Gündəm - Təhsil Media
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bakıda fəaliyyət göstərən Flyblast Travel Agency ilə bağlı ortaya çıxan məlumatlar ciddi qalmaqala səbəb olub. İddialara görə, şirkətin rəhbəri kimi təqdim olunan Rövşən Abdullayevin adı bir sıra ağır qanun pozuntularında hallanır.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların şikayətlərində qeyd olunur ki, Flyblast Travel Agency ilə müqavilə bağlayan şəxslər aylarla hətta illərlə süründürməçiliyə məruz qalır, proseslər süni şəkildə uzadılır və nəticədə bir çox hallarda viza alınmır. Bu isə ödəniş edilmiş xidmətin faktiki göstərilməməsi kimi qiymətləndirilir.
Daha da ciddi iddialara görə, ödənişini geri tələb edən vətəndaşlara qarşı təzyiq və hədə-qorxu elementlərinin tətbiq olunduğu, müxtəlif bəhanələrlə pulların geri qaytarılmadığı bildirilir. Bu kimi hallar artıq sadə xidmət narazılığından çıxaraq daha ağır hüquqi müstəviyə keçir.
Bəzi şikayətçilər isə daha ağır iddialar səsləndirir. Onların sözlərinə görə, bəzi hallarda xarici pasportlara vurulan vizaların saxta olması ehtimalı mövcuddur. Bu istiqamətdə araşdırmaların davam etdiyi qeyd olunur və məsələ xüsusilə ciddi nəzarət tələb edir.
Maliyyə məsələləri də ayrıca suallar doğurur. Bildirilir ki, Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency müştərilərdən ödənişləri nağd şəkildə qəbul edir, lakin qanunun tələbinə baxmayaraq fiskal çek təqdim etmir. Yalnız kağız qaimə verilməsi isə nağd dövriyyənin gizlədilməsi və vergidən yayınma ehtimallarını gündəmə gətirir.
Şirkətlə bağlı digər iddialar isə əmək münasibətlərinə aiddir. Qeyd olunur ki, müəssisədə təxminən 15-ə yaxın işçi çalışsa da, onların yalnız az bir hissəsi rəsmi qeydiyyatdadır. Qalan şəxslərin qeyri-rəsmi işlədiyi və əmək haqlarını nağd şəkildə aldığı iddia edilir. Bu isə dövlət büdcəsinə ödənişlərdən yayınma, sosial sığorta haqlarının gizlədilməsi, əmək hüquqlarının pozulması kimi ciddi qanun pozuntularına işarə edir.
Ekspertlər bildirir ki, sadalanan hallar təsdiqini taparsa, bu fəaliyyət yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər və Cinayət Məcəlləsinin 213-cü maddəsi (vergidən yayınma) daxil olmaqla daha ağır hüquqi nəticələr doğura bilər.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi vergi siyasəti şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanır. Bu prinsiplərin pozulması dövlətə qarşı maliyyə intizamının sarsıdılması kimi qiymətləndirilir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kölgə iqtisadiyyatı, vətəndaşların aldadılması və vergidən yayınma halları ilə bağlı ən sərt tədbirlər görülməlidir.
Bütün bu iddialar fonunda isə əsas sual açıq qalır. Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency ilə bağlı bu qədər ciddi məlumatlar olduğu halda, aidiyyəti dövlət qurumları niyə hələ də səssiz qalır?
Məsələ ilə bağlı Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən dərhal araşdırma aparılması və ictimaiyyətə açıqlama verilməsi tələb olunur. İddiaların nə dərəcədə doğru olduğu isə yalnız rəsmi yoxlamalardan sonra məlum olacaq.
Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
Redaksiyamızın qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, 73 ünvanında yaşayan Abbasova Fərqanə Nəriman qızı tərəfindən şikayət daxil olmuşdur..
Vətəndaş Fərqanə Abbasova şikayətində bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, giriş 50 A ünvanında yerləşən, rəhbəri olduğum "Rəhimli" firmasının balansında olan  245.5kv/m-lik "Görüş" kafesi bir qrup “reket” tərəfindən əlimdən zorla alınır.
Şikayətçi deyir ki, kafeni əlimdən zorla almaq istəyən həmin şəxslər məni ölümlə təhdid etməkdən də çəkinmirlər:
"Onlar məni ölümlə təhdid edirlər. Kafeyə aid müvafiq sənədləri toplayıb dövlətin qoyduğu vahid pəncərə prinsipi əsasında Reystr Xidmətinə sənədlərin təsdiqlənməsi üçün təqdim etmişəm. Əfsuslar olsun ki, bu ərəfədə mənə məxsus obyektə Mustafa və onun əlaltısı Surxay adlı şəxs tərəfindən buraxılmıram. Hətta, bir neçə vaxt bundan əvvəl yenidən obyektə baxmağa getdim.
Bir dəstə tanımadığım adamlar töküldülər mənim, qadın xeylağının üzərinə. Təhdid olunduğum üçün, həyəcan və qorxudan ürəyim dayandı. Üstümə Təcili Yardım çağırıldı. Məni xəstəxanaya yerləşdirdilər. Hətta onların arasında özünü vəkil kimi təqdim edən birisi də məni hədələməyə başladı. Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Heç bir əlacı yoxdur. Mənə elə gəlir ki, polis də onların əlində aciz qalıb"-deyə Fərqanə Abbasova bildirir.Həmin şəxslərin bazarda qeyri-qanuni biznes ilə yəni dəmir, dam örtüyü satışı ilə məşğul olduqlarını qeyd edən Fərqanə Abbasova, onların əllərində saxta bir müqavilə və etibarnamə olduğunu iddia edərək qeyd edir:
"Əllərində saxta bir müqavilə və etibarnamə olduğunu qeyd edirlər. Amma bu sənədlər hansısa yollarla alınmış saxta sənədlərdir. Mərkəzi Reystrin arxivində göstərdikləri sənədin kökü yoxdur. Əyər belə olsaydı, 6 ay bundan əvvəl obyektin sənədləşməsi üçün müraciət elədiyim Mərkəzi Reystr portalında onlara aid bir sənəd çıxardı. Görünür, onların şəxsi tanışları və dostlartı bunlara yağlı vədlər verirlər. Amma mən dövlətin gücünə və Prezidentimə, hüququn gücünə inanıram. Belələri çox gəlib-gediblər.
Obyektin üstünü və pəncərələrini söküb dağıdıblar. Mənə külli miqdarda maddi ziyan vurublar. İçindəki soyuducuları, əmlakı da dağıdıblar"
Şikayətçi deyir ki, onlar məni intihar həddinə çatdırıblar:
"Onlar məni intihar vəziyyətinə gətiriblər. Tək qadınam. Mənim tək və qadın oluğuma görə qoxudub mülkümü əlimdən almaq istəyirlər. Başda Cənab Prezident İlham Əliyev və 1-ci vitse- Prezident Mehriban xanım olmaqla Daxili İşlər Naziri Vilayət Eyvazovdan, Baş Prokuror Kamran Əliyevdən kömək istəyirəm. Çünki, əvvəlki müraciətim əsasında bu “reket”lərin qanunsuz hərəkətləri dayandırılmışdı. İndi yenidən hərəkətə keçiblər. Qeyd edim ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reystri” Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsində 24.10.2025-ci ildə müraciətimə baxılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən daxil olmuş 09.01.2025-ci il tarixli, 1125010280 nömrəli elektron müraciət əsasında  yuxarıda qeyd edilən tikiliyə yerində baxış keçirilmiş və müvafiq ölçmə işləri aparılaraq hazırlanmış yer quruluşu planı 18.042025-ci il tarixdə Fövqaladıə Hallar Nazirliyinin elektron portalında yerləşdirilmişdir…Həmin rəsmi məktubda xüsusi olaraq vurğulanır. Müraciətinizdə qeyd olunan Vəzirov Mustafa və Əliyev Surxay adlı şəxslərin adından Azərbaycan Respublikasının Prezidentinin 14.06.2023-cü il tarixli 2181 nömrəli fərmanının tələblərinə əsasən sözügedən qeyri-yaşayış binasının sənədləşdirilməsi ilə bağlı rəsmi müraciət daxil olmamışdır.Bu rəsmi sənddən də aydın olur ki, adıçəkilən adamlar bu obyekti əlimdən almaq istəyirlər" -deyə Fərqanə Abbasova müraciətində bildirir.
Biz isə redaksiya olaraq yazını tədbir görülməsi üçün aidiiyyatı quraumlara ünvanlayırıq.
Ağır Cinayətlər Məhkəsinin Hakimi Cinayətkara hansı qanunla ev tustaqlığı verdi? Məqsəd nədir? Şikayət
Azərbaycan Respublikasının Ali Məhkəməsinə
SURƏTİ: Məhkəmə-Hüquq Şurasına
SURƏTİ: Azərbaycan Respublikası Prezident Administrasiyasına
Şikayətçi: zərərçəkmiş Məmmədli Xəyal Teyyər oğlu
Cinayət işi üzrə: təqsirləndirilən İlyasov Şahin Kamil oğluna münasibətdə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13.04.2026-cı il tarixli, 1(124)-430/2025 nömrəli qərarı və ümumi cinayət işinin gedişatından
ŞİKAYƏT
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2026-cı il tarixli qərarı ilə təqsirləndirilən İlyasov Şahin Kamil oğlu barəsində əvvəllər seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.
Həmin qərar zərərçəkmiş şəxs qismində mənim qanuni mənafelərimə, təhlükəsizliyimə və cinayət prosesində sərbəst iştirak etmək hüququma birbaşa toxunur. Çünki məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi barədə nəticəyə gələrkən iş üzrə mövcud riskləri formal qaydada kənara qoymuş, faktiki vəziyyətdə baş vermiş hər hansı yeni və mühüm dəyişiklikləri göstərməmiş, əksinə əvvəldən mövcud olan hallara istinad etməklə əsassız nəticəyə gəlmişdir.
Ən başlıca məqam ondan ibarətdir ki, məhkəmənin qərarda istinad etdiyi hallar yeni hallar deyildir. Təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, ailə vəziyyəti, uşaqlarının olması, şəxsiyyətini səciyyələndirən məlumatlar, üzərinə əmlak həbsinin qoyulması və sair hallar bu qərarın qəbul edildiyi gün yaranmamış, əvvəldən mövcud olmuşdur. Deməli, həmin halların dəyişmədiyi bir şəraitdə daha ağır qətimkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə əvəz olunması üçün qanuni və faktiki əsaslar ayrıca, inandırıcı və konkret şəkildə göstərilməli idi. Lakin qərarda belə əsaslandırma yoxdur.Qərardan görünür ki, zərərçəkmiş şəxslər və onların nümayəndəsi qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etmiş, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu ödənilmədən yeni cinayət əməli törətdiyini, yəni islah olunmadığını, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə əsaslar olmadığını bildirmişlər. Buna baxmayaraq, məhkəmə həmin ciddi etirazları real və tutarlı arqumentlərlə cavablandırmamışdır.
Xüsusilə qeyd edilməlidir ki, iş üzrə bütün şahidlər və zərərçəkmiş şəxslər hələ dindirilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin onlara təzyiq göstərmək, ifadələrə qanunsuz təsir etmək, cinayət prosesinin normal gedişinə mane olmaq riskinin aradan qalxdığını söyləmək
mümkün deyildir. Məhkəmə isə bu riskləri sadəcə aradan qalxmış kimi qəbul etmiş, lakin bunun nəyə əsaslandığını göstərməmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə qətimkan tədbiri, o cümlədən həbs qətimkan tədbiri, təqsirləndirilən şəxsin cinayət işindən gizlənməsinin, ibtidai istintaqa və ya məhkəmə baxışına mane olmasının, o cümlədən zərərçəkmişə və şahidlərə təzyiq göstərməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə isə qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edərkən CPM-in 155.1-ci maddəsində nəzərdə tutulan risklərin, habelə CPM-in 155.1.2-ci maddəsində nəzərdə tutulan zərərçəkmişlərə və şahidlərə qanunsuz təsir etməklə məhkəmə baxışının gedişinə mane olma riskinin hansı səbəbdən aradan qalxdığını əsaslandırmamışdır.Bundan əlavə, məhkəmə CPM-in 155.3-cü maddəsinin tələblərini də birtərəfli qiymətləndirmişdir. Həmin norma qətimkan tədbiri seçilərkən təqsirləndirilmiş şəxsin xarakter və ağırlığını, şəxsiyyətini səciyyələndirən məlumatları və digər amilləri nəzərə almağı tələb etsə də, işin ağır cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilmiş şəxsin əvvəl məhkum olunması, islah olunmadığı dövrdə yeni cinayət törətməsi, habelə zərərçəkmişlərin və şahidlərin hələ dindirilməməsi kimi hallar CPM-in 155.2-ci maddəsində nəzərdə tutulan qətimkan tədbirinin dəyişdirilməsi ilə açıq ziddiyyət təşkil edir.
Qərarda ibtidai istintaq yekunlaşdığı üçün materialların gizlətmək və ya saxtalaşdırmaq ehtimalının olmadığı göstərilsə də, bu, cinayət prosesinin digər risklərinin də aradan qalxması anlamına gəlmir. İbtidai istintaq başa çatsa belə, zərərçəkmişlər və şahidlər hələ məhkəmə iclasında dindirilməmişdirsə, bu risk daha real xarakter daşıyır.
Təqsirləndirilən şəxsin əvvəl məhkum olunması və hətta iki məhkumluğu ödənilmədən yeni cinayət əməli törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirir, yeni cinayət törətmək və məsuliyyətdən yayınmaq riskini gücləndirir. Məhkəmə qərarında bu xüsusat qeyd olunmuş, lakin həmin halların hüquqi nəticəsi lazımi qaydada dəyərləndirilməmişdir.Ali Məhkəmə Plenumunun qətimkan tədbirlərinə dair hüquqi mövqeyinə əsasən, həbs qətimkan tədbirinin dəyişdirilməsi formal mülahizələrə deyil, real və obyektiv əsaslara istinad etməlidir. Qətimkan tədbirinin dəyişdirilməsi üçün yeni mühüm halların yaranması konkret göstərilməli, nəticə isə materiallar ilə təsdiqlənməlidir. Məhkəmənin qərarında isə hansı halların dəyişdiyi, əvvəlki risklərin hansı səbəbdən aradan qalxdığı obyektiv və inandırıcı şəkildə əsaslandırılmamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin məntiqinə, habelə cinayət-prosessual qanunvericiliyin zərərçəkmiş şəxsin hüquqlarını qoruyan normalarına görə dövlət zərərçəkmiş şəxsin təhlükəsizliyini, sərbəst ifadə vermək imkanını və prosesdə maneəsiz iştirakını təmin etməlidir. Təqsirləndirilən şəxsin bu mərhələdə azadlığa buraxılması zərərçəkmiş tərəfdə real qorxu və gərginlik yaradır, bu isə onun məhkəmədə sərbəst və maneəsiz ifadə vermək hüququnu birbaşa məhdudlaşdırır.
Cinayət-Prosessual Məcəllənin mənasına görə qətimkan tədbirinin dəyişdirilməsi formal mülahizələrə deyil, real prosessual vəziyyətin dəyişməsinə söykənməlidir. Məhkəmə isə konkret təhlükələrin azalmasını və ya aradan qalxmasını göstərmədən, əvvəldən mövcud olan halları yenidən sadalamaqla kifayətlənmişdir. Bu isə məhkəmə qərarının yetərli əsaslandırma meyarına cavab vermədiyini göstərir.
Belə yanaşma zərərçəkmiş şəxslərin hüquqlarının, məhkəmə araşdırmasının səmərəliliyinin və cinayət mühakimə icraatının məqsədlərinin lazımi səviyyədə qorunmaması ilə nəticələnir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin əsassız yumşaldılması onun məsuliyyətdən yayınması, proses iştirakçılarına təsir göstərməsi və məhkəmə araşdırmasının gedişinə mane olması üçün əlavə imkan yaradır.Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, iş üzrə qətimkan tədbirinin dəyişdirilməsi obyektiv zərurətdən deyil, birtərəfli və yetərincə əsaslandırılmamış yanaşmadan irəli gəlmişdir. Bu isə məhkəmənin qərəzsizliyinə və obyektivliyinə dair ciddi şübhələr yaradır.
Bundan başqa, qeyd edilən hallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hərəkətlərində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 111-ci maddəsi baxımından intizam pozuntusu əlamətlərinin olub-olmamasının araşdırılmasını zəruri edir. Çünki maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, tərəflərin prosessual bərabərliyinə xələl gətirən yanaşma və iş üzrə mühüm risklərin lazımi qaydada qiymətləndirilməməsi barədə əsaslı şübhələr mövcuddur.
Bu səbəbdən xahiş edirik ki, göstərilən məsələ nəzarətə götürülsün, aidiyyəti üzrə obyektiv araşdırılsın, məhkəmə hakimlərinin hərəkətlərinə hüquqi qiymət verilsin və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasının, zərərçəkmişlərə və şahidlərə təzyiq göstərmək imkanının qarşısının alınması üçün qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülsün.
XAHİŞ EDİRƏM:
1.Cinayət işinin gedişatının nəzarətə götürülməsi və şikayət üzrə göstərilən halların obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasını;
2.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13.04.2026-cı il tarixli, 1(124)-430/2025 nömrəli qərarında qətimkan tədbirinin dəyişdirilməsinin əsaslılığına münasibətdə nəzarət tədbirlərinin həyata keçirilməsini;
3.İş üzrə şahidlərin və zərərçəkmişlərin hələ dindirilməməsi, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu, şərti məhkumluq dövründə yeni cinayət əməli törətməsi və onlara təzyiq göstərmək riskinin qalması kimi mühüm halların nəzərə alınmamasına hüquqi qiymət verilməsini;4.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hərəkətlərində “Məhkəmələr və hakimlər haqqında” Qanunun 111-ci maddəsində nəzərdə tutulmuş intizam pozuntusu əlamətlərinin olub-olmamasının araşdırılmasını;
5.İşin gedişatında prosessual bərabərliyin və zərərçəkmiş tərəfin təhlükəsizlik hüququnun təmin olunması üçün zəruri və operativ tədbirlərin görülməsini;
Əlavə: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13.04.2026-cı il tarixli, (1(124)-430/2025 nömrəli qərarının surəti.
Köhnə ərarının əksini verən hakimi sizdə tanıyın:
Təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilsin.
Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Asif Əliyev imzaladı.
Hakim Aynur Rzayeva imzaladı, Hakim Fəhmin Hümbətov imzaladı
Məhkəmənin adı: Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
http://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=2b04183aa3844894b29a5fb66395ef58⁠�
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.2/3
İşin məhkəmə baxışı hakimlər Əliyev Asif Əmrah oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə 29 sentyabr 2025-ci il tarixə, saat 10:00-a Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalına təyin edilsin.
Təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nəhmətov Fazil İldır oğlu təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlunun müdafiəçisi qismində işə buraxılsın.
Təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə təqsirləndirilən şəxsin müdafiəçisi Nəhmətov Fazil İldır oğlu tərəfindən verilmiş şifahi vəsatət təmin edilməsin.
Məhkəmə baxışı cinayət prosesi tərəflərinin iştirakı ilə açıq məhkəmə iclasında, Azərbaycan dilində aparılsın.
Dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin nümayəndəsinin, təqsirləndirilən şəxsin, müdafiəçinin və ittiham aktına əlavə edilmiş siyahıda göstərilmiş şahidlərin məhkəmə iclasında iştirak etmələri təmin edilsin.
Reportyor.tvolaraq qarşı tərəfi dinləməyə hazırıqƏlavə olaraq onu da qeyd edə bilərik ki, şikayətçinin problemini müdafiə edən şəxs zamanında avtoqəza zamanında insan ölümünə səbəbkar olan bir vəkilin "kontor"-unun vəkilidir. İnsan ölümünə səbəbkar olan bir şəxs necə ola bilər ki, hansısa vəkil bironuna rəhbər ola?
Qeyd olaraq onu da deyə bilərik ki, büro rəhbəri Fazil Neymətov  avtoqəzada ölüm hadisəsi törətməsinə baxmayaraq qanunveiriciliyin yazılmamış qanunları varsa, ona əsasən Hakim olmaq iddiasındadır
Bakıda "Kanon" aptekdən alınan "Humana" körpə qidasından qurd çıxdı.
Bakıda "Kanon" aptekdən alınan "Humana" körpə qidasından qurd çıxdı.
Təhsil Savaşında Şagird Taleyi: Məleykə Abbaszadənin "İmtahan Eqosu" və İflas Edən Sistem
​Hər ilin mart ayından etibarən Azərbaycan məktəbləri qəribə bir ziddiyyətlə üz-üzə qalır: Siniflər boşalır, müəllimlər boş partalara mühazirə oxuyur, direktorlar isə "davamiyyət yoxlanışı" qorxusu ilə kağız üzərində rəqəmləri düzəltməyə çalışır. Ortada isə acınacaqlı bir sual var: Əgər martda keçirilən buraxılış imtahanı ilə hər şey bitirsə, aprel, may və iyun aylarının tədris proqramı kimə və nəyə lazımdır?
​Elm və Təhsil Nazirliyi (ETN) şagirdi şəxsiyyət kimi yetişdirmək üçün 11 illik, sistemli bir kurikulum proqramı hazırlayır. Lakin Dövlət İmtahan Mərkəzi (DİM) və onun rəhbəri Məleykə Abbaszadə bu proqramın son 3 ayını, sanki yoxmuş kimi, "oyundankənar" vəziyyətə salır. Buraxılış imtahanını mart ayına çəkməklə DİM, şagirdə açıq-aşkar bu mesajı verir: "Məktəb proqramı boş şeydir, mənim imtahanımdan keçdinmi, azadsan!"
​Bu, sadəcə bir texniki vaxt planlaması deyil, bu, bir dövlət qurumunun digərinin zəhmətinə və strategiyasına qarşı apardığı gizli bir "savaşdır". Bu savaşın tək qurbanı isə şagirdlərin taleyidir.
​ Təhsilmedia.az qeyd edir ki, təhsil sahəsində proqram elə qurulmalıdır ki, onun məntiqi yekunu imtahan olsun. Hazırda isə biz bunun tam tərsinə şahidlik edirik. DİM rəhbərinin illərdir dəyişməyən sərt, "dediyim dedik" yanaşması təhsilin məzmununu deyil, yalnız imtahanın texniki icrasını üstün tutur. Elə çıxır ki, Məleykə xanım üçün ETN-in hazırladığı 11 illik proqramın son aylarındakı KSQ və BSQ-lər, şagirdin alacağı biliklər sadəcə "lazımsız kağız parçasıdır".
​Niyə şagird mart ayından sonra KSQ-də iştirak etmək istəmir? Çünki o artıq "buraxılıb". Adı üstündə - Buraxılış İmtahanı. Şagirdi buraxmısınızsa, onu iyun ayına qədər parta arxasında hansı motivasiya ilə saxlayacaqsınız?
​Müəllimlərə maaş verilir, məktəb binası saxlanılır, dövlət büdcəsindən milyonlar ayrılır, amma qarşılığında boş siniflər və formal yoxlamalar qalır.
​Sual 1: 3 aylıq proqram oyuncaqdırsa, niyə dərsliklərə salınır?
​Sual 2: DİM niyə öz imtahan tarixlərini ETN-in tədris planına uyğunlaşdırmır?
​Sual 3: Nə vaxta qədər bir şəxsin eqosu və idarəetmə inadı bütöv bir nəslin təhsil illərini boşa çıxaracaq?
​Bu sistemsizlik, qanunsuzluq və açıq-aşkar koordinasiyasızlıqdır. Məleykə Abbaszadənin DİM-i faktiki olaraq ETN-in proqramını saymır, onu heçə sayır. Bu "mənəmlik" yarışı təhsilin onurğa sütununu sındırır.
Sabirabadda Təhsil "Özbaşınalığı": Təsərrüfat Müdirinin qanunsuz şəkildə işdən uzaqlaşdırılmasının altında yatan səbəb nədir? FOTOFAKT
​Sabirabad rayonu Ə. Xanlarov adına Yaxa Dəllək kənd tam orta ümumtəhsil məktəbində əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə müşayiət olunan ciddi narazılıq yaranıb. Məktəbin təsərrüfat müdiri Balayeva Gülqədəm 65 yaşı tamam olmasına baxmayaraq, qanuni şəkildə uzadılmış müqaviləsinin müddəti bitmədən və heç bir hüquqi əsas olmadan işdən uzaqlaşdırılıb.
Tehsil. Media bildirir ki, məlumata görə, cari ilin yanvarın 6-da təsərrüfat müdirinin 65 yaşı tamam olub. Mövcud qanunvericiliyə uyğun olaraq, işəgötürən (məktəb rəhbərliyi) onunla yenidən əmək müqaviləsi bağlayıb. Ən maraqlı məqam isə budur ki, imzalanan həmin rəsmi sənəddə müqavilənin müddəti "müddətsiz" olaraq qeyd edilib. Lakin sonradan verilən əmrdə hansısa naməlum səbəbdən 14 iyun tarixi son müddət kimi göstərilib.
​Lakin qanunsuzluqlar bununla bitmir. Belə ki:
​Aprelin 1-dən etibarən, hələ müqavilə qüvvədə olduğu halda, həmin vəzifəyə başqa bir şəxs göndərilib.
​Hazırkı işçi nə rəsmi xəbərdarlıq alıb, nə də onunla bağlanmış müqaviləyə hüquqi əsaslarla xitam verilib.
​Məsələ ilə bağlı müraciət olunan Sabirabad Rayon Təhsil Sektorunun müdiri  Həşimov Mircamal hadisədən xəbərsiz olduğunu və məsuliyyətin məktəb direktorunun üzərinə düşdüyünü bildirib. Məktəb direktoru (əvəzedici) Əmirova Könül isə əksinə, göstərişin Sektor müdirindən gəldiyini iddia edir. Bu "məsuliyyətdən qaçış" oyunu fonunda isə bir vətəndaşın əmək hüquqları açıq şəkildə tapdalanır.
​Hüquqi baxımdan burada bir neçə ciddi pozuntu mövcuddur:
​Əmək Məcəlləsi, Maddə 44.2: Əmək müqaviləsi əmrdən üstündür. Əgər müqavilə müddətsizdirsə, əmr ona uyğunlaşdırılmalıdır.
​Vakant Olmayan Yerə Təyinat: İşçi işdən azad edilmədən (ştat boşalmadan) onun yerinə başqasının təyin edilməsi həm əmək, həm də maliyyə intizamının pozulmasıdır.
​Əsassız Xitam: 65 yaş tamam olandan sonra müqavilə yenidən bağlanıbsa, bu fakt artıq işəgötürən tərəfindən qəbul edilib. Müddət bitmədən işçini "yaş" bəhanəsi ilə çıxarmaq hüquqi özbaşınalıqdır.
Üstəlik Əmək Məcəlləsinin
1. Maddə 68 — Əmək müqaviləsinə xitam verilməsinin əsasları
Bu maddəyə görə əmək müqaviləsi yalnız qanunda göstərilən əsaslarla ləğv oluna bilər.
Yəni “səbəbsiz” işdən çıxarma ümumiyyətlə mümkün deyil.
2. Maddə 70 — İşəgötürən tərəfindən müqavilənin ləğvi əsasları
İşəgötürən yalnız bu hallarda işdən çıxara bilər:
İşçi vəzifə öhdəliklərini yerinə yetirmədikdə
Kobud intizam pozuntusu olduqda
İxtisar olduqda
Peşə yararsızlığı sübut edildikdə
Bu səbəblərdən heç biri yoxdur. Bu maddəyə əsasən çıxarılma qanunsuzdur.
3. Maddə 73 — Müddətli əmək müqaviləsi
Bu maddə çox vacibdir:
Müddətli müqavilə müddəti bitənədək qüvvədə qalır
Vaxtından əvvəl yalnız qanuni əsas olduqda ləğv edilə bilər
Göründüyü kimi qanunsuzluqlar bir deyil, beş deyil.
Rəsmi qurumların məsələni araşdırmasını və ədaləti bərpa etməsini xahiş edirik.
Mart soyqırımından 108 il ÖTÜR
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.
AzEdu.az xatırladır ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.
1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905 - 1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.
Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Fövqəladə istintaq komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.
1919 və 1920-ci il martın 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
XX əsrin əvvəllərindən etibarən əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti vermədi.
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi idarəetmə komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi,yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.
1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.
Rasim Balayev vəfat edib
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Məşhur aktyor Türkiyənin İstanbul şəhərində yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. O, bir müddətdir səhhətində yaranmış ciddi problemlərlə əlaqədar müalicə alırdı.
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Məhkəmə proseslərindən, hökmlərdən və MNB-OBKhSS cinayətkar qrupunun effektiv şəkildə zərərsizləşdirilməsindən sonra belə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ətrafı dəfələrlə mətbuatda sahibkarlarla bağlı qalmaqalların “qəhrəmanları” kimi çıxış ediblər. Görünür, onların qanundakı hər hansı bir boşluqdan, hətta onsuz belə, aldatma və mənfəət əldə etmək kimi çirkin əməlləri çiçəklənməyə davam edir və onların birbaşa və dolayı yolla törətdikləri əməllər buna yol verib.
Atasının cinayət qeydlərindən istifadə edən bədniyyətli keçmiş nazirin oğlu Anar Mahmudov indi vətəndaşların qanuni əmlakını ələ keçirməyə çalışır. Onun iddiası və sonrakı məhkəmə qərarından sonra Dolçasaray şirkəti tərəfindən inşa edilən Səbail rayonundakı Nizami küçəsi, 706-cı məhəllədə yerləşən elit binanın sakinlərinə gözlənilmədən beş ildən çox əvvəl aldıqları mənzilləri dərhal boşaltmaq əmri verildi.
Kiçik Mahmudov iddia edir ki, 15 il əvvəl, atası hüquq-mühafizə orqanının pərdəsi altında cinayətkar qrup idarə edərkən binanın 14-cü mərtəbəsində 202 və 453 kvadratmetrlik iki mənzil alıb. Lakin əmlakın hazırkı sahibləri – Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə – təmir olunmamış, mayak kimi binanı 2021-ci ildə Dolçasaraydan aldıqlarını, onları yaşayış üçün yararlı vəziyyətə gətirdiklərini, çoxdan köçdüklərini və ünvanda qeydiyyatda olduqlarını iddia edirlər. Şövkət Əliyevanın rəsmi mülkiyyət sənədi var.
Eldar Mahmudov hörmətli bir insan kimi şəhərdə gəzir… hətta məhkəmə işlərində qalib gəlir!
Hər üç ailənin alqı-satqı müqaviləsi bütün qanuni rəsmiyyətlərə uyğun olaraq imzalansa da, ötən yaz onlar ərazilərini boşaltmaq üçün məhkəmə qərarı alıblar. Sonradan məlum oldu ki, Ə.Mahmudovun tikinti şirkətinə qarşı ödədikləri mənzillərlə bağlı məhkəmə iddiası 2021-ci ildən bəri davam edirdi. Lakin qanuni sahiblər olaraq, onlar nəinki prosesdə iştirak etməli hesab edilməyiblər, hətta proses barədə məlumatlandırılmayıblar.
Gözlənilmədən evsizliklə üzləşən Əliyeva, Mirqasımov və Dadaşzadə Ali Məhkəmənin Plenumuna müraciət edərək əvvəlki qərarın ləğv edilməsini və işlərinə yenidən baxılmasını xahiş etdilər. Lakin onların apelyasiya şikayəti əsaslı səbəblər göstərilmədən rədd edildi.
Əmlak iddiaçısı A. Mahmudovun sözlərinə görə, 2007-ci ilin yanvar ayında əmisi Fərhad Məlikov və Dolçasaray arasında 14-cü mərtəbədəki üç mənzilin alqı-satqı müqaviləsi imzalanıb. Məlikov daha sonra onların qardaşı oğlunun adına keçirilməsini istəyib.
Mübahisəli əmlakın hazırkı qanuni sahibləri sənədləri müstəqil şəkildə yoxlamaq və mövqelərini sübut etmək məcburiyyətində qalaraq, müqavilədə göstərilən mənzillərin göstərilən sahəyə uyğun olmadığını və ödəniş sənədlərinin və Mahmudovun imzasının olmadığını iddia edirlər. Bundan əlavə, hətta əmlaklarını satın almamışdan əvvəl də məhkəmə şirkətlə Mahmudov arasındakı müqaviləni etibarsız elan etdi.Eldarın oğlu Anar Mahmudov qaçır. Lakin o, Bakıda mənzilləri ələ keçirir və məhkəmələrdə qalib gəlir.
Bundan əlavə, keçmiş nazirin nəslindən olan şəxs məhkəməyə müraciət etməzdən çox əvvəl tikinti şirkəti Yasamal Rayon Məhkəməsinə iddia qaldıraraq müqavilənin ləğvini tələb etmiş və heç bir satış baş tutmadığını və mənzillərin pulunun ödənilmədiyini iddia etmişdi. Bu, tamamilə məntiqlidir – o vaxt, 2007-ci ildə Mahmudovları kim məcbur edə bilərdi ki, kim kiməsə bir şey üçün pul ödəsin? 2020-ci ilin iyul ayında məhkəmə Dolçasarayın iddiasını təmin etdi. Qərar qüvvəyə mindikdən sonra mənzillər adi vətəndaşlara satıldı.
Lakin yeddi ay sonra, 2021-ci ildə Mahmudov klanının nümayəndəsi Səbail Rayon Məhkəməsində mənzillərin geri qaytarılması tələbi ilə iddia qaldırdı. Lakin burada belə, onlar məyusluqla qarşılandılar: hər şeyə qadir olan, cinayətkar nazirin dövrü çoxdan geridə qalmışdı və Səbail Məhkəməsi, daha sonra isə Apelyasiya Məhkəməsi ödənişi təsdiq edən sənədlərin – ödəniş cədvəllərinin, qəbzlərin və çıxarışların olmamasını əsas gətirərək iddiaçının iddiasını rədd etdi.
Buna baxmayaraq, bütün uyğunsuzluqlara göz yumaraq Ali Məhkəmə 2023-cü ildə Anar Mahmudovun iddiasını təmin etdi və iş icra üçün göndərildi. Lakin Səbail Məhkəmə İcra Departamenti yoxlama zamanı 14-cü mərtəbədə iddiada göstərilən ölçüdə mənzillərin olmadığını müəyyən etdi. Lakin Mahmudovlar israr etdilər və onların nümayəndələri yenidən Səbail Məhkəməsinə müraciət etdilər. Məhkəmə yerindən kənar iclas keçirdi və layihə sənədlərinə və Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən 2024-cü ilin oktyabrında tələb olunan ölçüdə mənzillərin mövcud olmadığına qərar verdi.
Bakı Apelyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladı. Həmin “nümayəndə” daha sonra yeni bir iddia qaldırdı və bu dəfə sakinlərin 14-cü mərtəbədəki üç mənzildən çıxarılmasını tələb etdi. Bütün qanuni hallara baxmayaraq, Apelyasiya Məhkəməsi bu iddianı qüvvədə saxladı.Mahmudovlar növbəti dəfə Bakının sərvətinin böyük bir hissəsini ələ keçiriblər.
“Mahmudovun apelyasiya müddəti çoxdan bitib, amma heç kim buna əhəmiyyət verməyib. Apelyasiya məhkəməsi evdən çıxarılma əmri verib və mülkiyyət sənədimizi ləğv edib. Bəs vicdanlı alıcılar olan bizlərlə nə olacaq? 2025-ci ilin aprel ayında eyni məhkəmə bu ölçülü mənzillərin mövcud olmadığına qərar verib və bizə kompensasiya tələb etməyimizi təklif edib. Və səkkiz ay sonra evdən çıxarılma əmri verib”, – sakinlər çiyinlərini çəkiblər.
Haqqin.az saytı Mahmudovla müqavilə imzalandığı dövrdə orada işləmiş keçmiş Dolçasaray rəhbərləri ilə əlaqə saxlayıb. Onların məlumatına görə, 2006-cı ilin sentyabr ayında Eldar Mahmudovun adından hərəkət etdiklərini iddia edən mülki geyimli iki kişi şirkətin Səbail rayonu, Nizami küçəsi 96 ünvanında yerləşən ofisinə gəliblər. Onlar mühasibə və sədrə tikintisi davam edən binada mənzilləri barter və ya nağd pul yolu ilə almaq niyyətində olduqlarını bildiriblər. Daha sonra çox sayda imzalanmış və möhürlənmiş müqavilələri və boş formaları tələb edib aparıblar.
Bir müddət sonra eyni “mülki geyimlilər” guya imzalanmış müqavilələr gətirdilər, lakin onların sahəsi binanın layihəsinə uyğun gəlmədi. Sənədlər əvvəlcə Anar Mahmudovun əmisi Fərhad Məlikovun, daha sonra isə Mahmudovun öz adına verildi. Lakin əslində heç bir ödəniş edilmədi.
Tikinti şirkətinin keçmiş işçiləri iddia edirlər ki, “O vaxt 14-cü mərtəbə hələ tikilməmişdi. Eldar Mahmudovun işdən çıxarılmasından sonra (daha doğrusu, yalnız işdən çıxarıldıqdan sonra – red.) şirkət dəfələrlə ödəniş bildirişləri göndərsə də, pul heç vaxt gəlməyib. Bunun əvəzinə, Mahmudov öz adamları vasitəsilə mənzillərdən imtina etdiyini elan edib”.
Ali Məhkəmənin mövqeyi qəribədir… Düşünün!
Eyni zamanda, Dolçasaray müqavilələrin ləğvi tələbi ilə məhkəməyə müraciət edib. Lakin tikinti şirkəti Mahmudova iddia etdiyi mənzillər üçün kompensasiya ödəməkdən imtina edir. Yeganə şərt onun ödəniş cədvəllərini, qəbzləri və təsisçilərin iclasının protokolundan çıxarışı təqdim etməsidir. Lakin bu sənədlər yoxdur, çünki heç bir ödəniş edilməyib. Şirkət bunu məhkəmədə sübut edib.
Görünür, hər şey aydındır və qanuni olaraq haqlıdır: kirayə haqqını ödəyən şəxs ev sahibidir. Lakin qanuni sahiblər – Əliyeva, Mirqasımov və Dadaşzadə hələ də qeyri-müəyyən vəziyyətdədirlər və hələlik heç kim onlara öz mənzillərində dinc həyat təmin etməyib. Mahmudovlar özlərinə məxsus heç nəyi, təkcə özlərini deyil, əllərindən buraxmayacaqlar…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində baş vermiş hadisə bir daha göstərdi ki, bəzi radikal qruplar siyasi fikir müxtəlifliyini təxribat və ixtişaşla qarışdırmağa davam edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində baş vermiş hadisə bir daha göstərdi ki, bəzi radikal qruplar siyasi fikir müxtəlifliyini təxribat və ixtişaşla qarışdırmağa davam edirlər. Dövlət başçısının təhlükəsizliyinə yönəlmiş hər hansı fiziki müdaxilə cəhdi artıq siyasi mövqe deyil bu, açıq təhlükəsizlik təhdididir. Vaşinqton şəhərində, Waldorf Astoria mehmanxanasının qarşısında törədilən hərəkətlər nə ifadə azadlığıdır, nə də müxalifətçilik. Bu radikal ixtişaşçılıqdır. Müxalifətçilik siyasi alternativ təqdim etməkdir. Dövlətin rəhbərinə qarşı fiziki təhdid isə qanunazidd və məsuliyyətsiz davranışdır.
Xüsusilə beynəlxalq tədbir çərçivəsində, ev sahibi ölkənin təhlükəsizlik perimetri daxilində belə təxribat törətmək Azərbaycanın imicinə zərbə vurmaqdan başqa heç nəyə xidmət etmir. Tarix də göstərir ki, bu cür radikal üsullar heç zaman nəticə verməyib. Əksinə, ölkəmizin artan nüfuzuna və diplomatik mövqelərinə xələl gətirmək cəhdindən başqa bir məna daşımayıb.
Hesab edirəm ki, dövlətçilik məsələsi siyasi baxışlardan üstündür. Azərbaycan dövləti və onun rəhbərliyi beynəlxalq platformalarda ölkəmizi təmsil edərkən, hər bir vətəndaş fərqli mövqedə olsa belə milli maraqları şəxsi və ya qrup ambisiyalarından üstün tutmalıdır. Bir siyasi partiya olaraq bu cür təxribatçı və radikal hərəkətləri qətiyyətlə pisləyirik. Siyasi mübarizə yalnız hüquqi çərçivədə, sivil və mədəni üsullarla aparılmalıdır. Dövlətimizin təhlükəsizliyinə və beynəlxalq nüfuzuna yönələn istənilən addım qəbuledilməzdir.
Azərbaycanın artan gücü və beynəlxalq mövqeyi bu cür ucuz təxribatlarla sarsıla bilməz. Dövlətçilik məsuliyyəti hər kəs üçün qırmızı xətt olmalıdır.