Dünya - Təhsil Media
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Tbilisidə yerləşən 20 uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.
Tehsilmedia.com APA-ya istinadən xəbər verir ki, hazırkı mərhələdə 55 uşaqda və bir tərbiyəçidə zəhərlənmə əlamətləri müşahidə olunur.
Həmin şəxslər tibbi yardım üçün Tbilisidəki 6 klinikaya müraciət ediblər.
Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti insan həyatına və sağlamlığına təhlükə olan qida məhsullarının hazırlanması və reallaşdırılması maddəsi üzrə istintaq tədbirlərinə başlayıb. İstintaq çərçivəsində uşaqların 50-dən çox qanuni nümayəndəsi və tibb müəssisələrinin əməkdaşları artıq dindirilib, 4 uşaq bağçasında və məkətəbəqədər təhsil müəssisələrini qida məhsulları ilə təchiz edən 3 şirkətdə axtarışlar aparılıb.
İntoksikasiyaya uşaq bağçalarında qəbul olunan qida məhsullarından qaynaqlanan bakterial infeksiyanın səbəb olduğu ehtimal edilir. Müvafiq ekspertiza nəticəsində konkret hansı məhsulun zəhərlənməyə səbəb olduğu müəyyən ediləcək.
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Belçikanın paytaxtı Brüsseldə 5 minə yaxın tələbə universitetlərdə təhsil haqlarının artırılmasına və ali təhsildə akademik tələblərin sərtləşdirilməsinə etiraz edib.
Tehsilmedia.com xarici mediaya istinadən xəbər verir ki, tələbələr Belçikada fransızdilli universitet və ali məktəb tələbələrini təmsil edən FEF-in çağırışı ilə Brüsselin Mərkəzi Dəmiryol Vağzalı qarşısında toplaşıblar.
Onlar əsas yollarla yürüş edərək Valoniya-Brüssel Federasiyası hökumətinin binası qarşısına gəliblər.
Etirazçılar illik tam təhsil haqqının 835 avrodan 1194 avroya qaldırılmasına, həmçinin tələbələrin təhsillərini müəyyən müddətdə başa çatdırmasını tələb edən akademik şərtlərin sərtləşdirilməsinə qarşı çıxıblar.
Tələbələr, həmçinin yaşayış, nəqliyyat, qidalanma və dərs materiallarının qiymətlərinin artmasına etiraz ediblər.
Kitab oxuyanlara pul veriləcək
Sinqapur hökuməti sosial şəbəkələrdə və internetdə mənfi xəbərləri fasiləsiz izləmə vərdişi ilə mübarizə aparmaq üçün yeni təşəbbüsə başlayıb.
Tehsilmedia.com xəbər verir ki, proqram çərçivəsində vətəndaşlar hər gün ən azı 15 dəqiqə kitab oxuduqlarını xüsusi platformada qeyd etdikdə 1 Sinqapur dolları qazanırlar.
Bu ay tətbiqinə başlanılan layihənin əsas məqsədi insanların diqqətini artırmaq, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və oxu vərdişlərini gücləndirməkdir.
Sinqapur Milli Kitabxana Şurasının rəhbəri Melissa Tam bildirib ki, oxu vərdişləri kiçik və əlçatan addımlarla formalaşır. Onun sözlərinə görə, layihə insanların gündəlik həyatında kitaba daha çox yer ayırmasını təşviq etmək məqsədi daşıyır.
Bundan əlavə, hökumət gənclərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif variantları da nəzərdən keçirir.
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır
Türkiyənin İzmir şəhərindəki "Makbule Süleyman Alkan" orta məktəbində 27 cüt əkiz təhsil alır.
Tehsilmedia.com "Haber7"yə istinadən xəbər verir ki, məktəb 2003-cü ildən Buca rayonunda fəaliyyət göstərir və təxminən 1 600 şagird orada təhsil alır.
Bu tədris ilində məktəbin məktəbəhazırlıq qrupunda bir cüt, altıncı və yeddinci siniflərində hər birində dörd cüt, beşinci və səkkizinci siniflərində isə hər birində doqquz cüt əkiz oxuyur.
Məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Yaponiyanın Osaka şəhərində orta məktəb şagirdinin sinifdə bibər qazı püskürtməsi nəticəsində azı 24 nəfər xəsarət alıb.
Tehsilmedia.com azedu-az-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanların vəziyyəti ağır deyil və onların hamısı şüurludur.
Toronto Universitetinin azərbaycanlı məzununun adı Kanadada əbədiləşdirilib
Kanadanın nüfuzlu Toronto Universitetinin Mühəndislik Elmləri proqramının məzunu Emil Kərimov təhsilə verdiyi töhfə ilə diqqət çəkib.
Tehsilmedia.com xəbər verir ki, bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı "Facebook" səhifəsində yazıb.
O bildirib ki, E.Kərimov universitetə ianə edərək təhsilin inkişafına və gələcək nəsillər üçün geniş imkanların yaradılmasına dəstək göstərib:
"Emil Kərimovun xeyirxah təşəbbüsü yüksək qiymətləndirilib və adı təhsilə verdiyi töhfənin rəmzi olaraq Toronto Universitetinin həyətində yerləşən, elm və təhsilin inkişafında mühüm xidmətləri olan şəxslərin adlarının həkk olunduğu xüsusi daş lövhədə əbədiləşdirilib.
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Türkiyənin İstanbul şəhərində maddi çətinlik yaşayan şagirdlərə hər ay 2 min lirə veriləcək.
Tehsilmedia.com azedu.az-a istinadən xəbər verir ki, İstanbulda maddi çətinlik yaşayan şagirdlərin məktəb bufetlərində istifadə edə bilməsi üçün xüsusi kartlara hər ay 2 min lirə yüklənəcək.
2026-2027-ci tədris ilində başlayan layihə çərçivəsində artıq 50 min şagirdə dəstək göstərilir. Layihənin əhatə dairəsinin 100 min şagirdə çatdırılması nəzərdə tutulur.
Şagirdlərə verilən kartlardan yalnız məktəb bufetlərində istifadə etmək mümkündür. Kartdakı vəsait nağdlaşdırıla və ya məktəbdən kənarda xərclənə bilməz.
Layihədən şəhid və qazi övladları, yetim və valideyn himayəsindən məhrum uşaqlar, əlilliyi olan şagirdlər, valideynləri ayrılmış və ya valideynlərindən biri həbsdə olan uşaqlar, eləcə də sosial risk qrupuna daxil edilən şagirdlər yararlana biləcəklər.
26 şagird toyuq dönərindən zəhərlənib
Türkiyənin Qaziantep vilayətinin Nizip rayonunda internat tipli Quran kurslarının 26 şagirdi toyuq dönəri yeyəndən sonra zəhərlənib.
Tehsilmedia.com "Haber Global"a istinadən xəbər verir ki, şagirdlər xəstəxanaya yerləşdiriliblər, hazırda vəziyyətləri yaxşıdır.
Hadisə Nizip rayonunun Çanakçı məhəlləsində baş verib. İddiaya görə, internat tipli Quran kursunda bir xeyriyyəçi tərəfindən kənardan gətirilən toyuq dönərini yediyi irəli sürülən 26 şagirdin halı pisləşib.
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Türkiyədə yeni tədris ili ərəfəsində üç məktəbə silahlı hücum etməyə hazırlaşan şəxslərə qarşı əməliyyat keçirilib.
Tehsilmedia.com “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, Baş Prokurorluğun koordinasiyası ilə C31K adlı cinayət qruplaşmasına qarşı  mərkəzi Ankarada olmaqla 22 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 19-u cinayət prosesinə cəlb olunan uşaq olmaqla, 32 şübhəli barədə saxlanılma qərarı verilib, onlardan 27-si tutulub.
Araşdırma zamanı şübhəlilərin “Telegram”, “Discord”, “X” və “YouTube” başda olmaqla müxtəlif sosial media və kommunikasiya platformalarında qanunsuz məzmunlar yaydıqları müəyyən edilib. Onların uşaqlara aid cinsi xarakterli görüntülərin paylaşılması, milli və mənəvi dəyərləri təhqir edən materialların yayılması, heyvanlara işgəncə verilməsi və öldürülməsinə dair görüntülərin paylaşılması kimi əməllərdə iştirak etdikləri bildirilib.
İstintaq zamanı qruplaşma üzvlərinin həmçinin ictimai həssaslıq doğuran hadisələrdən və tanınmış şəxslərin yaxınlarının itkisindən istifadə edərək onların ailə üzvlərinin ünvanlarına saxta məlumatlar göndərdikləri, hədə-qorxu, şantaj, təhqir və cəmiyyətdə qorxu və təşviş yaratmağa yönəlmiş məzmunlar yaydıqları müəyyənləşdirilib.
Ən ciddi məqam isə şübhəlilərin yeni tədris ilinin başlanması zamanı üç müxtəlif vilayətdə yerləşən üç məktəbə silahlı hücum hazırlığında olduqlarına dair paylaşımlar etmələri olub.
Məktəblərdə telefon qadağası olan ölkələr PISA-da daha yüksək nəticə göstərir?
OECD ölkələrində şagirdlərin təxminən yarısı artıq mobil telefon istifadəsinin qadağan olunduğu məktəblərdə təhsil alır. Lakin PISA 2025-in yeni nəticələri göstərir ki, telefon məhdudiyyətləri ilə akademik nəticələr arasındakı əlaqə ilk baxışdan göründüyü qədər sadə deyil.
OECD-nin sonuncu Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (PISA) nəticələrinə əsasən, 2025-ci ildə OECD ölkələrində 15 yaşlı şagirdlərin 49 faizi mobil telefon istifadəsinin məktəb ərazisində qadağan olunduğu məktəblərdə təhsil alıb. 2022-ci ildə bu göstərici 34 faiz idi.
Bəzi təhsil sistemlərində telefon qadağaları daha geniş tətbiq olunur. 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində şagirdlərin 90 faizi, Honq Konqda (Çin) isə 85 faizi telefon istifadəsinin qadağan olunduğu məktəblərdə təhsil alıb.
Telefon məhdudiyyətlərinin genişlənməsi rəqəmsal cihazların şagirdlərin diqqətinə təsiri ilə bağlı narahatlığın artdığı bir dövrə təsadüf edir.
OECD ölkələri üzrə şagirdlərin 28 faizi bildirib ki, təbiət elmləri dərslərinin əksəriyyətində və ya hamısında sinif yoldaşları rəqəmsal cihazlar səbəbindən diqqətlərini yayındırırlar. PISA nəticələrinə görə, belə diqqət dağınıqlığını bildirən şagirdlər sosial-iqtisadi amillər nəzərə alındıqdan sonra belə təbiət elmləri üzrə orta hesabla 11 bal daha aşağı nəticə göstəriblər.
Telefon qadağalarının isə daha az diqqət dağınıqlığı olan sinif mühiti ilə əlaqəli olduğu görünür.
Telefon istifadəsinin qadağan olunduğu məktəblərdə təhsil alan şagirdlərin rəqəmsal diqqət dağınıqlığı bildirmə ehtimalı digər şagirdlərlə müqayisədə təxminən 13 faiz aşağı olub. Telefon qadağası olan məktəblərdə şagirdlərin təxminən 27 faizi rəqəmsal diqqət dağınıqlığı yaşadığını bildirib. Telefon qadağası və rəqəmsal cihazlardan istifadə ilə bağlı fənn üzrə xüsusi qaydaları olmayan məktəblərdə isə bu göstərici 32 faiz olub.
OECD həmçinin müəyyən edib ki, telefon qadağalarının daha geniş yayıldığı təhsil sistemlərində adambaşına düşən ÜDM fərqləri nəzərə alındıqdan sonra belə rəqəmsal diqqət dağınıqlığı səviyyəsi daha aşağı olub. 2022–2025-ci illərdə telefon qadağalarının genişlənməsi məktəbdə əyləncə məqsədilə rəqəmsal cihazlardan gündə bir saatdan az istifadə edən şagirdlərin payının artması ilə də əlaqələndirilib.
Lakin daha yüksək PISA nəticələri mütləq müşahidə edilməyib
Diqqətin yaxşılaşması ilə müəyyən əlaqə görünməsinə baxmayaraq, PISA 2025 telefon qadağalarının genişləndirilməsinin avtomatik olaraq daha yüksək akademik nəticələrə gətirib çıxardığına dair aydın sübut təqdim etmir.
Təhsil sistemləri səviyyəsində 2022–2025-ci illərdə telefon qadağalarının yayılmasındakı dəyişikliklərlə təbiət elmləri və oxu üzrə orta nəticələrdəki dəyişikliklər arasında əlaqə müəyyən edilməyib.
Daha maraqlısı isə budur ki, 2025-ci ildə telefon qadağalarının daha geniş yayıldığı ölkə və iqtisadiyyatlarda təbiət elmləri üzrə nəticələr orta hesabla daha aşağı olub.
Lakin OECD bu nəticənin telefon qadağalarının akademik göstəriciləri aşağı saldığı kimi şərh edilməməsi barədə xüsusi xəbərdarlıq edir. PISA müşahidəyə əsaslanan tədqiqatdır və bir amilin digərinə səbəb olduğunu müəyyən edə bilmir. Məsələn, nəticələri nisbətən aşağı olan təhsil sistemləri diqqət dağınıqlığı və öyrənmə çətinlikləri ilə mübarizə aparmaq üçün telefon qadağalarını daha geniş tətbiq etmiş ola bilər.
Ayrı-ayrı məktəblər səviyyəsində də mənzərə birmənalı deyil. OECD ölkələrində sosial-iqtisadi fərqlər nəzərə alındıqdan sonra telefon qadağası olan məktəblərdə təhsil alan şagirdlərin təbiət elmləri üzrə nəticələri orta hesabla təxminən 4 bal aşağı olub. Bununla belə, əlaqənin istiqaməti və gücü təhsil sistemləri arasında əhəmiyyətli dərəcədə fərqlənib.
Əsas problem telefon deyil, diqqət dağınıqlığı ola bilər
Nəticələr göstərir ki, təhsil sistemləri üçün əsas sual yalnız smartfonların məktəblərdə qadağan olunub-olunmaması deyil.
PISA 2025 rəqəmsal diqqət dağınıqlığı ilə zəif akademik nəticələr arasında formal telefon qadağaları ilə yüksək nəticələr arasındakı əlaqədən daha aydın bağlılıq göstərir.
Telefon qadağası və ya rəqəmsal cihazlardan istifadəyə dair fənn üzrə xüsusi qaydalar olan məktəblərdə ümumilikdə dərs zamanı diqqət dağınıqlığı və əyləncə məqsədli ekran istifadəsi daha aşağı olub. Lakin bu siyasətlər özlüyündə həmişə daha yüksək təbiət elmləri nəticələrinə çevrilməyib.
Nəticələr həmçinin göstərir ki, məktəblər telefon məhdudiyyətlərini texnologiyanın tədrisdə istifadəsini tənzimləyən qaydalarla getdikcə daha çox birləşdirirlər. 2025-ci ildə OECD ölkələrində şagirdlərin 71 faizi rəqəmsal cihazlardan tədris və öyrənmə prosesində istifadəyə dair fənn üzrə rəsmi qaydaların tətbiq olunduğu məktəblərdə təhsil alıb. Həm telefon qadağası, həm də rəqəmsal cihazlarla bağlı xüsusi qaydaları olan məktəblərdə təhsil alan şagirdlərin payı 2022–2025-ci illərdə əhəmiyyətli dərəcədə artıb.
Dünyanın müxtəlif ölkələrində smartfonların məktəbdə yeri ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda PISA 2025 daha mürəkkəb mənzərə ortaya qoyur: telefon qadağaları rəqəmsal diqqət dağınıqlığını azaltmağa kömək edə bilər, lakin təkcə telefonların qadağan edilməsi akademik nəticələrin avtomatik yüksəlməsinə zəmanət vermir.
Nəticə göstərir ki, məktəblər üçün əsas çağırış texnologiyanı tamamilə aradan qaldırmaqdan daha çox, şagirdlərin onu diqqət və öyrənmə prosesinə zərər vermədən nə zaman, nə üçün və necə istifadə etməli olduqlarını bildikləri mühit yaratmaqdır.