Araşdırma - Təhsil Media
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO publik hüquqi şəxsləri əsasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.
Yaradılan yeni agentliyin rəhbərinin kim olacağı da hazırda ciddi müzakirə mövzusudur.
Bu xüsusda Editor.az-ın əldə etdiyi məlumata görə, KOBİA-nın keçmiş İdarə Heyətinin sədri Orxan Məmmədov daha yüksək vəzifəyə irəli çəkiləcək.
İddialara görə, O.Məmmədovun olduqca geniş spektri əhatə edən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxsə icraçı direktor təyin ediləcəyi gözlənilir.
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-cü siniflərin monitorinqi başlayır. Və ölkə üzrə eyni mənzərə: regionallar, şəhərlər, qəsəbələr, kəndlər – hamı bir nəfər kimi “hazırlıq” rejiminə keçib. Kitablar aldırılır, əlavə dərslər salınır, müəllimlər dərsdən sonra saxlanılır, şagirdlər onlayn qoşulur, yay məktəbi, qış məktəbi, axşam dərsi, əlavə vəsait, əlavə test, əlavə stress…
Tehsilmedia.az qeyd edir ki, elə bir panika yaradılıb ki, guya aşağı bal gələcəyi halda müəllimin də, məktəbin də, rayonun da, regional idarənin də “başı kəsiləcək”. Hamı bir yolla nəticəni şişirtməyə, reallığı ört-basdır etməyə çalışır.
Sual sadədir: bu monitorinq nə üçündür?
Monitorinq – vəziyyəti ölçmək üçündür.
Monitorinq – problemləri görmək üçündür.
Monitorinq – real mənzərəni ortaya qoymaq üçündür.
Monitorinq hazırlıqla, əlavə dərslə, əlavə kitabla keçirilirsə, onun adı artıq monitorinq deyil. Onun adı oyundur, saxtalaşdırmadır, kollektiv özünüaldatmadır.
Əgər şagirdlər xüsusi hazırlaşdırılırsa, əgər valideynlərə kitab aldırılırsa, əgər müəllimlər “nə bahasına olursa-olsun nəticə yüksək olsun” təzyiqi altındadırsa – siz artıq təhsilin vəziyyətini yox, öz raportlarınızı qoruyursunuz.
Biz kimi aldadırıq? Özümüzü? Cəmiyyəti? Dövləti?
Monitorinq normalda bütün şagirdlər arasında hazırlıqsız keçirilməlidir. Nəticələr acı ola bilər – amma doğrudur. Doğru nəticə isə islahata aparır.
Amma siz nə edirsiniz?
Saxta nəticə əldə edirsiniz, sonra da çıxıb deyirsiniz:
proqramlar əladır,
dərsliklər mükəmməldir,
kurikulum problemsizdir,
uşaqlar yüksək səviyyədədir.
Halbuki məktəbdə bir dərsə girən hər kəs bilir ki, vəziyyət tamam başqadır.
ARTİ deyir: “Dərsliklərdən kim narazıdır?”
Məktəbdə otursaydınız, bilərdiniz.
Sinifdə dərs desəydiniz, eşidərdiniz.
Müəllimlərin illərdir dediyini dinləsəydiniz, görərdiniz.
Müəllimlərin canı çıxıb deməkdən ki:
dərsliklər ağırdır, mətnlər uyğunsuzdur, tapşırıqlar yaş səviyyəsinə uyğun deyil, məntiq yoxdur, ardıcıllıq yoxdur.
Amma nə edirsiniz?
Əvvəl dərslik üçün pul xərclənir,
sonra “təhlil” üçün yenidən pul,
sonra “yenidən yazılma” üçün bir də pul.
Bu pul bitmir? Bu iştaha doymur?
MÜTDA hara baxır?
Kim icazə verir əlavə kitab aldırmağa?
Kim icazə verir qanunsuz əlavə dərslər salmağa?
Kim icazə verir şagirdləri dərsdən sonra yenidən məktəbə çağırmağa?
Kim icazə verir müəllimi əlavə saxlamağa, əlavə yükləməyə?
Bunlar monitorinqə “hazırlıq” adı ilə edilirsə, bu artıq qanunun pozulmasıdır.
Üstəlik, siz bununla monitorinq nəticələrini saxtalaşdırırsınız, təhsil siyasəti ilə oynayırsınız,
dövlətə yanlış məlumat təqdim edirsiniz.
Bu nədir?
Nə istəyirsiniz?
Problemi gizlətmək?
Yalan statistikayla özünüzü qorumaq?
Reallığı ört-basdır edib kresloları saxlamaq?
Monitorinq oyun üçün deyil. İslahat üçündür.
Əgər monitorinqdən qorxursunuzsa, deməli problem var.
Əgər nəticəni süni qaldırırsınızsa, deməli sistem çürüyür.
Bu yolla nə təhsil düzələr, nə müəllim rahat nəfəs alar, nə də uşaq sağlam öyrənər.
Bu artıq monitorinq deyil.
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Valideyn komitəsi haqqında paylaşdığımız yazı demək olar ki, çox böyük bir tələbat kimi qarşılandı və sayta müraciətlər bitib tükənmək bilmədi. Narahatçılıqlar həddindən artıq çox idi. Bəzi məktəblərdə demək olar ki, valideyn komitəsi olmur. Müəllimlər bunun ayrı-seçkilik yaratdığını, həmçinin komitə olmayanda bütün valideynlərin məsuliyyəti eyni dərəcədə bölüşdüyü ü bildirir. Bəzi məktəblər isə həddini aşan şikayətlərə görə problemi arada qaldırmaq üçün komitədən istifadə etmirlər. Amma bununla yanaşı bir çox məktəblərdə hələ də valiyden komitəsi mövcuddur. Biz isə Tehsil. Media olaraq qanuni səviyyədə valideyn komitəsinin səlahiyyətlərini araşdırıb sizlərə təqdim edirik. Burada məqsəd “ola bilər”lə “ola bilməz”in sərhədini qarışdırmamaqdır.
1. Ünsiyyət və əməkdaşlıq – EDƏ BİLƏR
Sinifdə valideynlərin bir qismi dərs yükünün çoxluğundan narahatdır.
Valideyn komitəsi valideynlərin ümumi rəyini toplayır, bunu yazılı və ya mədəni şəkildə sinif rəhbərinə çatdırır, cavabı yenidən valideynlərlə paylaşır. Burada komitə tələb etmir, təzyiq göstərmir, sadəcə vasitəçi olur.
2. Maarifləndirici təşəbbüslər – EDƏ BİLƏR
Valideynlər uşaqlarda telefon asılılığından narahatdır. Valideyn komitəsi məktəbin psixoloqu ilə razılaşır, “Rəqəmsal asılılıq və ailə rolu” mövzusunda görüş təşkilini təklif edir,
iştirak könüllü olur. Komitə təhsil mühitinə dəstək verir, amma idarə etmir.
3. Könüllü sosial təşəbbüs – EDƏ BİLƏR
Sinifdə sosial durumu zəif olan uşaq var.
Valideyn komitəsi heç kimin adını çəkmədən, məcburi olmadan,
müəllim və rəhbərliklə razılaşdırılmış şəkildə yardım təşəbbüsü irəli sürür.
Burada uşağın kimliyi açıqlanmır, “hamı verməlidir” deyə mesaj yazılmır,verməyən qınanmır
4. Təhlükəsizlik və şəraitlə bağlı rəy bildirmək – EDƏ BİLƏR
Valideynlər məktəbin girişində nəzarətin zəif olduğunu düşünür. Valideyn komitəsi bunu rəsmi dildə məktəb rəhbərliyinə bildirir, “təhlükəsizliklə bağlı narahatlıq” kimi təqdim edir, qərarı məktəbin öz səlahiyyətinə buraxır. Komitə təklif edir, qərar vermir.
5. Ümumi tədbirlərə dəstək – EDƏ BİLƏR
Məktəbdə kitab oxu günü keçirilir. Valideyn komitəsi valideynləri təşviq edir,
könüllü iştirak yaradır, təşkilati dəstək verir. Amma müəllimə hədiyyə yığmaqu, uşağın qiymətinə təsir gözləmək,iştirak etməyənə irad tutmaq qadağandır.
İndi isə QANUNİ olaraq EDƏ BİLMƏZ – nümunələrlə təqdim edirik:
1. Pul yığımı təşkil etmək
“Sinif üçün lazımdır”, “hamı verir”, “komitə qərar verib” –qanunsuzdur.
“Bayram üçün müəllimə 20 manat yığılır”
Bu nə komitənin, nə də məktəbin səlahiyyətidir.
2. Müəllimə təsir etmək
“Bu müəllim sərtdir, dəyişdirin”
“Uşaqlara çox tapşırıq verir”
Qiymətləndirmə, metodika, müəllim seçimi komitənin işi deyil.
3. Şagirdin şəxsi məsələlərini müzakirə etmək
“Filankəsin uşağı bitlidir”, “Bu uşaq həmişə natəmiz gəlir”. Bu artıq:
etik yox, qanun pozuntusudur (şəxsi məlumat).
4. Təzyiq və damğalama
“Pul verməyən valideynlər məsuliyyətsizdir”
“Komitəyə qarşı çıxanlar problemlidir” Bu, valideyn hüquqlarının pozulmasıdır.
Tehsilmedia.az qeyd edir ki, valideyn komitəsi edə biləcəkləri ilə məktəbə fayda verə, etməməli olduqları ilə isə uşağa ciddi zərər verə bilər.
Qanun deyir ki, Valideyn komitəsi tərəfdaşdır, nəzarətçi deyil. Onun səlahiyyəti təklifə qədərdir, qərara qədər yox.
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Birinci sinif – uşağın həyatında yeni bir mərhələdir. Ailə mühitindən çıxıb sosial qaydalarla idarə olunan məktəb mühitinə daxil olan uşaq üçün bu keçid hər zaman problemsiz baş vermir. Məhz bu mərhələdə bəzi şagirdlərdə bilərəkdən sinif yoldaşının dəftərini yazma, əşyasını götürmə (oğurluq kimi dəyərləndirilən davranışlar), fiziki və ya sözlü münaqişələr müşahidə olunur. Bu hallar nə “pis uşaq” olmaqla, nə də təkcə tərbiyəsizliklə izah edilə bilər. tehsilmedia.info saytı olaraq davamlı şikayətləri nəzərə alaraq bu mövzuda araşdırma apardıq və həmin araşdırmanı sizlərə təqdim edirik.
Bu davranışlar nədən və niyə yaranır?
1. Sosial qaydaların hələ formalaşmaması
Birinci sinif şagirdi üçün “başqasına məxsusdur”, “icazə almaq lazımdır”, “öz məsuliyyətim var” kimi anlayışlar tam oturuşmayıb. Uşaq gördüyünü etmək, istədiyini dərhal əldə etmək istəyir.
2. Məktəbə uyğunlaşma stresi
Yeni mühit, yeni qaydalar, müəllim, kollektiv – bütün bunlar uşağın psixoloji gərginliyini artırır. Bu gərginlik bəzən aqressiya, bəzən isə gizli davranışlarla özünü göstərir.
3. Evdə formalaşmış davranış modelləri
Uşaq evdə gördüyünü məktəbə gətirir. Evdə başqasının əşyasına sərbəst toxunulursa, mübahisələr zorakılıqla həll olunursa, uşaq bunu normal qəbul edir.
4. Akademik çətinliklər və özünə inamsızlıq
Dəftəri başqasına yazdırmaq çox vaxt tənbəllik yox, bacarmamaq və ya səhv etmək qorxusunun nəticəsidir. Uşaq özünü zəif hiss etdikdə alternativ yollar axtarır.
5. Diqqət və sevgi ehtiyacı
Bəzi uşaqlar diqqət çəkmək üçün mənfi davranışlara əl atır. Mübahisə, dava, qayda pozuntusu – bunlar da “məni gör” mesajıdır.
Müəllim nə etməlidir?
Cəzalandırmaq yox, səbəbi anlamaq
Davranışın arxasında duran ehtiyacı araşdırmaq əsasdır.
Qaydaları yazılı deyil, davranışla öyrətmək
Rol oyunları, situativ söhbətlər, nümunə göstərmə.
Uşağı damğalamamaq
“Dalaşqan”, “oğru”, “tənbəl” kimi etiketlər problemi dərinləşdirir.
Müsbət davranışı dərhal gücləndirmək
Kiçik uğurları belə görmək və qiymətləndirmək.
Valideynlə davamlı ünsiyyət
Problemi gizlətmək yox, birgə həll yolu axtarmaq.
Valideyn nə etməlidir?
Uşağı dinləmək, mühakimə etməmək
“Necə oldu?” sualı “Niyə etdin?”dən daha təsirlidir.
Evdə aydın sərhədlər qoymaq
Əşya anlayışı, məsuliyyət, növbə gözləmə.
Davranışı yox, uşağı sevmək
Səhv edən uşaq yox, səhv davranış var.
Məktəbi qorxu mənbəyinə çevirməmək
“Müəlliminə deyərəm” təhdidi problemi həll etmir.
Müəllimlə eyni mövqedə olmaq
Zidd mövqelər uşağı daha da çaşdırır.
Məktəb rəhbərliyi nə etməlidir?
Birinci sinif müəllimlərinə psixoloji-metodik dəstək vermək
Məktəb psixoloqunun prosesə aktiv cəlb edilməsi
Valideyn maarifləndirici görüşlərinin təşkili
Cəza yönümlü yox, inkişafyönümlü yanaşma tətbiq etmək
Problemi ört-basdır etmək yox, sistemli həll etmək
Tehsilmedia.az qeyd edir ki, birinci sinifdə problemli davranışlar bir siqnaldır – uşağın “mənə kömək lazımdır” mesajıdır. Bu siqnalı eşitməmək, onu cəza ilə susdurmaq gələcəkdə daha ciddi problemlərə yol aça bilər. Müəllim, valideyn və məktəb rəhbərliyi eyni məqsədə – sağlam şəxsiyyət formalaşmasına yönəldikdə bu problemlər tədricən aradan qalxır.
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
Salyan rayonunun Yuxarı Noxudlu kənd tam orta məktəbində baş vermiş tüstülənmə hadisəsi ilə bağlı rəsmi araşdırmanın nəticələri açıqlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) apardığı araşdırma zamanı ciddi qayda pozuntuları aşkar edilib.
​Tehsil Media.az-ın sorğusuna cavab olaraq FHN-in Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən verilən məlumata görə, hadisə 5 dekabr 2025-ci il tarixində məktəbdə yeni quraşdırılmış "Pelet" sobalarından birində baş verib.
​Araşdırma nəticəsində məlum olub ki, "Green Blue" MMC tərəfindən təmin edilən sobalar yanğın təhlükəsizliyi qaydalarına uyğun quraşdırılmayıb. Əsas nöqsanlar kimi aşağıdakılar qeyd olunub:
​Texniki qüsur: Sobaların tüstü boruları binanın dam örtüyündən tələb olunan minimum 70 sm hündürlüyə çıxarılmayıb.
Sobaların alışdırılması zamanı qaydalara zidd olaraq yanar-sürtgü (mühərrik yağı) materiallarından istifadə edilib.
Sobalar yığışdırıldı, mərkəzi sistemə keçildi.
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
TEHSİLMEDİA.AZ bildirir ki, son illər təhsildə “müasir metodist” anlayışı xüsusi bir statusa çevrilib. Kağız üzərində bu model müəllimlərə metodik dəstək, dərs keyfiyyətinə nəzarət, təlim nəticələrinin düzgün formalaşdırılması məqsədi daşıyır. Amma reallıq tamam başqadır. Bu layihənin görünməyən tərəfi təhsildə daha dərin və təhlükəli problemlər yaradır.
Əvvəla, təhsilin yaranış fəlsəfəsini inkar etmək mümkün deyil: hər fənnin öz metodikası var. Kurikulum nə qədər ümumi çərçivə təqdim etsə də, Azərbaycan dili ilə riyaziyyatın, fizika ilə tarix fənninin eyni metodik yanaşma ilə təhlil olunması qeyri-mümkündür. Bu gün bir fənni tədris edən müəllimin “metodist” adı ilə bütün digər fənlərin dərslərində oturdulması ciddi metodoloji səhvdir.
TəhsilMedia.az qeyd edir ki, təlim nəticəsi və qiymətləndirmə meyarı çıxarmaq sadəcə texniki bacarıq deyil. Bunun üçün həmin fənni dərindən bilmək, alt-standartların bilik hissəsindən hansı mövzuların hansı sinifdə, hansı saatda keçirildiyini anlamaq lazımdır. Bu isə yalnız o fənni illərlə tədris edən müəllimin bacaracağı işdir. Bunu bilməyən metodistin verdiyi “məsləhət” metodik dəstək yox, metodik xaos yaradır.
İkinci ciddi problem metodist seçilən şəxslərin peşə səviyyəsidir. Açıq demək lazımdır: metodistlərin böyük bir qismi özləri metodik cəhətdən zəif, pedaqoji savadı məhdud, analitik düşüncə qabiliyyəti formalaşmamış şəxslərdir. Məktəbdə onlardan qat-qat savadlı müəllimlər olduğu halda, suallar cavabsız qalır, problemlər həll olunmur. Metodist var, amma metodika yoxdur.
Üçüncü və ən təhlükəli məqam – şagird amilinin tamamilə kölgədə qalmasıdır. Metodist seçilən müəllim həm öz dərsini keçir, həm də digər müəllimlərin dərslərində oturur. Nəticə nə olur? Öz dərsləri “yola verilir”, şagirdlərlə iş ikinci plana keçir, dərsdən tez çıxılır. Çünki ARTİ-nin tapşırığı, “bir-iki dərs dinləmək” real sinif işindən daha “vacib” sayılır. Bunun acı nəticəsini isə şagirdlər yaşayır. Valideyn narazıdır, şagird itirir, təhsil məhv olur.
Dördüncü problem isə psixoloji və etik müstəvidədir. Metodistlərin əksəriyyəti eqoist, təkəbbürlü davranış sərgiləyir, özünü nazirlik işçisi kimi təqdim edir, xüsusi münasibət, imtiyaz, hətta qorxu atmosferi yaradır. Bu isə müəllimlər arasında qıcıq, nifrət və ikrah doğurur. Sağlam pedaqoji mühit parçalanır, əməkdaşlıq yerini gərginliyə verir.
Beşinci və bəlkə də ən ironik məsələ: metodistlərin çoxu qiymətləndirmə çərçivəsindən xəbərsizdir, amma metodikadan “təlim” keçməyə başlayıblar. “Nazirliyin işçisiyəm” imici ilə seminarlar, dərnəklər, “təlimlər” təşkil olunur, amma nəticədə həm müəllimlər, həm də sistem şikəst edilir. Bu artıq savadsızlığın yox, məsuliyyətsizliyin göstəricisidir.
Təhsil reklamla, statusla, titul oyunu ilə idarə olunmur. Təhsil şagirdlə başlayan və şagirdlə bitən bir prosesdir. Metodist modeli bu formada davam edərsə, biz nə müasir metodist, nə də keyfiyyətli təhsil əldə edəcəyik. Sadəcə yaxşı müəllimləri itirəcək, məktəbi isə formal hesabat məkanına çevirəcəyik.
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Son illər təhsil müzakirələrinin mərkəzində daha çox imtahan nəticələri, bal sistemi və beynəlxalq qiymətləndirmələr dayanır. Halbuki təhsilin əsas məqsədi yalnız bilik ötürmək deyil, düşünən, dəyərlərinə bağlı və kimliyini dərk edən şəxsiyyət formalaşdırmaqdır. Məhz bu baxımdan məktəblərdə Azərbaycanın mədəni dəyərlərinə dair yeni fənnin tədrisi ideyası xüsusi diqqət çəkir və ciddi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında əksini tapan bu təşəbbüs 2026–2030-cu illəri əhatə etməklə mədəniyyətin təhsilin ayrılmaz tərkib hissəsinə çevrilməsini nəzərdə tutur. Bu, sadəcə yeni bir fənnin əlavə edilməsi deyil, təhsilin məzmununa və ruhuna yenidən baxılması deməkdir. Çünki mədəniyyət təhsilin bəzəyi yox, onun mənəvi dayağıdır.
Tehsilmedia.az qeyd edir ki, qloballaşan dünyada uşaqlar informasiya ilə sürətlə tanış olur, lakin çox zaman öz köklərini, milli kimliyini və mənsub olduqları dəyərlər sistemini sistemli şəkildə öyrənmək imkanından məhrum qalırlar. Yeni fənn məhz bu boşluğu doldura bilər. Şagirdlər milli-mənəvi dəyərləri yalnız tədbirlər və rəsmi günlər çərçivəsində deyil, gündəlik dərs prosesində mənimsəyəcək, tarix, ədəbiyyat, musiqi və incəsənəti bir-birindən ayrı deyil, vahid mədəni irs kimi qavrayacaqlar. Bu isə onlarda milli kimlik, vətəndaşlıq şüuru və mədəni məsuliyyət hissinin formalaşmasına real zəmin yaradacaq.
Tehsilmedia.az bildirir ki, belə bir fənnin tədrisi təhsilin keyfiyyətinə də birbaşa təsir göstərə bilər. Dəyəryönümlü yanaşma güclənəcək, şagirdlər yalnız “nə öyrəndim” deyil, “niyə və hansı dəyərlər əsasında yaşamalıyam” sualına da cavab tapacaqlar. Mədəniyyət anlayışı etik davranış, qarşılıqlı hörmət, tolerantlıq və ünsiyyət bacarıqları ilə əlaqələndirilərək məktəb mühitinə daha sağlam münasibətlər gətirə bilər. Eyni zamanda bu fənn digər dərslərlə inteqrasiya olunaraq tədrisi daha canlı və məzmunlu hala gətirə bilər.
Lakin bu təşəbbüsün uğuru onun necə həyata keçiriləcəyindən birbaşa asılıdır. Əgər fənn formal xarakter daşıyarsa, əzbərçiliyə əsaslanarsa və real həyatla əlaqələndirilməzsə, gözlənilən nəticəni verməyəcək. Proqramın praktik, interaktiv və yaş səviyyəsinə uyğun hazırlanması, müəllimlərin xüsusi hazırlıqdan keçməsi və dərslərin məktəb həyatının real problemləri ilə uzlaşdırılması əsas şərtlərdən biridir.
PISA bizə nə deyir? Rəqəmlərin arxasındakı həqiqət
PISA (Programme for International Student Assessment) qiymətləndirməsi son illər Azərbaycan təhsilində ən çox müzakirə olunan anlayışlardan birinə çevrilib. Bəziləri onu uğursuzluğun göstəricisi, bəziləri isə inkişaf üçün əsas mexanizm kimi təqdim edir. Halbuki PISA nə imtahandır, nə də ölkələri “uğurlu–uğursuz” damğası ilə ayıran bir yarış. Biz də tehsilmedia.info olaraq araşdırma aparıb sizlərə təqdim edirik. PISA əslində təhsil sisteminin özünə tutduğu güzgüdür və bu güzgüdə görünən mənzərəni düzgün oxuya bilsək, Azərbaycan təhsilinə real töhfə verə bilər.
PISA 15 yaşlı şagirdlərin nə qədər mövzu bildiyini yox, bildiklərini real həyatda necə istifadə etdiyini ölçür. Oxuduğunu anlayırmı, məlumatı təhlil edə bilirmi, problemlə qarşılaşanda məntiqi çıxış yolu tapa bilirmi – əsas suallar bunlardır. Bu isə bizə acı da olsa bir həqiqəti göstərir: uzun illərdir məktəbdə əsas diqqət bilik yığımına, mövzu bitirməyə, test texnikasına yönəlib, düşünmə və tətbiq bacarıqları isə kölgədə qalıb.
PISA-nın Azərbaycan üçün ən böyük qazancı məhz bu reallığı açıq şəkildə ortaya qoymasıdır. Rəsmi hesabatlarda hər şey qaydasında görünə bilər, amma PISA sualları qarşısında şagirdin tərəddüdü sistemin zəif nöqtələrini üzə çıxarır. Bu nəticələr göstərir ki, kurikulumlar həddən artıq yüklüdür, fənlər real həyatla kifayət qədər əlaqələndirilmir, qiymətləndirmə isə şagirdi düşünməyə deyil, doğru variantı tapmağa alışdırır.
Digər mühüm məqam müəllim hazırlığı ilə bağlıdır. PISA nəticələri dolayısı ilə onu da göstərir ki, kompetensiya əsaslı təlim anlayışı hələ də çox zaman kağız üzərində qalır. Siniflərdə müəllimmərkəzli dərs üstünlük təşkil edir, şagird passiv dinləyici rolunda qalır. Təlimlər, seminarlar keçirilsə də, onlar real sinif mühitinə uyğunlaşmır və formal xarakter daşıyır.
Ancaq problem PISA-nın özündə deyil, ona yanaşma tərzimizdədir. Biz çox vaxt PISA-nı reytinq yarışı kimi qəbul edir, nəticələrə görə məktəbləri və müəllimləri təzyiq altına salırıq. “PISA üçün hazırlıq” adı ilə süni məşğələlər keçirilir, PISA sualları mexaniki şəkildə dərsliklərə yerləşdirilir. Bu yanaşma PISA-nın fəlsəfəsinə tamamilə ziddir. Çünki PISA hazırlaşılacaq imtahan yox, təhlil ediləcək göstəricidir.
Əslində düzgün olan yanaşma PISA-nı məqsəd yox, vasitə kimi görməkdir. Əsas sual “neçənci olduq?” yox, “niyə bu nəticəni aldıq?” olmalıdır. Bu sual bizi qaçılmaz olaraq kurikulumun yenilənməsinə, qiymətləndirmə sisteminin dəyişdirilməsinə və müəllimin roluna yenidən baxmağa aparır.
Kurikulum bacarıq mərkəzli qurulmalı, mövzu yükləri azaldılmalı, oxu savadlılığı, məntiqi düşünmə, problem həlli kimi bacarıqlar bütün fənlərin mərkəzində dayanmalıdır. Qiymətləndirmədə testlərin payı azalmalı, açıq, situativ tapşırıqlar artırılmalı, şagird düşüncəsinə görə qiymət almalıdır. Müəllimə isə hazır şablonlar yox, peşəkar azadlıq verilməli, ondan hesabat bolluğu deyil, real tədris keyfiyyəti tələb olunmalıdır.
Eyni zamanda PISA nəticələri cəmiyyətə düzgün izah edilməlidir. Valideynlər anlamalıdır ki, aşağı bal uşağın zəifliyi deyil, sistemin problemidir. Media sensasiya yaratmaq əvəzinə maarifləndirici mövqe tutmalıdır.
Olimpiadalar təhsilə nə verir? Azərbaycanda olimpiada anlayışı – suallar, problemlər və itirilən imkanlar
Azərbaycanda olimpiadalar uzun illərdir ki, təhsilin keyfiyyət göstəricisi kimi təqdim olunur. Rəsmi çıxışlarda qaliblərin sayı, diplomlar, beynəlxalq uğurlar xüsusi vurğulanır. Lakin bu parlaq rəqəmlərin arxasına diqqətlə baxdıqda ortaya daha dərin və narahatedici bir mənzərə çıxır. Əsas sual isə dəyişmir: olimpiadalar doğrudanmı təhsilin inkişafına xidmət edir, yoxsa formal bir yarış mexanizminə çevrilib?
Tehsilmedia.az bildirir ki, əslində olimpiadaların fəlsəfəsi çox sadədir. Onlar istedadı üzə çıxarmalı, şagirdi düşünməyə vadar etməli, dərsliyin çərçivəsini aşan elmi maraq yaratmalıdır. Olimpiada şagirdi əzbərdən uzaqlaşdırmalı, analiz, məntiq və yaradıcı yanaşmanı ön plana çəkməlidir. İnkişaf etmiş təhsil sistemlərində olimpiadalar məktəbin təbii davamı, elmi mühitin ayrılmaz hissəsi kimi formalaşır.
Azərbaycanda isə bu ideya çox zaman reallıqla üst-üstə düşmür. Olimpiadalar bir çox hallarda inkişaf vasitəsi yox, hesabat üçün keçirilən formal tədbir təsiri bağışlayır. Proses kütləvi xarakter daşımır, az sayda “seçilmiş” şagird üzərində qurulur. Nəticədə olimpiada şagirdlərin böyük əksəriyyəti üçün motivasiya yox, kənarda qalmışlıq hissi yaradır.
Daha ciddi problem isə bərabər imkanların olmamasıdır. Şəhər məktəbləri ilə region məktəbləri arasında açıq fərq mövcuddur. Repetitor, hazırlıq mərkəzi və əlavə resurslara çıxışı olan şagirdlər üstün vəziyyətdədir. Məktəbin özündə sistemli, davamlı olimpiada hazırlığı isə demək olar ki, yoxdur. Belə şəraitdə olimpiada istedadın deyil, imkanın göstəricisinə çevrilir.
Bu prosesdə müəllim amilini xüsusi qeyd etmək lazımdır. Olimpiada uğurlarının arxasında əksər hallarda fədakar, əlavə vaxtını və enerjisini əsirgəməyən müəllimlər dayanır. Lakin sistem səviyyəsində bu iş dəstəklənmir. Müəllimlər üçün olimpiada metodikasına dair ardıcıl proqramlar mövcud deyil, bu fəaliyyət nə real stimullaşdırılır, nə də strateji istiqamət kimi qəbul olunur. Nəticədə olimpiada işi şəxsi təşəbbüs və fərdi fədakarlıq üzərində qalır.
Şəffaflıq məsələsi isə cəmiyyətdə ən çox etiraz doğuran mövzulardandır. Qiymətləndirmə prosesinin qapalı aparılması, apellyasiya mexanizmlərinin formal xarakter daşıması şagirdin və valideynin inamını ciddi şəkildə sarsıdır. Bu inamsızlıq təkcə bir yarışa yox, ümumilikdə təhsil sisteminə münasibəti zədələyir.
Əgər olimpiadalar həqiqətən təhsilə töhfə verməlidirsə, yanaşma köklü şəkildə dəyişməlidir. Olimpiada yarış yox, inkişaf aləti kimi qəbul olunmalı, məktəblərdə elmi dərnəklər və olimpiada klubları sistemli şəkildə qurulmalıdır. Müəllimlərin hazırlanması və dəstəklənməsi dövlət siyasətinin tərkib hissəsinə çevrilməli, regionlar arasında imkan fərqi minimuma endirilməlidir. Ən əsası isə qiymətləndirmə prosesi şəffaf və ictimai etimada açıq olmalıdır.
Nəticə etibarilə, olimpiadalar düzgün qurularsa, təhsildə keyfiyyət artar, istedadlar itib-batmaz, məktəb düşünən və araşdıran fərdlər yetişdirən məkana çevrilər. Əks halda isə olimpiadalar sadəcə statistika olaraq qalacaq və real dəyişiklik yaratmayacaq.
tehsilmedia.info qeyd edir ki, Azərbaycanda olimpiada sisteminin potensialı var. Amma bu potensialın reallaşması üçün formal yanaşmadan imtina edib, elmi və pedaqoji əsaslara söykənən islahatlara ehtiyac var.
Təhsildə islahatlar: Kağız üzərində uğur, reallıqda suallar
Elm və Təhsil Nazirliyi son illər təhsilin inkişafı və keyfiyyətinin artırılması adı altında çoxsaylı islahatlar həyata keçirdi. Yeni qurumlar yaradıldı, struktur dəyişiklikləri edildi, mexanizmlər yeniləndi. Lakin bu dəyişikliklərin böyük bir hissəsi cəmiyyətin gözləntilərini doğrultmadı. Kağız üzərində müasir və səmərəli görünən modellər praktikada ciddi problemlər, narazılıqlar və idarəetmə boşluqları ilə müşayiət olundu.
MÜTDA: Ümidlərin doğrulmadığı struktur
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaradılması təhsildə çevik və effektiv idarəetmə vədi ilə təqdim edilmişdi. Amma bu gün demək olar ki, agentliyin fəaliyyəti ilə bağlı şikayət etməyən azdır. Vətəndaş qəbullarının formal xarakter daşıması, problemlərin real həllini tapmaması, idarəetmədə pərakəndəlik və məsuliyyətsizlik narazılığı daha da artırır.
Xüsusilə MİQ və sertifikasiya proseslərində müşahidə olunan qərəzli suallar, vakansiya verilməyən və ya süni şəkildə məhdudlaşdırılan yerlər, müəllimlərin haqlı etirazlarının cavabsız qalması sistemdə özbaşınalığın dərinləşdiyini göstərir. Təlimlərin formal keçirilməsi isə peşəkar inkişaf yox, “hesabat naminə fəaliyyət” təəssüratı yaradır.
TKTA: Şəffaflıq yerinə suallar doğuran mexanizm
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) isə
cəmiyyətin gözündə təəssüf ki, keyfiyyət yox, daha çox rüsumlar və şübhəli qərarlarla assosiasiya olunur. Rüsumların ardıcıl şəkildə artırılması, diplomların tanınmasında qeyri-bərabər yanaşmalar, subyektiv qiymətləndirmələr və əsassız yoxlamalar bu qurumun fəaliyyətinə ciddi kölgə salır.
Təlimlərin ödənişli mexanizmə çevrilməsi, nəticələrin bəzən izah olunmaması və apellyasiya proseslərinin effektiv işləməməsi TKTA-nın “keyfiyyət təminatçısı” imicini zəiflədir və onu cəmiyyətin gözündə korrupsiya riski yüksək olan struktura çevirir.
Təhsil İnkişafı Fondu: Məqsədi anlaşılmayan qurum
Təhsil İnkişafı Fondu isə adından böyük gözləntilər yaratsa da, real fəaliyyəti ilə bu gözləntiləri doğrulda bilmədi. Rəhbərlikdə dəyişikliklər edilsə də, fond daha çox regional rəhbərlərə bahalı avtomobillərin verilməsi ilə yadda qaldı. Halbuki bu addımların nə təhsilin keyfiyyətinə, nə müəllimin sosial rifahına, nə də şagirdin inkişafına birbaşa təsiri var.
Cəmiyyət bu fondun konkret olaraq hansı problemi həll etdiyini, hansı strateji nəticələrə xidmət etdiyini hələ də aydın şəkildə görə bilmir.
Peşə təhsili: Sistemli problemlərin mərkəzində
Peşə təhsili sahəsi isə artıq illərdir korrupsiya ilə
yanaşı çəkilən sahələrdən biridir. Müəllim və koordinator seçimində şəffaflığın olmaması, yaxınlıq və rüşvət amillərinin önə çıxması, dərsə davam etməyən, amma stipendiya alan tələbələr, formal davamiyyət və real nəzarətin yoxluğu bu sahəni “təhsil”dən çox gəlir mənbəyinə çevirib.
Bu vəziyyət peşə təhsilinin əsas missiyasını – bazara real bacarıqlı kadrlar hazırlamaq məqsədini tamamilə kölgədə qoyur.
Nisbətən uğurlu nümunələr də var
Bütün bu mənzərənin fonunda iki qurumu xüsusi
qeyd etməmək haqsızlıq olar. Tələbə Krediti Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi fəaliyyətləri ilə nisbətən müsbət nümunə yarada biliblər. Burada sistemli yanaşma, aydın mexanizmlər və real nəticələr görünür. Məhz bu qurumların timsalında demək olar ki, düzgün idarəetmə olduqda islahatlar real fayda verə bilir.
Təhsildə problem islahatın olmaması deyil, islahatın ruhunun itirilməsidir. Struktur yaratmaq, ad dəyişmək, yeni qurum təsis etmək hələ inkişaf demək deyil. İnkişaf ədalətli qərarlarda, şəffaf mexanizmlərdə, məsuliyyətli rəhbərlikdə və cəmiyyətlə açıq dialoqda başlayır. Əks halda, ən yaxşı niyyətlə başlanan islahatlar belə etimadsızlıq və narazılıq doğurmaqdan o tərəfə keçmir.