Ali təhsil - Təhsil Media
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında maraqlı bir məqama toxunub: “Hələ də anlaya bilmirəm ki, hüquqşünas nəyə görə tarixi riyaziyyatdan daha yaxşı bilməlidir?”
Nazir, həmçinin qeyd edib ki, elə ixtisaslar var ki, onların tədris müddəti 3 il ola bilər, lakin 20-21 yaşlı gəncin yaxşı hüquqşünas kimi formalaşması sual doğurur.
Nazirin bu fikirləri fondunda maraqlı bir sual ortaya çıxır ki, gələcəkdə hüquq ixtisası üzrə tədris müddəti artırıla bilərmi?
Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, sosial, pedaqoji, turizm, kənd təsərrüfatı və mühasibatlıq kimi ixtisaslarda təhsil müddətini 3 ilə endirmək tamamilə mümkündür:
"Nazirin çıxışını diqqətlə izlədim. Xüsusilə də bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı aparılan müzakirələrə verdiyi özünəməxsus və dəqiq cavab yaddaqalan oldu. Bildiyiniz kimi, onun mövqeyi belə idi ki, bəzi ixtisaslarda tədris müddətini 3 ilə endirmək olar, lakin bu yanaşma bütün sahələrə şamil edilməməlidir. Məsələn, hüquqşünaslıq kimi ixtisaslarda müddətin azaldılması doğru deyil. Bu, o demək deyil ki, hüquq üzrə təhsil müddəti artırılacaq; sadəcə, bu sahə üçün müddətin ixtisara salınması uyğun hesab olunmur.
Bu fikri tamamilə haqlı sayır və dəstəkləyirəm. Sosial, pedaqoji, turizm, kənd təsərrüfatı və mühasibatlıq kimi ixtisaslarda təhsil müddətini 3 ilə endirmək tamamilə mümkündür və məqsədəuyğundur. Dibə ensək görərik ki, belə sahələr üzrə müəyyən kurslar hətta 1 illik proqramla mütəxəssis hazırlaya bilirsə, ali təhsil müəssisələri bu öhdəliyi 3 ilə rahatlıqla yerinə yetirər. Dünya təcrübəsində də bu model özünü doğruldub. Həm də bu addım gənclərimizə 1 il vaxt və maliyyə qənaəti qazandırar, magistratura və ya əmək bazarına daha tez qədəm qoymalarına şərait yaradar".
Bizdə formalaşmış köhnə stereotip var ki, hüquq oxumaq üçün mütləq tarixdən, mühəndislik üçün fizikadan imtahan verilməlidir:
"Lakin hüquq, beynəlxalq münasibətlər, dilçilik, tibb və mühəndisliyin müxtəlif sahələrində (məsələn, tikinti, maşınqayırma, geologiya) təhsil müddətini azaltmaq tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər.
İkinci məsələyə  "hüquqşünas tarixi riyaziyyatdan daha yaxşı bilməlidir" kimi yanaşmaya gəldikdə isə, bununla da tam razıyam. Bizdə formalaşmış köhnə stereotip var ki, hüquq oxumaq üçün mütləq tarixdən, mühəndislik üçün fizikadan imtahan verilməlidir. Halbuki,  memarlıq və ya neft mühəndisliyinə qəbul olan şagird məktəbdə birbaşa bu sahələr üzrə xüsusi fənn keçmir. Dünya təcrübəsinə baxsaq, ölkələrin 70-80%-ində qəbul imtahanları 5-6 fəndən ibarət deyil, daha çox riyazi-məntiqi təfəkkürü və dil biliyini ölçən ümumi testlər (məsələn, SAT) əsasında aparılır. Hətta tibb ixtisasına qəbulda belə məntiq və riyaziyyat əsas götürülür.
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
“2026-2027-ci tədris ilində Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb”.
Tehsilmedia.com xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.
Rektorun sözlərinə görə, beynəlmiləlləşdirmə istiqamətində əsas hədəflərdən biri həm xarici professor-müəllim heyətinin, həm də əcnəbi tələbələrin universitetə cəlb edilməsidir.
Ş.Bayramov bildirib ki, əcnəbi tələbələrin qəbulu zamanı da yüksək akademik göstəricilər prinsipi əsas götürüləcək.
“Qarabağ Universiteti yüksək akademik göstəricilərə malik tələbələrin cəmləşdiyi universitetdir. Eyni yanaşmanı əcnəbi tələbələrin cəlbində də nəzərdə tuturuq. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb”, - deyə o vurğulayıb.
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
“Tələbə yataqxanalarının sayının artırılması və bu sahəyə özəl sektorun cəlb edilməsi ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər”.
Tehsilmedia.com xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Deputat qeyd edib ki, məsələ parlamentin payız sessiyasında dövlət büdcəsinin müzakirəsi zamanı gündəmə gətirilə bilər.
Onun sözlərinə görə, bu istiqamətdə  iqtisadi təşviq mexanizmlərinin, eləcə də müvafiq hüquqi çərçivənin formalaşdırılmasına ehtiyac var.
“Tələbə yataqxanalarının sayının artırılması ilk növbədə tələbələrin yaşayış xərclərini azalda və ali təhsili daha əlçatan edə bilər. Bu, xüsusilə başqa şəhərlərdən ali təhsil almaq üçün gələn tələbələrin ailə büdcəsinə düşən yükün azalması baxımından əhəmiyyətlidir. Yataqxana yalnız yaşayış yeri deyil, eyni zamanda tələbələrin təhsil və sosial mühitinin formalaşdığı məkandır. Burada yaşayan tələbələr daha çox ünsiyyət qurur, fikir mübadiləsi aparır və müxtəlif sosial-təhsil fəaliyyətlərində iştirak edirlər. Bu baxımdan yataqxanaların inkişafı həm iqtisadi, həm də sosial baxımdan müsbət nəticələr yarada bilər”.
A.Badamov bildirib ki, dünya təcrübəsində tələbə yataqxanalarının yalnız universitetlərin nəzdində fəaliyyət göstərməsi vacib şərt deyil:
“Bu sahədə həm dövlət, həm universitetlər, həm də özəl sektor iştirak edə bilər. Özəl şirkətlər tələbə yataqxanaları tikərək onları müəyyən ödəniş müqabilində tələbələrə təqdim edə bilərlər. Eyni zamanda, dövlət tərəfindən müxtəlif dəstək mexanizmlərinin tətbiqi mümkündür. Dövlət dəstəyi ilə özəl investisiyanın birləşdirilməsi yataqxana fondunun daha sürətli genişləndirilməsinə imkan yarada bilər”.
Sədr müavini onu da əlavə edib ki, yataqxana xidmətlərinin tələbələr üçün münasib qiymətə təqdim edilməsi əsas məqsədlərdən biri olmalıdır:
“Dünya təcrübəsində tələbə yataqxanaları, bir qayda olaraq, müəyyən ödəniş qarşılığında təqdim olunur. Lakin bu ödənişlər adətən tələbələrin büdcəsinə uyğunlaşdırılır və kommersiya məqsədli mənzil kirayəsi ilə müqayisədə daha əlçatan olur”.
Onun fikrincə, Azərbaycanda aztəminatlı tələbələr üçün ayrıca sosial mexanizmlər də tətbiq oluna bilər:
“Məsələn, sosial proqramlar çərçivəsində aztəminatlı tələbələrin yataqxana xərclərinin dövlət tərəfindən qismən və ya tam qarşılanması mümkündür. Eyni zamanda, yataqxana xidmətlərinin təhsil paketinə daxil edilməsi kimi modellər də müzakirə oluna bilər. Əsas prinsip tələbələrin münasib və keyfiyyətli yaşayış imkanlarına çıxışının təmin edilməsidir”.
A.Badamov hesab edir ki, sahibkarların tələbə yataqxanalarının tikintisinə marağının artırılması üçün dövlət təşviqlərinin tətbiqinin də nəzərdən keçirilməsi mümkündür:
“Tələbə yataqxanalarını sosial əhəmiyyətli fəaliyyət istiqaməti kimi qiymətləndirərək bu sahəyə investisiya qoyan sahibkarlara vergi güzəştləri, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri təqdim oluna bilər. Çünki tələbə yataqxanaları yüksək gəlirliliklə xarakterizə olunan biznes sahəsi deyil. Dövlət təşviqləri layihələrin iqtisadi cəlbediciliyini artıra və özəl sektorun bu sahəyə investisiya qoymasını stimullaşdıra bilər”.
Deputat bildirib ki, tələbə yataqxanası xidmətlərinin özəl sektor tərəfindən də göstərilməsi və bu fəaliyyətə dövlət dəstəyinin verilməsi nəzərdə tutulursa, bunun üçün müvafiq hüquqi çərçivənin formalaşdırılması vacibdir. Tələbə yataqxanası fəaliyyətinin ayrıca tənzimlənməsi, bu sahədə çalışan sahibkarlar üçün mümkün təşviq mexanizmlərinin müəyyənləşdirilməsi və tələbələrin sosial müdafiəsi ilə bağlı yanaşmaların qanunvericilikdə əksini tapması məqsədəuyğun olardı.
A.Badamov onu da vurğulayıb ki, yataqxanaların inkişafına yalnız yaşayış məsələsinin həlli kimi yanaşmaq doğru deyil:
“Bu, eyni zamanda ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial rifahının yaxşılaşdırılması və gənclər üçün daha əlverişli təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu istiqamətdə dövlət və özəl sektorun əməkdaşlığı mühüm nəticələr verə bilər”.
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
Yeni tədris ilinin başlaması ilə yollarda yaranan tıxac və metroda aparılan uzunmüddətli təmir işləri tələbələrin universitetlərə vaxtında çatmasını çətinləşdirir.
Bəs, görəsən, nəqliyyatdan qaynaqlanan gecikmələr nəzərə alınaraq universitetlərdə 15-20 dəqiqəlik gecikmənin üzrlü səbəb hesab edilməsi doğru olarmı?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov  bildirib ki, bu yanaşma doğru deyil:
"Belə yanaşmalar əslində nizamsızlığa və intizamsızlığa gətirib çıxara bilər. 15-20 dəqiqəlik güzəştlə heç nə düzələn deyil. Əksinə, bu cür yanaşma gənclərin nizamsız və intizamsız olmasına səbəb ola bilər. Ona görə də düşünürəm ki, belə məsələlərdə və təşəbbüslərdə diqqətli olmalıyıq.
Gənclər çalışmalıdırlar ki, evdən daha tez çıxsınlar və vaxtında universitetdə olsunlar. Belə bir təklif verməkdənsə, vaxtında evdən çıxmaq və universitetə vaxtında çatmaq daha doğru qərardır. Biz bu yöndə düşünməli və bu istiqamətdə addımlar atmalıyıq. Hər birimiz bu prosesə öz töhfəmizi verməliyik. Bizim əsas hədəfimiz gənclərə daha çox güzəşt verməklə onların nizamsızlığına və intizamsızlığına səbəb olmaq deyil.
Əsas qayəmiz və məqsədimiz gənc nəslin nizamlı və intizamlı yetişməsinə çalışmaq olmalıdır. Bunun üçün səy göstərməli və bu istiqamətdə müvafiq addımlar atmalıyıq. Əks istiqamətdə atılan addımlar gələcəkdə müəyyən problemlərə səbəb ola bilər".
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, təhsil müəssisələrində qaydalar hamı üçün eyni olmalıdır:
"Tələbə universitetə gedərkən şəhərdəki nəqliyyat vəziyyətini, yollarda mümkün sıxlığı və ictimai nəqliyyatda yarana biləcək gecikmələri əvvəlcədən nəzərə almalıdır. Universitetə vaxtında çatmaq tələbənin məsuliyyətidir və bu məsuliyyəti nəqliyyatdakı hər bir problemə görə arxa plana keçirmək düzgün yanaşma olmazdı.
Əlbəttə, fövqəladə və kütləvi nəqliyyat problemləri ayrıca qiymətləndirilə bilər. Amma sırf “tıxac var”, “metroda sıxlıqdır” kimi səbəblərlə 15-20 dəqiqəlik gecikmənin avtomatik olaraq üzrlü hesab edilməsi intizam qaydalarının mahiyyətinə uyğun deyil. Bu, zamanla gecikmənin adi hala çevrilməsinə və qaydaların elastikləşməsinə gətirib çıxara bilər.
Tələbə artıq universitet həyatının əsas məsuliyyətlərini dərk etməlidir. Necə ki, imtahana hazırlaşmaq, tapşırıqları vaxtında yerinə yetirmək onun öhdəliyidir, dərsə vaxtında gəlmək də eyni məsuliyyət dairəsinə daxildir. Şəhərin nəqliyyat reallığını bilən tələbə yola çıxış vaxtını buna uyğun planlaşdırmalıdır.
Məncə, burada əsas prinsip çox sadədir: qaydalar hamı üçün eynidirsə, məsuliyyət də hamı üçün eyni olmalıdır.
Universitetlər tələbədən intizam tələb edir, tələbə də bu tələbi anlayışla qarşılamalıdır. Nəqliyyat problemləri təəssüf ki, şəhər həyatının bir hissəsidir və onların mövcudluğu vaxtında universitetə çatmaq məsuliyyətini tamamilə aradan qaldırmır".
Təhsil jurnalisti Məzahir Məmmədlinin sözlərinə görə, yaxşı olar ki, ali təhsil müəssisələri öz muxtariyyətlərindən istifadə etməklə dərs qrafiklərinə müəyyən dəyişikliklər etsinlər:
"Məsələn, sıxlığın daha çox yarandığı yerlərdən biri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin bir ərazidə yerləşdiyi hissədir. Ətrafda bir neçə ümumtəhsil məktəbi və bağçanın da olduğunu nəzərə alsaq, burada ən azı dərs qrafikində müəyyən dəyişiklik etmək olar. Məsələn, universitetlərdən biri dərslərə saat 8:00-da, digəri 9:00-da, digəri isə 10:00-da başlaya bilər. Bunun üçün Nazirlər Kabinetinin ayrıca qərar verməsinə ehtiyac yoxdur. Hər bir universitetin bu məsələ ilə bağlı daxili qaydaları var və həmin qaydalara uyğun olaraq müəyyən tənzimləmələr aparmaq mümkündür.
Hətta bu üç universitet birgə komissiya yaradaraq məsələni müzakirə edə bilər. Kolleclərin də əksəriyyətinin həmin universitetlərin nəzdində fəaliyyət göstərdiyini nəzərə alsaq, bu istiqamətdə kompleks iş aparmaq olar.
Digər ərazilərdə də buna bənzər yanaşma tətbiq edilə bilər. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti və ona yaxın təhsil müəssisələri, yaxud İçərişəhər metrosunun ətrafında yerləşən Azərbaycan Dövlət İqtisad Universiteti, kolleclər və ümumtəhsil məktəbləri arasında dərs qrafiklərinin daxili qaydada müzakirə edilərək müəyyən dəyişikliklərin edilməsi mümkündür.
Bu yanaşma ümumtəhsil məktəbləri üçün bir qədər uyğun deyil. Çünki burada vahid sistem qurulub və əsasən valideynlərin iş qrafiki nəzərə alınır. Ona görə də məktəblərdə belə dəyişiklikləri həyata keçirmək imkanları məhduddur. Amma kolleclər və ali təhsil müəssisələri üçün bu imkanlar daha genişdir. Çünki burada tələbələr özlərini daha müstəqil şəkildə idarə edə bilirlər və qəbul olunacaq qərarlara uyğunlaşmaları mümkündür.
Ali təhsil müəssisələrində gecikmə hallarının nəzərə alınmaması məsələsinə gəlincə, bu, müəyyən mənada humanizm məsələsidir. Bir tələbənin 5-10 dəqiqə dərsə gecikməsinin onun gələcəkdə yaxşı mütəxəssis olmasına və ya tədris materialını mənimsəməsinə hər hansı ciddi maneə yaradacağını düşünmürəm. Sadəcə, burada sui-istifadə hallarının baş verə biləcəyi ehtimalı var və universitetlər buna görə belə güzəştləri rəsmi şəkildə elan etmək istəmirlər.
Bildiyim qədərilə, bu məsələ ilə bağlı müəyyən ümumi razılıq da var. Amma bunun bütün universitetlərdə olub-olmadığını dəqiq deyə bilmərəm. Bəzi hallarda artıq belə informasiyalar gəlir ki, bir həftə, 10 gün ərzində vəziyyətin necə nizamlanacağını görmək üçün qeyri-rəsmi şəkildə müəyyən güzəştlərin tətbiq olunması ilə bağlı ilkin təşəbbüslər var.
Bütün bunlar müəyyən siqnallardan xəbər verir. Əgər vəziyyət bu şəkildə davam edərsə, ilkin güzəştlərin ardı gəlməlidir. Çünki artıq tələbələr arasında müəyyən narazılıq yarana bilər. Məsələn, bir tələbə yolunun uzaq olması səbəbindən gecikir, digər tələbə isə universitetə yaxın yaşadığı halda bunu sui-istifadə edə bilər və düşünə bilər ki, gecikmə nəzərə alınırsa, mən də gecikə bilərəm.
Bu kimi halların qarşısını almağın ən effektiv yollarından biri ali təhsil müəssisələrində tədris qrafiklərinin dəyişdirilməsi və uyğunlaşdırılmasıdır. Məsələn, eyni ərazidə yerləşən universitetlərdən birinin dərsləri digərindən daha gec başlamalıdır.Ancaq burada başqa bir problem də var. Bu gün ali təhsil müəssisələrinin əksəriyyəti iki, bəzi hallarda isə üç növbəli tədris rejimində fəaliyyət göstərir. Məsələn, universitetlərin əksəriyyətində artıq iki növbə var, üçüncü növbədə isə saat 18:00-19:00-dan sonra magistratura tələbələri üçün dərslər başlayır.
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
Xəbər verdiyimiz kimi,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aşağı kurs tələbələrini təhqir və hədələdiyi iddia olunan tələbə Kənan Zindadil universitetdən xaric edilib.
Ümumiyyətlə, bu halda tələbəni universitetdən birbaşa xaric etmək qanunidirmi?
Tehsilmedia.com xəbər verir ki, redaktor.az-a danışan vəkil Roman Qaraşovun fikrincə, tələbənin başqa tələbələri təhqir və hədələməsi təsdiqini tapdığı halda onun universitetdən xaric edilməsi prinsip etibarilə qanunsuz sayıla bilməz:
"Amma burada əsas məsələ odur ki, qərar təkcə yayılan məlumatlara, şikayətə və ya ictimai reaksiyaya əsaslanmamalıdır. Hadisə universitet tərəfindən araşdırılmalı, faktlar və sübutlar toplanmalı, tələbənin izahatı alınmalı və baş verən hərəkətin ağırlığı qiymətləndirilməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nda intizam tənbehləri sırasında xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və universitetdən xaric edilmə nəzərdə tutulur. Həmin qaydalarda universitet əməkdaşlarına və təhsilalanlara hədə-qorxu gəlmək, eləcə də onlara zor tətbiq etmək universitetdən xaric edilməyə səbəb ola bilən ciddi intizam pozuntuları kimi göstərilir. Bu baxımdan, əgər tələbənin digər tələbələri həqiqətən hədələdiyi, onlara qarşı təzyiq göstərdiyi və ya kobud şəkildə ləyaqətlərini alçaltdığı sübuta yetirilibsə, universitet rəhbərliyinin daha ağır intizam tənbehi tətbiq etməsi hüquqi baxımdan mümkündür. Ancaq sadəcə “təhqir edib” ifadəsi avtomatik olaraq xaric edilmə demək deyil; konkret hərəkətin mahiyyəti, təkrarlanıb-təkrarlanmaması, nəticələri və digər hallar ayrıca qiymətləndirilməlidir".
Həmsöhbətimiz vurğuladı ki, tələbənin universitetdən kənarlaşdırılması qanuni hesab olunsun deyə, həm əsas, həm də prosedur düzgün olmalıdır:
"ADMİU-nun daxili qaydalarına görə intizam tənbehi müəyyən edilərkən hadisənin ağırlıq dərəcəsi, vurulan ziyanın səviyyəsi, tələbənin davranışı, əməli qəsdən və ya ehtiyatsızlıqdan törətməsi, yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Yəni universitet rəhbərliyi ən ağır cəzanı avtomatik şəkildə seçməməli, tətbiq olunan tədbirin konkret pozuntuya uyğunluğunu əsaslandırmalıdır. Xaric edilmə fakültə dekanının yazılı təqdimatı əsasında rektorun əmri ilə rəsmiləşdirilir və tələbə həmin əmrlə tanış edilməlidir".
Roman Qaraşov diqqətə çatdırdı ki, tələbənin qərardan şikayət etmək hüququ da var. Belə ki, universitetin qaydalarına əsasən, xaric edilmə barədə əmrlə tanış olduqdan sonra tələbə üç iş günü ərzində rektora apellyasiya şikayəti verə bilir və məsələ apellyasiya komissiyası tərəfindən araşdırılır:
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aşağı kurs tələbələrini təhqir və hədələdiyi iddia olunan tələbə universitetdən xaric edilib. Bəziləri bu qərarı müsbət dəyərləndirsə də, bəziləri tam əksini düşünür.
Maraqlıdır, bəs tələbənin universitetdən birbaşa xaric edilməsi düzgün addımdırmı?
Tehsilmedia.com xəbər verir ki, Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin fikrincə, baş verən hadisənin təkcə bir universitet üçün deyil, həm də cəmiyyət üçün əhəmiyyət kəsb edən "Bilik Günü"ndə baş verməsi vəziyyəti ağırlaşdırır.
Müsahibimiz vurğuladı ki, hər bir universitetin özünün daxili intizam qaydası var:
"Artıq görünür ki, universitet bu daxili intizam qaydasını əsas gətirərək bu məsələ ilə bağlı çox ağır bir qərar verib. Düzdür, mən başa düşürəm ki, belə bir qərar bir tələbə üçün ağırdır, ancaq nəzərə almalıyıq ki, bu kimi tədbirlər görülməsə, o halda növbəti mərhələlər üçün digər tələbələrdə belə bir vəziyyət yarana bilərdi. Bu il təkcə ali təhsil müəssisələrinə 65 min qəbul olunan tələbə var. Bütün bunların valideynlərində yaranan gərginlik, xüsusilə yaranmış vəziyyətdən istifadəyə meyillər yarana bilərdi. Sosial şəbəkə üzərindən bu təhdidlər arta bilərdi".
Məzahir Məmmədlinin fikrincə, bu kimi baş verən hadisələrə zamanında qəti və konkret qərarlar verilməlidir:
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
"Birinci kurs tələbələrinin hədələnməsi ilə bağlı yayılan görüntülər ciddi narahatlıq doğurur. Tələbələrin təhlükəsizliyinin təmin edilməsi və universitet daxilində sağlam təhsil mühitinin qorunması, şübhəsiz ki, vacib məsələdir. Lakin belə hallarda yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər. Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər".
Tehsilmedia.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov feysbuk hesabında yazıb.
"Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında da hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər.
Bu baxımdan, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır. Məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmləri nəzərə almaq olmalıdır.
Uşaq evlərindən 28 gənc tələbə olub
Bu il uşaq evi sosial xidmət müəssisələrinin 28 sakini tələbə adını qazanıb.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin uşaq evlərində böyüyən həmin gənclərdən 2 nəfəri ali təhsil müəssisələrində (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Lənkəran Dövlət Universiteti), 26 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsil alırlar.
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
“Bu gün sosial şəbəkələrdə, xüsusilə, “TikTok” platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb”.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADMİU-dan bildirilib ki, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır.
“Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam Komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsilalan arasında bağlanan fərdi müqavilənin 2.3.3. bəndini, “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə, əsas götürülərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
Süni İntellektin elm, təhsil və inzibati fəaliyyətə sürətlə inteqrasiyası UNEC-də onun istifadəsinə dair vahid institusional çərçivənin formalaşdırılmasını zəruri edib. Bu məqsədlə UNEC Elmi Şurasının qərarı ilə “UNEC-in Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edilib.
Bu barədə universitetdən məlumat verilib.
Qeyd olunub ki, kodeks UNEC-in Sİ dövründə fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. Universitet Sİ-yə qadağan edilməli texnologiya kimi deyil, insanın imkanlarını gücləndirən tərəfdaş kimi yanaşır. Burada məqsəd Sİ-nin insanın düşünmə və qərarverməsini əvəzləməsi deyil, “İnsan + Sİ + İnsan” modelinin formalaşdırılmasıdır.
Sənəd akademik dürüstlük, məxfilik, məlumat təhlükəsizliyi ilə yanaşı, tənqidi düşünmə, müstəqil qərarvermə, yaradıcılıq və real problemlərin həllinə əsaslanan yeni təhsil mədəniyyətini təşviq edir. Eyni zamanda Sİ ilə işləyən universitet mədəniyyətinin əsas prinsiplərini də müəyyənləşdirir.
Kodeks sillabuslarda Sİ-dən istifadəyə dair qaydaların müəyyənləşdirilməsinə, müəllimlərin Sİ savadlılığının artırılmasına, qiymətləndirmədə yeni yanaşmaların tətbiqinə, təhlükəsiz Sİ infrastrukturunun formalaşdırılmasına və s. institusional nəzarətin təmin edilməsini nəzərdə tutur.