığa əsaslanan rəqabət prinsipinə nə dərəcədə uyğundur?
Tehsilmedia.com  bildirir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli qeyd edib ki, burada əsas məsələ diplom səviyyəsi ilə imtahan nəticəsinin müsabiqə prosesində necə balanslaşdırılmasıdır:
"Ali təhsilin daha yüksək təhsil pilləsi olması və müəyyən üstünlüklərə malik olması başadüşüləndir. Lakin MİQ kimi rəqabətli bir seçim prosesində namizədin konkret imtahanda göstərdiyi nəticənin də əhəmiyyətli çəkisi olmalıdır. Əgər bir namizəd yüksək bal toplayır, digər namizəd isə daha aşağı nəticə göstərir, lakin yalnız təhsil səviyyəsinə görə daha üstün mövqedə dayanırsa, burada imtahan nəticəsinin seçim prosesində hansı funksiyanı daşıdığı barədə sual yaranır.
Hesab edirəm ki, təhsil səviyyəsi və imtahan nəticəsi bir-birinə alternativ kimi deyil, bir-birini tamamlayan meyarlar kimi qiymətləndirilə bilər. Diplom namizədin əldə etdiyi təhsil bazasını göstərir, imtahan nəticəsi isə həmin müsabiqə çərçivəsində bilik və hazırlıq səviyyəsini ortaya qoyur. Buna görə də yüksək nəticə göstərən orta ixtisas təhsilli namizədin nəticəsi yalnız diplom səviyyəsinə görə arxa plana keçməməlidir. Əksinə, onun topladığı balın seçim imkanlarında müəyyən real qarşılığı olması daha balanslı yanaşma yarada bilər.
Burada mən ali təhsilin üstünlüyünün tamamilə aradan qaldırılmasını doğru hesab etmirəm. Məsələ daha çox ondan ibarətdir ki, müxtəlif təhsil səviyyələrinə malik namizədlər arasında rəqabət zamanı meyarların təsiri aydın şəkildə müəyyənləşdirilsin. Namizəd imtahana hazırlaşır, müəyyən nəticə əldə edir və həmin nəticəyə əsasən seçim etmək gözləntisi yaranır. Ona görə də nəticənin sonrakı mərhələdə nə dərəcədə nəzərə alındığı namizəd üçün aydın olmalıdır".
Orta ixtisas təhsilli namizədlərin imkanlarının da daha dəqiq və balanslı şəkildə tənzimlənməsinin tərəfdarıyam:
"Məsələn, yüksək bal toplamış orta ixtisaslı namizədlər üçün müəyyən vakansiyalar üzrə əlavə seçim imkanlarının yaradılması və ya onların nəticələrinin yerləşdirmə zamanı daha əhəmiyyətli şəkildə nəzərə alınması kimi mexanizmlər müzakirə edilə bilər. Bu, həm yüksək nəticənin motivasiyaedici rolunu qoruyar, həm də müxtəlif təhsil səviyyələri arasında müəyyən balans yarada bilər.
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Kadr siyasəti zarafat deyil. Bir şəxsi rəhbər vəzifəyə təyin etmək, sadəcə vəzifə kreslosuna adam oturtmaq demək deyil. Rəhbər seçərkən onun əmək təcrübəsi, idarəçilik qabiliyyəti, peşəkarlığı, kollektivlə işləmək bacarığı, insanlara münasibəti, qanunlara hörməti və ən əsası, öz məsuliyyətini dərk etməsi nəzərə alınmalıdır. Çünki yanlış kadr seçiminin bədəlini bəzən bir müəssisə deyil, bütöv kollektiv ödəyir. Daha təhlükəlisi isə odur ki, rəhbərin səriştəsizliyi nəticəsində yaranan narazılıq zamanla dövlətə, dövlət qurumlarına və ölkə rəhbərliyinə olan münasibətə də təsir göstərə bilər.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində son altı ayda baş verənlər bu baxımdan ciddi suallar doğurur. Təxminən altı ay əvvəl kollecdə direktor dəyişikliyi edildi. Sabiq direktor Elşad Quluyev vəzifəsindən ayrıldı, onun yerinə Gülnar Qəhrəmanova təyin olundu.
Yeni rəhbərdən gözlənti böyük idi. Kollektiv dəyişiklik, yeni nəfəs, idarəçilikdə yenilik və problemlərin həlli gözlənilirdi. Lakin kollektivdən daxil olan məlumatlar və səsləndirilən narazılıqlar göstərir ki, gözləntilərlə reallıq arasında ciddi fərq yaranıb.
İddialara görə, yeni direktorun ilk günlərindən kollektiv daxilində müxtəlif anlaşılmazlıqlar meydana çıxıb. Bəzi əməkdaşlara verilən göstərişlərin tez-tez dəyişməsi, əvvəl deyilən sözlə sonrakı qərarın bir-birinə uyğun gəlməməsi, təcrübəli əməkdaşların mövqeyinə münasibət və idarəçilik üslubu narazılıq yaradıb.
Rəhbərlikdə əsas məsələ kresloda oturmaq deyil, kollektivə rəhbərlik edə bilməkdir
Əgər direktor kollektivin təcrübəli müəllimlərini özünə rəqib kimi görürsə, bu artıq idarəçilik problemi deyilmi? Əgər illərlə həmin müəssisədə çalışan, təcrübəsi və biliyi ilə seçilən müəllimlərin fikri nəzərə alınmırsa, onda rəhbərlikdən gözlənilən peşəkar idarəçilik haradadır? “Səhvim olub” demək kifayətdirmi?
Kollecdə ən çox müzakirə olunan məsələlərdən biri də fənn birləşməsi komissiyalarında aparılan dəyişikliklərlə bağlıdır.
Məsələn, uzun illər kollecdə çalışan, ixtisasca rus dili müəllimi Rəna Kəngərlinin FBK sədri vəzifəsindən uzaqlaşdırılması kollektivdə suallar doğurub. Daha sonra direktorun həmin müəllimə "sənə qarşı səhvim olub, mənə səhv məlumat veriblər" dediyi barədə məlumat yayılıb. Əgər bu söz həqiqətən deyilibsə, onda daha bir sual yaranır: Səhv məlumat əsasında verilmiş qərarın səhv olduğu etiraf edilirsə, həmin qərarın nəticəsi niyə aradan qaldırılmır?
Bir rəhbər öz səhvini etiraf etməyi bacarırsa, bu müsbət haldır. Amma rəhbərlikdə yalnız səhvi etiraf etmək yox, həmin səhvi düzəltmək də lazımdır. İşdən çıxarmaq ən asan yoldur?
Kollektivdən gələn digər məlumatlar da ciddi narahatlıq doğurur[/b]
İddialara görə, [b]bəzi müəllimlərin, laborantların və texniki işçilərin işdən azad edilməklə hədələndiyi, müəyyən əməkdaşların isə işdən uzaqlaşdırıldığı bildirilir. Xüsusilə ailəsinin əsas təminatçısı olan şəxslərin əmək münasibətlərinə xitam verilməsi məsələsi diqqətlə araşdırılmalıdır. Ramilə Bayramova və digər əməkdaşlarla bağlı qərarların hansı meyarlarla qəbul edildiyi ictimaiyyətə və kollektivə aydın şəkildə izah edilməlidir.
Dövlət müəssisəsində “mən belə istəyirəm” prinsipi ola bilməz. Orada qanun var, əmək müqaviləsi var, hüquq var, məsuliyyət var. Əgər işçi peşəkar deyil – bunun hüquqi əsaslandırması olmalıdır. Əgər işçi vəzifəsinə uyğun deyil – bunun obyektiv qiymətləndirilməsi aparılmalıdır. Əgər işçi qanunu pozub – bunun hüquqi proseduru tətbiq edilməlidir. Amma əməkdaşın taleyi şəxsi münasibətlərdən asılı vəziyyətə düşürsə, bu, artıq çox ciddi idarəçilik problemidir.
Davamiyyət jurnalı kimə və nə üçün verilib?
Kollecdə işçilərin davamiyyətinin qeydiyyatı ilə bağlı da maraqlı iddialar səslənir. Məlumata görə, kollecin işçilərinin davamiyyət jurnalının anbardarın ixtiyarına verilməsi kimi bir praktika mövcuddur. Əgər belədirsə, sual sadədir: Bu qərarın hüquqi əsası nədir? Dövlət müəssisəsində hər bir vəzifənin öz funksiyası var. Anbardarın işi ilə insan resurslarının, inzibati idarəetmənin və əmək intizamının uçotu eyni şey deyil.
Ona görə də bu məsələnin də aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.
Qohumbazlıq iddiası varsa, araşdırılsın
Direktorun sürücüsünün onun yaxın qohumu – xalası oğlu olması barədə də məlumatlar yayılıb.
Bu məlumat doğrudursa, özü-özlüyündə məsələyə hüquqi qiymət verilməlidir. Əgər hər hansı qanun pozuntusu yoxdursa, məsələ aydınlaşdırılmalıdır. Əgər maraqlar toqquşması və ya digər qanun pozuntusu varsa, bunun da qarşısı alınmalıdır.
Dövlətin avtomobilindən şəxsi məqsədlərlə istifadə edilməsi barədə səsləndirilən iddialar isə daha ciddi məsələdir və yalnız rəsmi araşdırma ilə təsdiq və ya təkzib edilə bilər. Dövlət əmlakı şəxsi mülk deyil. Bu səbəbdən dövlət avtomobilinin hansı məqsədlə, kim tərəfindən və hansı marşrutlarda istifadə edildiyi aidiyyəti qurumlar üçün araşdırılması mümkün olan məsələlərdəndir.
İmtahan nəticələri, kredit sistemi və diplom məsələləri
Ən ciddi suallar isə kollecin tədris prosesinə aid məsələlərlə bağlıdır.
Tələbələrin imtahan nəticələrinin düzgün rəsmiləşdirilməsi, kredit sisteminin tətbiqi, diplomların hazırlanması və təhsil sənədlərinin düzgün tərtib olunması sadə texniki məsələ deyil. Bunlar tələbənin gələcəyinə birbaşa təsir edən məsələlərdir.
Kollecdə imtahan nəticələri ilə bağlı hər hansı uyğunsuzluq, sənədlərin qarışdırılması və ya məhv edilməsi faktı varsa, bu, mütləq şəkildə araşdırılmalıdır.
Eyni zamanda, məzunlara eyni tədris ili ərzində iki müxtəlif ixtisas üzrə diplomların verilməsi barədə səsləndirilən məlumatlar da ciddi araşdırma tələb edir.
Burada söhbət konkret olaraq Türkan Hacıyeva və digər əməkdaşların fəaliyyətindən deyil, ilk növbədə təhsil sənədlərinin rəsmiləşdirilməsi sisteminin necə işlədiyindən gedir. Əgər belə fakt yoxdur – bunu sənədlərlə göstərmək mümkündür. Əgər fakt varsa, məsul şəxslər müəyyən edilməlidir.
Müəllim qəbulu hansı qaydada aparılır?
Kollecə yeni müəllimlərin qəbulu ilə bağlı da suallar meydana çıxır. Müəllimlərin hansı meyarlarla seçildiyi, namizədlərin ixtisaslarının tədris etdikləri fənlərə uyğun olub-olmadığı və seçim prosesinin hansı normativ sənədlərə əsasən həyata keçirildiyi açıqlanmalıdır. Çünki dövlət kolleci şəxsi seçim meydanı deyil. Burada əsas meyar tanışlıq, yaxınlıq və şəxsi münasibət yox, bilik, ixtisas və peşəkarlıq olmalıdır.
Kollec inkişaf etməlidir, geriyə getməməlidir
Əvvəlki illərdə kollecin maddi-texniki vəziyyəti, cari təmir işləri və təsərrüfat məsələləri ilə bağlı müəyyən işlərin görüldüyü bildirilir. Hazırda isə kollecin təsərrüfat fəaliyyətinin vəziyyəti barədə də narazılıqlar səslənir.
Bütün bunlar bir-birindən ayrı götürüldükdə xırda görünə bilər. Amma hamısını bir yerə gətirəndə ortaya başqa mənzərə çıxır: İdarəçilik sistemi işləyirmi? Əgər işləyirsə, niyə kollektivdə bu qədər sual var? Əgər hər şey qanun çərçivəsindədirsə, niyə əməkdaşlar məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar? Əgər yeni rəhbər islahat üçün gətirilibsə, bu islahatın nəticələri haradadır?
Məhkəməyə gedən yollar niyə açılır?
İşçi rəhbərlikdən narazı qala bilər. Rəhbərlik də işçidən narazı qala bilər. Bu, əmək münasibətlərində mümkündür. Amma dövlət müəssisəsində mübahisənin son ünvanı məhkəmə olursa, burada artıq dayanıb düşünmək lazımdır. Çünki məhkəmə yolu işçi üçün həm maddi, həm mənəvi, həm də zaman baxımından ağır prosesdir. Əməkdaşlar məhkəməyə müraciət etməyə başlayırlarsa, ilk növbədə “niyə?” sualına cavab axtarmaq lazımdır.
Problem işçidədir, yoxsa idarəçilikdə? Bunu müəyyən etməyin ən düzgün yolu müstəqil və obyektiv araşdırmadır.
Nazirliyə suallar
Bu yazı ilə kimisə günahkar elan etmək məqsədi güdülmür. Əksinə, səsləndirilən iddiaların hamısının aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını istəyirik. Çünki əgər məlumatlar əsassızdırsa, direktorun da özünü müdafiə etmək və həqiqəti ortaya qoymaq hüququ var. Əgər məlumatların bir hissəsi doğrudursa, onda qanun qarşısında məsuliyyət daşıyan şəxslər müəyyən edilməlidir. Ən təhlükəli vəziyyət isə həqiqətin bilinməməsidir.
Qazax Dövlət Sosial-İqtisadi Kolleci dövlət təhsil müəssisəsidir. Burada müəllimlərin hüququ, tələbələrin gələcəyi və dövlət vəsaitlərinin səmərəli idarə olunması məsələsindən söhbət gedir.
Ona görə də aidiyyəti qurumlara sualımız sadədir:
Qazax Dövlət Sosial-İqtisadi Kollecində son altı ayda aparılan kadr dəyişiklikləri və qəbul edilən idarəçilik qərarları araşdırılıbmı? İşdən azad olunan əməkdaşların hüquqlarına əməl olunubmu? Yeni işə qəbul prosesləri hansı qaydada həyata keçirilib? İmtahan nəticələri və diplomlarla bağlı səsləndirilən iddialar yoxlanılıbmı? Kollecin maliyyə-təsərrüfat fəaliyyəti audit edilibmi? Dövlət avtomobilindən istifadə ilə bağlı hər hansı araşdırma aparılıbmı?
Və ən əsası: Kollektivdə yaranmış narazılıqların səbəbi nədir?
Bu sualların cavabını nə sosial şəbəkələr, nə şayiələr, nə də şəxsi münasibətlər verməlidir. Cavabı sənədlər, qanun və obyektiv araşdırma verməlidir.
Əgər bütün bunlar sadəcə böhtan və əsassız iddialardırsa, bunu sübut etmək çox asandır. Əgər deyilsə...Onda artıq məsələ bir direktorun fəaliyyəti yox, dövlət müəssisəsində idarəçilik məsuliyyəti məsələsidir.
Və unutmayaq:
Dövlət müəssisəsində kreslo müvəqqətidir, qanun isə hamı üçün qalıcıdır.
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
Tehsilmedia.com xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 15 sentyabr saat 15:00-dan 22 sentyabr saat 18:00-dək davam edəcək.
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
Bu barədə Tehsilmedia.com-a DİM-dən məlumat verilib.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.
9 illik baza üzrə kolleclərdə boş qalan plan yerlərinə qəbul elan edilir
DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edir.
Tehsilmedia.com xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2026-cı il 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M
Kolleclərin rəhbər heyətinə yeni təyinatlar olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə  Astara  Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Tehsilmedia.com-a ETDA-dan məlumat verilib.
Qeyd olunub ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2021-ci ildən Qobustan şəhər A. Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb. Rəqəmsal bacarıqların tədrisi və STEAM layihəsi üzrə bir çox təlimlərdə iştirak edib. Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinin direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
Bu il subbakalavrların ali təhsil müəssisələrinə qəbulunda müəyyən çətinliklər yaşanıb.
Belə ki, yüksək orta bal toplayan bəzi kollec məzunları universitetə qəbul ola bilməyiblər.
Hətta III ixtisas qrupunda bu göstərici sıfır olub.
Tehsilmedia.com xəbər verir ki, “AzEdu podkast”ında təhsil tədqiqatçısı Elmin Nuri subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul imkanlarının məhdudlaşdırılmamasının vacibliyini vurğulayıb.
O bildirib ki, subbakalavrlar da universitetə qəbul şanslarının olduğunu bilməlidirlər:
“Biz subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulunu bu qədər məhdudlaşdırmamalıyıq. Artıq onlar da universitetə qəbul şanslarının olduğunu bilməlidirlər. Çünki kolleclərə marağı yaradan ən vacib detal məhz subbakalavrların universitetə qəbuludur. Bu qayda tətbiq olunmağa başladıqdan sonra kolleclərə maraq xeyli artdı. Bu qərardan əvvəl orta ixtisas təhsil müəssisələri nadirən seçimlərdən biri olurdu. Təbii ki, tibb kolleclərini bura istisna etmək şərti ilə.
Gəncləri motivasiya kimi kollecə gətirən yeganə səbəb universitetə açılan qapılardır. Bu yol bağlanarsa, sözsüz ki, artıq kolleclərin çox nadirən seçildiyinin şahidi olacağıq.
Kolleclərə qəbul olunanların qeydiyyat vaxtı AÇIQLANIB
Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16 244 nəfər qəbul olub. Nəticələrə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.
Bu barədə Tehsilmedia.com-a DİM-dən məlumat verilib.
Bildirilib ki, qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
Boş qalan yerlərə və kolleclərə qəbul nəticələri AÇIQLANIB
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Bu barədə DİM-dən məlumat verilib.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 18086 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan (1760 yer)  plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Sentyabrın 4-də günün ikinci yarısı ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.
Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.
Kolleclərin sayı ARTIB
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin və burada təhsil alan tələbələrin sayı artıb.
Tehsilmedia.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkədə 64 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib. Bu göstərici 2024/2025-ci tədris ilində 63 olub.
Məlumata əsasən, 2000/2001-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin sayı 71 olduğu halda, 2010/2011-ci ildə 62-yə, 2015/2016-cı ildə 61-ə qədər azalıb. 2020/2021-ci ildə isə bu rəqəm 61, 2024/2025-ci ildə 63, 2025/2026-cı ildə 64 olub.
Orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı da yüksəlib. 2025/2026-cı tədris ilinin əvvəlinə burada ümumilikdə 65,8 min tələbə təhsil alıb. Onların 61,5 mini əyani, 4,3 mini isə qiyabi təhsil formasında olub.
Müqayisə üçün, 2024/2025-ci tədris ilində tələbələrin ümumi sayı 63,4 min nəfər təşkil edib. Beləliklə, bir il ərzində tələbələrin sayı 2,4 min nəfər artıb. Əhalinin hər 10 min nəfərinə düşən tələbələrin sayı da 62-dən 64-ə yüksəlib.
Qəbul olunanların sayı 24,7 min nəfərə çatıb
2025/2026-cı tədris ilinin əvvəlinə orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı 24,7 min nəfər olub. Onlardan 24 mini əyani, 700 nəfəri isə qiyabi təhsil formasına qəbul edilib. Bu göstərici 2024/2025-ci tədris ilində 23,7 min nəfər olub. Beləliklə, bir il ərzində orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların sayı 1 min nəfər artıb.