Elm və təhsil - Təhsil Media
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
17 sentyabr 2026-cı il tarixində keçirilən Baku ID 2026 innovasiya tədbirində SABAH tələbələri və SABAH məzunu bir sıra texnoloji və startap layihələri ilə təmsil olunublar.
Tehsilmedia.com xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qruplarının tələbələri Murad Qaramollayev, Həsən Dadaşzadə, Amal Mirzəyev və Azər Vəliyev tədbirdə ASTRYX layihəsini təqdim ediblər. ASTRYX kommersiya balıqçılığı üçün hazırlanmış dəniz intellekti platformasıdır və süni intellekt əsaslı balıq zonası proqnozlaşdırmasını sualtı avtonom drondan əldə olunan real məlumatlarla birləşdirir.
ADNSU SABAH tələbələri Cavidan Aşurlu və Nərgiz Heydərli isə PhantomX süni intellekt əsaslı kibertəhlükəsizlik platforması ilə çıxış ediblər. Layihə daha əvvəl Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində birinci yerə layiq görülüb.
Azərbaycan Texniki Universitetinin SABAH tələbəsi Kənan Rzayev tədbirdə ChatX startapını təqdim edib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap Şəhadətnaməsi” alıb.
AzTU SABAH məzunu Şahin Xəlilov isə AZIRRIGATION ağıllı suvarma layihəsini təqdim edib. Süni intellekt, IoT və sensor texnologiyalarına əsaslanan sistem torpağın nəmlik səviyyəsini, hava şəraitini və digər göstəriciləri analiz edərək suvarma prosesinin avtomatlaşdırılmasına, su resurslarından daha səmərəli istifadəyə və məhsuldarlığın artırılmasına xidmət edir. Layihə müxtəlif yerli və beynəlxalq innovasiya platformalarında da təqdim olunub.
Baku ID 2026-da iştirak tələbəlik dövründə formalaşan innovativ ideyaların real texnoloji məhsullara və startap təşəbbüslərinə çevrilə bildiyini nümayiş etdirib. Təqdim olunan layihələr süni intellekt, kibertəhlükəsizlik, aqrotexnologiya, dəniz texnologiyaları və rəqəmsal həllər kimi aktual istiqamətləri əhatə etməklə SABAH ekosistemində formalaşan innovasiya və sahibkarlıq potensialını bir daha ortaya qoyub.
Kənd məktəbindən böyük uğur
Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbinin şagird və məzunları 2014–2026-cı illərdə muxtar respublika, respublika və beynəlxalq səviyyəli müxtəlif müsabiqə, olimpiada və layihələrdə uğurlar əldə ediblər.
Tehsilmedia.com “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, qeyd olunan dövrdə məktəbin 83 məzunu müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Məktəbin 1 məzunu isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
Məktəb məzunları arasında 1 Prezident təqaüdçüsü və 4 “Qızıl nişan” laureatı var. Həmçinin 1 məzun İDDA-nın “Technest” Təqaüd Proqramının qalibi olub.
Şagirdlər fənn olimpiadaları və müsabiqələrində də yüksək nəticələr göstəriblər. Belə ki, Respublika Fənn Olimpiadasında 2 qızıl və 1 gümüş, Respublika Fənn Müsabiqəsində isə 1 qızıl və 1 gümüş medal əldə edilib.
Riyaziyyat və məntiq istiqamətində keçirilən yarışlarda da məktəbin şagirdləri fərqləniblər. Riyaziyyat-Məntiq Olimpiadasında 1 qızıl, 2 gümüş və 1 bürünc medal, SASMO Beynəlxalq Yarışında 2 bürünc medal qazanılıb. “KINGS” müsabiqəsində isə 1 qızıl medal və 1-ci dərəcəli sertifikat əldə olunub.
STEAM və innovasiya yarışlarında məktəb 2 qızıl, 4 gümüş və 4 bürünc medala layiq görülüb.
Məktəbin şagirdləri informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal layihələr sahəsində də uğurlar qazanıblar. Almaniyanın Constructor Universiteti və İDDA-nın təşkilatçılığı ilə keçirilən “Digital Azerbaijan Talent School – Girls in IT” proqramının məzunu olan məktəb təmsilçisi, həmçinin “KvantSafe” kibertəhlükəsizlik sistem layihəsi və “SafeOrbitNet” mobil tətbiq layihəsi üzrə qalibiyyət əldə edilib.
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Bakı Dövlət Universitetinin (BDU) iki innovativ layihəsi ilk dəfə olaraq dünyanın nüfuzlu təhsil mükafatlarından biri olan “QS Reimagine Education Awards 2026” yarışmasının qısa siyahısına daxil olub. Belə ki, İngiltərənin London şəhərində keçiriləcək yarışmada BDU “An AI-Powered Lifelong Learning Digital Twin Ecosystem” və “NeuroLearn BSU” adlı iki layihə ilə təmsil olunacaq.
Tehsilmedia.com xəbər verir ki,"An AI-Powered Lifelong Learning Digital Twin Ecosystem” layihəsi süni intellekt texnologiyalarından istifadə etməklə ömürboyu öyrənmə prosesinin fərdiləşdirilməsinə və inkişafına yönəlib.
“NeuroLearn BSU” layihəsi isə innovativ texnologiyalar vasitəsilə öyrənmə prosesinin yeni imkanlarının araşdırılmasını və təhsil təcrübəsinin müasir yanaşmalar əsasında inkişaf etdirilməsini hədəfləyir.
“QS Reimagine Education Awards” təhsil sahəsində innovativ yanaşmaları, texnologiyaların tətbiqini və təhsilin gələcəyinə yönəlmiş qabaqcıl layihələri qiymətləndirən beynəlxalq platformalardan biridir.
2026-cı il üzrə müsabiqəyə 15 mükafat kateqoriyası üzrə 2 200-dən çox layihə təqdim olunub. Layihələrin ilk qiymətləndirmə mərhələsi 1 000-dən çox beynəlxalq hakim tərəfindən həyata keçirilib. BDU-nun hər iki layihəsi yüksək rəqabətin müşahidə olunduğu seçim mərhələsindən keçərək təqdim olunan layihələrin ən yaxşı 25 faizi sırasına daxil olub və Londonda təmsil olunmaq haqqı qazanıb.
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək.
Tehsilmedia.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu prosesə 2027-ci ildən başlanılacaq.
Eşqi Bağırov qeyd edib ki, həmin müəllimlərin seçimi müəyyən meyarlar üzrə aparılacaq:
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
18 sentyabr - Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Səmanın ritmi” musiqi müsabiqəsi keçirilib.
Tehsilmedia.com xəbər verir ki, müsabiqə çərçivəsində Konservatoriyanın 7 tələbəsi ümumilikdə 21 instrumental kompozisiya təqdim edib. Peşəkar münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək xal toplayan üç iştirakçı qalib elan olunaraq mükafatlandırılıb.
Seçilmiş üç kompozisiyanın yaxın aylarda Azərbaycan Hava Yolları reyslərində sərnişinlərin qarşılanması və yola salınması zamanı, həmçinin uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur.
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
"Gərək çalışasan, öz üzərində işləyəsən, özünü inkişaf etdirəsən ki, iş tapa biləsən. Yoxsa hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq. Yəni burada yenə gəlib çıxıram ki, bu, bizim özümüzdən asılı olan məsələdir".
Tehsilmedia.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov feysbuk hesabında açdığı canlı yayım zamanı səsləndirib.
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Peşə təhsili alan tələbələr müxtəlif səbəblərdən təhsil aldıqları ixtisası və ya müəssisəni dəyişmək istəyə bilərlər. Bu zaman onların belə bir imkanının olub-olmaması, köçürülmənin hansı qaydada həyata keçirilməsi və bunun üçün hansı şərtlərin tələb olunduğu maraq doğurur.
Bəs peşə təhsili müəssisələrində ixtisası və ya təhsil müəssisəsini dəyişmək mümkündürmü?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, peşə təhsilində 6 aylıq, 1 illik, 2 və 3 illik peşə təhsilləri var:
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
Məktəblərdə şagirdlərin dərs yükü ilə bağlı müzakirələr hər tədris ilində gündəmə gələn məsələlərdəndir. Xüsusilə bəzi ümumtəhsil müəssisələrində 6-7-ci siniflərdən etibarən dərslərin 8-ci saata qədər davam etməsi şagirdlərin gün ərzində məktəbdə keçirdiyi vaxtı artırır. Bu isə uzunmüddətli dərs rejiminin uşaqların fiziki və zehni yorğunluğuna təsiri ilə bağlı suallar yaradır.
Bəs 6-7-ci sinifdən etibarən şagirdlərin 8-ci saata qədər dərsdə olması onların üzərində əlavə yük yaradırmı?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev  bildirib ki, orta ümumtəhsil məktəblərində gündə 6 dərsdən artıq dərs saatının müəyyənləşdirilməsi düzgün deyil:
"Tədris proqramına baxsaq, əgər proqram, tutaq ki, 30, 31, 32 və ya 33 saatı əks etdirirsə, bunu müəyyən qədər nizamlayaraq 30 saata çatdırmaq və həftənin 5 gününün hər birində maksimal 6 dərs saatı müəyyənləşdirmək olar. Əgər həftəlik dərs saatı 31-32 saatdırsa, bəzi günlərdə son saatlara idman, texnologiya kimi dərsləri salmaq mümkündür. Hesab edirəm ki, bizdə dərs cədvəlinin tənzimlənməsində məktəb rəhbərlikləri tərəfindən müəyyən səhlənkarlıqlar və problemlər də mövcuddur.
Baxırsan ki, şagirdin 6 saat dərsi var və həmin 6 saatın 5-i əsas fənlərə ayrılıb. Əslində belə olmamalıdır. Əgər 6 saat dərs varsa, bunu 3 saat əsas, 3 saat isə köməkçi fənlər olmaqla bölmək olar. Yaxud 4 əsas, 2 köməkçi fənn prinsipi ilə tənzimləmək mümkündür. Daha ağır dərsləri, xüsusilə riyaziyyat, fizika, kimya kimi əsas fənləri ilk saatlara salmaq lazımdır ki, şagird təmiz və yeni başlamış halda bu dəqiq və texniki fənlərə daha yaxşı adaptasiya ola, onları daha yaxşı öyrənə bilsin".
Ekspert qeyd etdi ki, son dərs saatlarında şagirdlərdə artıq müəyyən yorğunluq yaranır.
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının genişləndirilməsi məqsədilə «Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”na tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılır.
Bu barədə Tehsilmedia.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, eyni zamanda təqdim edəcəkləri məkan təhlükəsizlik və sanitariya-gigiyena normalarına tam cavab verməlidir.
Bununla yanaşı, təlim qruplarının fəaliyyəti hər qrupda 4–8 nəfər uşaq olmaqla, həftədə 4 gün və gündəlik 2–2,5 saatlıq tədris rejimi əsasında təkil edilir. Tədris prosesi oyun əsaslı və məktəbəhazırlıq yönümlü keçiriləcək, qrupların fəaliyyəti isə mentor və metodist heyəti tərəfindən mütəmadi olaraq dəstəklənəcək və monitorinq ediləcək.
Qeyd edək ki, müraciət üçün son tarix 23 sentyabr 2026-cı il olaraq müəyyən edilib. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
MİQ-də yüksək bal toplayan, lakin orta ixtisas təhsili olduğu üçün vakansiya seçə bilməyən namizədlərin narazılığı diplom səviyyəsinin müsabiqədə yaratdığı üstünlüklərlə bağlı suallar doğurur.
Maraqlıdır, namizəd imtahanda yüksək nəticə göstərdiyi halda yalnız orta ixtisas təhsili olduğu üçün daha aşağı bal toplayan ali təhsilli namizəddən geridə qalırsa, bu yanaşma MİQ-də bilik və bacarığa əsaslanan rəqabət prinsipinə nə dərəcədə uyğundur?
Tehsilmedia.com  bildirir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli qeyd edib ki, burada əsas məsələ diplom səviyyəsi ilə imtahan nəticəsinin müsabiqə prosesində necə balanslaşdırılmasıdır:
"Ali təhsilin daha yüksək təhsil pilləsi olması və müəyyən üstünlüklərə malik olması başadüşüləndir. Lakin MİQ kimi rəqabətli bir seçim prosesində namizədin konkret imtahanda göstərdiyi nəticənin də əhəmiyyətli çəkisi olmalıdır. Əgər bir namizəd yüksək bal toplayır, digər namizəd isə daha aşağı nəticə göstərir, lakin yalnız təhsil səviyyəsinə görə daha üstün mövqedə dayanırsa, burada imtahan nəticəsinin seçim prosesində hansı funksiyanı daşıdığı barədə sual yaranır.
Hesab edirəm ki, təhsil səviyyəsi və imtahan nəticəsi bir-birinə alternativ kimi deyil, bir-birini tamamlayan meyarlar kimi qiymətləndirilə bilər. Diplom namizədin əldə etdiyi təhsil bazasını göstərir, imtahan nəticəsi isə həmin müsabiqə çərçivəsində bilik və hazırlıq səviyyəsini ortaya qoyur. Buna görə də yüksək nəticə göstərən orta ixtisas təhsilli namizədin nəticəsi yalnız diplom səviyyəsinə görə arxa plana keçməməlidir. Əksinə, onun topladığı balın seçim imkanlarında müəyyən real qarşılığı olması daha balanslı yanaşma yarada bilər.
Burada mən ali təhsilin üstünlüyünün tamamilə aradan qaldırılmasını doğru hesab etmirəm. Məsələ daha çox ondan ibarətdir ki, müxtəlif təhsil səviyyələrinə malik namizədlər arasında rəqabət zamanı meyarların təsiri aydın şəkildə müəyyənləşdirilsin. Namizəd imtahana hazırlaşır, müəyyən nəticə əldə edir və həmin nəticəyə əsasən seçim etmək gözləntisi yaranır. Ona görə də nəticənin sonrakı mərhələdə nə dərəcədə nəzərə alındığı namizəd üçün aydın olmalıdır".
Orta ixtisas təhsilli namizədlərin imkanlarının da daha dəqiq və balanslı şəkildə tənzimlənməsinin tərəfdarıyam:
"Məsələn, yüksək bal toplamış orta ixtisaslı namizədlər üçün müəyyən vakansiyalar üzrə əlavə seçim imkanlarının yaradılması və ya onların nəticələrinin yerləşdirmə zamanı daha əhəmiyyətli şəkildə nəzərə alınması kimi mexanizmlər müzakirə edilə bilər. Bu, həm yüksək nəticənin motivasiyaedici rolunu qoruyar, həm də müxtəlif təhsil səviyyələri arasında müəyyən balans yarada bilər.